GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Cavid Qurbanovun adı keçən yarım milyonluq qalmaqal

Cavid Qurbanovun adı keçən yarım milyonluq qalmaqal

Tarix: 22-09-2015, 22:10 Bölmə :Manşet Baxış: 0
Cavid Qurbanovun adı keçən yarım milyonluq qalmaqal

Kəlbəcər İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov rayon sakini Əli Bayramova “atıb”

Kəlbəcər rayonundan məcburi köçkün düşən, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-nun yataqxanasında məskunlaşan Bayramov Əli Aslan oğlu “Hürriyyət”ə müraciətində şok faktlar açıqlayıb. Şikayətçi iddia edir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanovun əmisi oğlu, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov onu dələduzluq yolu ilə aldadıb.
Belə ki, A.Məmmədov ondan oğlu Qalib Bayramovu Kəlbəcər rayon Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri vəzifəsinə təyin etdirmək adı altında, iki dəfəyə olmaqla, 150 min AZN pul alıb. İcra başçısına həmin məbləği şəxsən təqdim etdiyini vurğulayan Əli Bayramovun sözlərinə görə, buna baxmayaraq Aqil Məmmədov öz vədinə əməl etməyib. Halbuki, bu təklif birbaşa icra başçısının özü tərəfindən edilib. O, Ə.Bayramovu çağıraraq Kəlbəcər rayon DSMF-də məsləhətçi vəzifəsində işləyən oğlu Q.Bayramovun sədr vəzifəsinə ən layiqli namizəd olduğunu bildirib. Daha sonra deyib ki, oğlunun Kəlbəcər DSMF-nin rəisi olması üçün “yuxarılara” 100 min manat ödəmək lazımdır. Üstəlik, onu arxayın edib ki, oğlu rəis olarsa, bir neçə ayın içərisində verilən rüşvəti çıxaracaq.
İcra başçısı ilə görüşdən sonra Ə.Bayramov oğlu Qaliblə danışaraq Aqil Məmmədovun ona belə bir təklif etdiyini bildirib. Bu zaman oğlu da onu əmin edib ki, Kəlbəcər DSMF-nin rəisi vəzifəsinə təyin olunarsa, verilən 100 min manatı qısa müddətdə çıxarmaq olar.
Bundan sonra Əli Bayramov şəxsi təsərrüfatında olan heyvanları sataraq icra başçısına verməli olduğu 100 min AZN-i toplamağa çalışıb. Qeyd edək ki, həmin vaxtadək Ə.Bayramovun şəxsi təsərrüfatında 600 (altı yüz) baş qoyun, 30 inək, 30 keçi, 3 at olub. Üstəlik, onun özünə məxsus ət mağazası, ikimərtəbəli evi və biri yük maşını olmaqla, iki avtomobili olub. O, başçının istədiyi məbləği əldə etmək üçün heyvanlarını satmağa məcbur olub. Nəhayət, həmin pulu toplayaraq şəxsən öz əli ilə Aqil Məmmədova təqdim edib.

Cavid Qurbanovun adı keçən yarım milyonluq qalmaqal

Lakin bir müddət sonra icra baçısı təkrar Ə.Bayramovu yanına çağıraraq bildirib ki, oğlunun vəzifəyə təyin olunması üçün bütün sənədlər hazırdır, ancaq “yuxarı”da Qalibin DSMF rəisi kimi təsdiqlənməsi üçün daha 50 min manat istəyirlər. Başçının qəbulundan qayıdan Əli kişi yaxınları ilə məsləhətləşdikdən sonra həmin məbləği də toplamaq qərarına gəlib. Beləiklə, bir neçə gün sonra o, əlavə olaraq topladığı 50 min AZN-i yenə öz əli ilə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədova təqdim edib. Lakin aradan bir neçə ay keçsə də, Qalib Bayramov Kəlbəcər rayon DSMF-nin rəisi vəzifəsinə təyin olunmayıb. Bütün gözləntilərin əksinə, həmin vəzifəyə Elşən Əlizadə adlı birisi təyin edilib. Bu zaman icra başçısı tərəfindən aldadıldığını bilən Əli Bayramov onun qəbuluna gedərək Aqil Məmmədovdan ona verdiyi 150 min AZN-i geri istəyib. Başçı isə ondan 150 min manat aldığını inkar edib və üstəlik Əli kişiyə hədə-qorxu gəlib ki, bu haqda bir yerdə danışsa, oğlunu həbs etdirəcək...
Beləliklə, Əli Bayramov iddia edir ki, Aqil Məmmədovun dələduzluq əməlləri ilə bağlı ölkə rəhbərliyinə müraciəti onu icra başçısının hədəfinə gətirib. Nəticədə, A.Məmmədov müxtəlif adamlar vasitəsilə onu və oğlunu şantaj etdirərək onlardan ümumilikdə yarım milyona yaxın pul çıxartdırıb. Hansı ki, Ə.Bayramov bu pulların bir hissəsini 40 nəfərə yaxın qohum və tanışının adına kredit götürərək qarşı tərəfə ödəməli olub.
Bəs, o, bu pulları kimlərə və nə üçün verib? Və yaxud, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Cavid Qurbanovun bu qalmaqalla nə kimi əlaqəsi olub? Bu və digər şok faktlarla “Hürriyyət”in növbəti sayında dərc olunacaq geniş yazıda tanış olacaqsınız. Bizi izləyin!

"Hürriyyət"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Prezident yeni icra başçısı təyin etdi

    Prezident yeni icra başçısı təyin etdi ...

    13-05-2020, 16:05

  • 
  • Cavid Qurbanov oğlunu həbs etdirdi, ETİRAZ OLARAQ KƏLBƏCƏRƏ KEÇİR

    Cavid Qurbanov oğlunu həbs etdirdi, ETİRAZ OLARAQ ...

    16-06-2017, 19:49

  • 
  • Cavid Qurbanovun adamı o qədər harınlayıb ki... - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR

    Cavid Qurbanovun adamı o qədər harınlayıb ki... - ...

    15-05-2021, 11:33

  • 
  • Prezidentdən yeni təyinat

    Prezidentdən yeni təyinat ...

    9-02-2015, 22:28

  • 
  • Cavid Qurbanovun müavininin atası Qəbələdə meşələri alıb? — ŞOK İDDİA

    Cavid Qurbanovun müavininin atası Qəbələdə ...

    16-08-2020, 15:26


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu