GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » NUŞİRƏVAN VƏ “BAYQUŞLARININ” SƏRGÜZƏŞTLƏRİ – DYP mafiyası məğlubedilməzdir?!

NUŞİRƏVAN VƏ “BAYQUŞLARININ” SƏRGÜZƏŞTLƏRİ – DYP mafiyası məğlubedilməzdir?!

Tarix: 31-08-2015, 21:28 Bölmə :Manşet Baxış: 0
NUŞİRƏVAN VƏ “BAYQUŞLARININ” SƏRGÜZƏŞTLƏRİ – DYP mafiyası məğlubedilməzdir?!

Azərbaycanda əhalinin ən çox narazılıq etdiyi, vətəndaşları dövlətdən incik salan, hətta deyərdik ki, dövlətə-hakimiyyətə qarşı qəzəbləndirən qurumlardan biri də, Dövlət Yol Polisidir (DYP) desək, yəqin ki, səhv etmərik. Yol polisi əməkdaşlarının fəaliyyəti, bəzi hallarda isə fəaliyyətsizlyi, yalnız sürücülər üçün deyil, bütövlükdə cəmiyyət üçün ağır, çəkilməz bir problemə çevrilib.
Hətta dövlət başçısı İlham Əliyev, Daxili İşlər naziri Ramil Usubov da dəfələrlə müşavirələrdə, kollegiyalarda yol polisinin işində ciddi dönüş yaratmasının vacibliyini vurğulasalar da, DYP rəhbərliyi bunu eşitməməzlikdən gəlir. Ara sıra ölkə prezidentinin xəbərdarlıqlarından sonra özlərini bir qədər “düzəltsələr” də, bir-iki həftə keçməmiş “ənənəvi iş qaydalarını” bərpa edirlər. Hətta iş o həddə çatıb ki, Prezident İlham Əliyev bir neçə dəfə hökumətin iclaslarında qara plyonkalı avtomobillərlə bağlı məsələ qaldırsa, bu haqda yol polisinə qəti tapşırıqlar versə də, müəyyən zaman keçdikdən sonra yenidən bu məsələ aktuallıq qazanıb – şəhərdə qara plyonkalı avtomobillərin sayı artmağa başlayıb.
Ümumiyyətlə, çoxillik müşahidələr göstərir ki, Azərbaycanda, xüsusən də paytaxt Bakıda yol polisinin yarıtmaz-yaramaz, qanunlara ifrat sayqısız, dövləti gözdən salan, rüşvətə geniş meydan verilmiş fəaliyyəti bir neçə faktordan qaynaqlanır.

RÜŞVƏT, RÜŞVƏT YENƏ DƏ RÜŞVƏT!

Əvvəla, uzun illərdir yol polisində rüşvət yolu ilə külli miqdarda vəsait toplanır ki, görünür bu yolla ifrat varlanmış və harınlamış qrupu bu zərərli, dövlətin əsaslarını sarsıdan vərdişdən çəkindirmək həqiqətən də müşkül məsələyə çevrilib. Rüşvətxorluq bu sistemdə o qədər dərin kök salıb ki, onu durdurmaq, az qala qeyri-mümkün bir iş kimi görünür.
Pul “iyi” gələn yerdə yol polisinin əməkdaşı sanki nə qanun tanıyır, nə də nazirin, ölkə rəhbərliyinin tapşırığını saya salır. İnsaf deyilən anlayışla isə ümumiyyətlə tanış kimi görünmürlər. Əlbəttə, sıralarında qanunlara hörmət edən, sürücülərlə mədəni rəftar edənlər də var. Ancaq təəssüf ki, bunların sayı həddən artıq azdır. Çünki sistemdə belələrinə yer yoxdur. İstənilən sürücüyə rüşvət mənbəyi kimi baxmayan sıravi yol polisi əməkdaşının uzun müddət burada işləməsi mümkün deyil.
Kiçik bir qanun pozuntusuna görə, BŞDYPİ-yə yolu düşənlərin başına elə oyun açırlar ki, ordan çıxanda adam özünü, sanki erməni əsirliyindən xilas olmuş kimi hiss edir. Sürət həddini keçdiyinə görə radara düşənlərin, qəzaya düşdüyü üçün (hətta günah başqasında olsa belə) BŞDYPİ-yə gedib-gəlməli olanların və digərlərinin başına hansı oyunların açıldığını xüxusi olaraq təsvir etməyə ehtiyac yoxdur – yolu düşən yüz minlərlə insan bunu yaxşı bilir.

NUŞİRƏVAN SƏFƏROV “STANDARTLARI”

NUŞİRƏVAN VƏ “BAYQUŞLARININ” SƏRGÜZƏŞTLƏRİ – DYP mafiyası məğlubedilməzdir?!

Əlbəttə, bütün məsələləri kadrlar həll edir. Rəhbər vəzifəli şəxsin şəxsi keyfiyyətlərindən asılı olaraq, sistem mənfiyə və müsbətə doğru dəyişə bilər. Məsələn, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) rəhbərliyinə 2010-cu ildə polkovnik Nuşirəvan Səfərovun gətirilməsindən sonra, bu idarənin işində baş verən “keyfiyyət” dəyişikliyi buna əyani misaldır. Kimdir Nuşirəvan Səfərov?
Bu suala bir sözlə də cavab vermək olar: HEÇKİM! Xüsusi qabiliyyəti və mənəvi keyfiyyətləri, savad və bacarığı, xidməti ilə seçilməyən sıradan, kobud, savadsız, özündərazı, qanunlara sayqısız, mənəvi dünyasında haqsızlığa, qanunsuzluğa və rüşvətə geniş meydan verilən bir polis zabiti!
Bəs necə olub ki, belə bir polis zabitini Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi kimi mühüm, strateji posta təyin ediblər? Bu sualın da çox sadə bir cavabı var: O səbəbə görə ki, Respublika Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalova paytaxtın yol polisi idarəsinin rəhbərliyində məhz bu “keyfiyyətlərə” malik rəhbər lazımdır ki, onun vasitəsilə illərdir respublikanın yol polisində kök salmış mafioz mənfəətçi qrupun maraqları təmin olunsun! İllərin müşahidələri isə sübut edir ki, bu maraqlar artıqlaması ilə təmin olunur – paytaxtın yol polisi DYP mafiyasının milyonlarla gəlir verən vazkeçilməz “biznes obyektidir”.
2010-cu ilə qədər BŞDYPİ-də rəis müavini olan Nüşirəvan Səfərov, Ramiz Zeynalovun fəal dəstəyi ilə rəis təyin olunduqdan sonra Bakının yollarında öz qayda-qanunlarını tətbiq etmək yolunu tutdu. Günlük-aylıq “planlara” əl gəzdirdi, əsas “yağlı” postlara inanılmış adamlarını yerləşdirdi, himayədarlarının “etimadını” doğrultmaq üçün, əlindən nə gəlirsə etməyə çalışdı. N.Səfərovun rəis təyin olunması o dövrə təsadüf etdi ki, ölkədə yol hərəkəti qaydalarının pozulmasına görə cərimələr kəskin şəkildə artırıldı və yol polisi əməkdaşları da əvvəlki dövrlərdə olduğu kimi, “qəpik-quruşa” baxmaqdan imtina etdilər. “Daha böyük pullar” prinsipi işə düşdü. Təbii ki, daha böyük pulların toplanması da daha böyük rüsvayçılıqlardan, cinayətlərdən keçirdi.

“BAYRAM ŞƏNLİYİNİN” SONU NECƏ OLDU?

İlk belə rüsvayçılıqla Nuşirəvan Səfərov 2011-ci ilin son günlərində üzləşdi. Hansısa dairələr sonradan tarixə yol polislərinin “bayram şənliyi” kimi keçən kadrları çəkib, internetdə yerləşdirdilər. Kadrlarda yol polisi əməkdaşlarının Bakının mərkəzində – Təhsil Nazirliyi yaxınlığında maşınları saxladıb, sürücülərdən açıq-aşkar, qorxub-çəkinmədən rüşvət yığdıqları əks olunmuşdu (Kadrlar aşağıda təqdim olunur) Necə deyərlər, arxalı köpək qurd basırdı! Arxalarında o boyda polkovniklərin, generalların durduğu yol polisi əməkdaşları kimdən və niyə çəkinməli idilər?!



Yeri gəlmişkən, üzərindən 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, Nuşirəvan Səfərovun “bayram şənliyində” iştirak edən həmin əməkdaşlarının (“bayquşlarının”!) necə cəzalandırıldıqları hələ də bizə və cəmiyyətə məlum deyil. O da istisna deyil ki, həmin “qəhrəmanlar” bu gün də cənab Nuşirəvan Səfərovun yan-yörəsində, öz işlərinin başındadırlar.

BACISI OĞLU İŞ OTAĞINDA QANDALLANDI!

NUŞİRƏVAN VƏ “BAYQUŞLARININ” SƏRGÜZƏŞTLƏRİ – DYP mafiyası məğlubedilməzdir?!

Təkcə Təhsil Nazirliyinin qarşısında BŞBDYPİ əməkdaşlarının açıq şəkildə rüvət yığmasını əks etdirən videofakt kifayət etməli idi ki, Nuşirəvan Səfərov ən azı istefaya göndərilsin. Biz hələ bu rüşvət sisteminin başında duran bir şəxs kimi layiq olduğu yerə göndərilməkdən danışmırıq. Ancaq DYP mafiyası buna imkan verə bilməzdi, vermədi də. Nəinki bu fakta görə, heç ötən ilin yayında BŞDYPİ-də sərxoş sürücülərlə bağlı şöbəyə rəhbərlik edən Nuşirəvan Səfərovun bacısı oğlu Namiq Kərimov sürücüdən 2500 manat rüşvət alarkən , öz kabinetindəcə “Bandotdel”in əməkdaşları tərəfindən qandallananda da Ramiz Zeynalovun “tükü tərpənmədi”. Nuşirəvan Səfərov isə hətta bacısı oğlunu həbsdən xilas etməyə də nail oldu. Həmin vaxt mətbuat yazırdı ki, saxlanılan bacısı oğlu hər gün N.Səfərov üçün azı 100 min manat (!) pul toplayırdı.

Polkovnikin “gizli kassası” hər ay ona azı 5 milyon manat ötürür!

N.Səfərovun “pulkəsən” bacısı oğluna hazırda hansı vəzifəni tapşırdığını bilməsək də, (bəzi iddalara görə, əvvəlki yerinə qaytarılıb), BŞDYPİ-də hər ay milyonlar qazandıran başqa etibarlı adamlarının olduğuna şübhə etmirik. Bunlardan biri kimi BŞDYPİ-nin İnzibati Xəta Haqqında İşlər Üzrə Qərarların İcra Şöbəsinin rəisi Malik İbrahimovun adı çəkilir. Onun N.Səfərovun “gizli kassası” olduğu bildirilir.
Bakı şəhərində avtomaşınları zorla əllərindən alınan, qəzaya düşən, barəsində həddindən artıq yüksək məbləğdə cərimə yazılaraq avtoxuliqanlıq maddəsi ilə məhkəməyə göndərilən sürücülərin sənədlərinə şəxsən nəzarət edən Malik İbrahimovun, hər ay Nuşirəvan Səfərova ən azı 5 milyon manata yaxın pul ötürdüyü haqda iddialar, bir sıra KİV-lərin səhifələrindən gəl-gəl deyir.

Nuşirəvan Səfərovun “evakuator sezonu”…

NUŞİRƏVAN VƏ “BAYQUŞLARININ” SƏRGÜZƏŞTLƏRİ – DYP mafiyası məğlubedilməzdir?!

Nuşirəvan Səfərov və onu himayə edən DYP mafiyasının əsas qazanc mənbələrindən biri də nəqliyyat vasitələrinin evakuatorlar vasitəsilə cərimə meydançalarına daşınmasıdır. Paytaxtın müxtəlif rayonlarında sıralanan cərimə meydançalarının ilbəil say artımı deməyə əsas verir ki, nəqliyyat vasitələrinin evakuatorla oğurlanması işi əməlli-başlı biznesə çevrilib. BŞDYPİ tərəfindən formal mühafizə olunan cərimə meydançalarının əksəriyyətində maraqlı “halallıq kompleksi” gerçəkləşib. Burada cərimə ödənişi prosesi kameraların yaddaşına köçürülür. Axşam da toplanan pulla birlikdə, kameraların lenti də “yuxarıya” göndərilir. Nəzərə alsaq ki, Bakıda vaxtaşırı “evakuator sezonu” başlayır və gün ərzində yüzlərlə, bəzən minlərlə maşın cərimə meydançalarına aparılır, onda Nuşirəvan Səfərovun və onun himayədarlarının bu “biznesdən” hansı həcmdə vəsaitlər əldə etdiklərini asanlıqla təsəvvür edə bilərik.
Ümumiyyətlə, BŞDYPİ-də vətəndaşlardan rüşvət almaq, qeyri-rəsmi yollarla pul toplamaq üçün coxsaylı metodlardan, “priyomlardan” istifadə edilir. Təsadüfi deyil ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində qeyri-rəsmi ödənişlərə nəzarət edən və yığılanları idarənin rəhbərliyinə çatdıran konkret şəxslər ayrıldığına dair iddialar var. Malik İbrahimov onlardan sadəcə biridir…

Paytaxtda artan tıxaclar, qəzalar və BŞDYPİ-nin rəisinin “R&B” restoranı…

Paytaxtda Dövlət Yol Polisi ilə bağlı problemlərdən biri də yol hərəkəti qaydalarının düzgün tənzimlənməməsi, tıxacların və qəzaların getdikcə artmasıdır. Yol polislərini tıxac hökm sürən ərazilərdə çox nadir hallarda görmək mümkündür. Çünki iş prinsipi belədir ki, yol polisi tıxacla məşğul olub, vaxt itirə bilməz. Onun “daha vacib” işləri var – axı növbəni dəyişəndə müəyyən tələbləri yerinə yetirməlidir!

İllərdir bu haqda danışılmasına baxmayaraq, paytaxtın yol polisi sürücüləri sortlara bölmək vərdişindən əl çəkə bilmir.
Təxminən belə: Qanunun fövqündə dayananlar, qanunu təmənna ilə pozmaq ixtiyarı olanlar, qanunla yaşamalı olanlar və sair. Vəzifəli şəxslərin özlərinə və uşaqlarına, oliqarxlara və onların yaxınlarına, tanınmış idmançılara, müğənnilərə və digərlərinə Bakı yollarında tam sərbəstlik var. Bəzilərinə təmənnasız, digərlərinə təmənnalı. Uzağa getməyək, bu yaxınlarda Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun oğlu ilə bağlı yaranmış qalmaqalı xatırlayaq.

“Rəisimiz mənə dedi ki, sən onun nömrəsinə baxmırsan ki?”

NUŞİRƏVAN VƏ “BAYQUŞLARININ” SƏRGÜZƏŞTLƏRİ – DYP mafiyası məğlubedilməzdir?!

Nəcməddin Sadıkovun oğlunu saxladığına, onunla söyüşdüyünə görə işdən qovulan yol polisi inspektoru Cavanşir Lətif oğlu Qasımov baş verənlər barədə danışarkən bildirmişdi ki, səhər işə gələndə rəisi (Çox guman ki, Nuşirəvan Səfərov nəzərdə tutulur-red) ona deyib: “Rəisimiz mənə dedi ki, sən neyləmisən, onun nömrəsinə baxmırsan ki? Niyə saxlamısan axı onu?”

Bu nə deməkdir? Belə çıxır ki, Nuşirəvan Səfərov yol polisi əməkdaşlarının əlinə imtiyazlı azərbaycanlıların siyahısını verib və onları saxlamamağı tapşırıb?! Axı Konstitusiyamız deyir ki, bütün Azərbaycan vətəndaşları QANUN QARŞISINDA BƏRABƏRDİR! Nuşirəvan Səfərov hansı qanunla və əsasla Nəcməddin Sadıkovun (Həmçinin minlərlə digərlərinin) oğlunun saxlanmasına qadağa qoyur?
BŞDYP nə vaxta qədər vətəndaşları sortlara bölüb, hansısa maraqların təmin olunmasına görə imtiyazlı təbəqə yaradacaq və hər il yüzlərlə günahsız insan Bakı küçələrində bu təbəqənin harınlamış nümayəndələrinin təkərləri altında əziləcək?

Eyni münasibət qara plyonkalı avtomobillərə münasibətdə də özünü göstərir. Baxmayaraq ki, bu barədə cənab prezidentin hələ ötən il sərt ismarışı olub, yenə də bəziləri rahat şəkildə qara plyonka ilə Bakı yollarında şütüyür.
Yeri gəlmişkən, iddialara görə, Bakı küçələrində müəyyən imkanlı sürücülərə “hərəkət sərbəstliyi” verən “imtiyazlılar” siyahısının hazırlanmasında BŞBDYPİ-nin rəisi Nuşirəvan Səfərov bəzən şəxsən iştirak edir. Belə ki, özünü elitanın içində göstərməkdən xoşlanan N. Səfərov, bir balaca tanınan müğənnilər, idmançılarla, iş adamları, vəzifəli şəxslər və onların uşaqları ilə rastlaşdıqda, dərhal özünün telefon nömrəsini və ya kartını verir. Onlar Nuşirəvan Səfərova arxayın olub, şəhərin küçələrində min çür hoqqadan çıxırlar. Nəticədə N.Səfərov və onun himayədarları obyektlərinin, restoranlarının (Məsələn, Bakıda Nərimanov heykəlinin yaxınlığındakı “R&B” restoranının Nuşirəvan Səfərova məxsus olduğu bildirilir-red) və milyonlarının sayını artırır, vətəndaşlara isə əsəb gərginliyi, ölüm və xəsarətlər qismət olur.

Deputat: “Bu “dana”, üzr istəyirəm, hardan gəlib?”

NUŞİRƏVAN VƏ “BAYQUŞLARININ” SƏRGÜZƏŞTLƏRİ – DYP mafiyası məğlubedilməzdir?!

Əksər yol polisi əməkdaşlarının vətəndaşlarla kobud davranışından danışmaq isə, bəlkə də artıqdır. Ümumiyyətlə, müşahidələr göstərir ki, Bakıda yol polislərinin çoxu vətəndaşlarla düzgün rəftar etməyi bacarmır. Bu da yol polisi əməkdaşlarının seçimindəki problemlərdən qaynaqlanır. Əksər hallarda tapşırıq və ya rüşvətlə işə qəbullar həyata keçirildiyindən, bəzən elə kobud, savadsız və mədəniyyətsiz insanlar da bura yol tapırlar ki… Xatırlatmaq yerinə düşər ki, hətta deputat Eldar İbrahimov da yol polisinin kobudluğuna dözməmiş, bir neçə ay əvvəl parlamentdə bu haqda danışarkət demişdi:

“Bizim polislərdə bu mədəniyyət çatmır. Mənə çox gileylər olub və başıma gəlib. Hətta məni də saxlayıblar. Milli Məclisin deputatlıq kitabçasını da göstərmişəm. Deyirəm oxuyun ki, orada nə yazılıb. Mənə deyir ki, bu kitabçadan hamıda var da. Deyirəm, a kişi, bu kitabçadan 125 deputatda var. Oxudun başa düşmədin? Bu “dana”, üzr istəyirəm, hardan gəlib? Bunları işə götürəndə təbliğat işi də aparılmalıdır. Bunlara bir başa salın ki, deputat, prezident, baş nazir kimdir. Hüquq məhkəmə şurasının üzvlərinin, yəqin, heç üzlərini də tanımırlar.”

Bunlar nüfuzlu YAP-çı deputatın dedikləri idi. Lakin Prezident İlham Əliyevin belələri haqda dedikləri daha ibrətamizdir. Dövlət başçısı rüşvət alan, vətəndaşlardan qanuni rüsumlardan əlavə pul tələb edənləri “dövlətə xəyanət edənlər” adlandırmışdı.

Azərbaycan dövlətçiliyini içdən sarsıdan, xalq arasında polisə mənfi münasibət yaradan, Prezident İlham Əliyevin təbirincə desək, bununla da dövlətə xəyanət edən ünsürlərin Dövlət Yol Polisindən təmizlənməsinin zamanı çoxdan çatıb. Bunun üçün Saakaşvilinin təcrübəsindən istifadə etməklə, illərdir yol polisində kök salmış mafiyaları kökündən çəkib qoparmaq və çölə atmaq lazımdır. Bizdə olan məlumata görə, bu yaxınlarda ən azı Bakının yol polisində belə bir dəyişiklik gündəmdə olub, lakin DYP mafiyası yenə də güclü çıxıb…

Rasim Əliyev
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Daha bir baş redaktor hədəfdə

    Daha bir baş redaktor hədəfdə ...

    21-09-2015, 21:39

  • 
  • Ramil Usubov Abdulla Qurbaninin oğlunun yerinə onu TƏYİN ETDİ

    Ramil Usubov Abdulla Qurbaninin oğlunun yerinə ...

    8-10-2018, 16:36

  • 
  • Daha bir məmur DYP əməkdaşlarının reydi zamanı sərxoş vəziyyətdə yaxalandı

    Daha bir məmur DYP əməkdaşlarının reydi zamanı ...

    22-12-2014, 23:59

  • 
  • DYP sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirdi

    DYP sosial şəbəkələrdə yayılan məlumatlara ...

    22-04-2021, 10:52

  • 
  • Bakı DYP rəisi Bakıda restoranlar açır?

    Bakı DYP rəisi Bakıda restoranlar açır? ...

    15-04-2014, 10:54


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (127)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu