GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » MƏMMƏDYAROV GEDİR, ƏZİMOV GƏLİR…- XİN rəhbərilə bağlı qəti qərar verilib

MƏMMƏDYAROV GEDİR, ƏZİMOV GƏLİR…- XİN rəhbərilə bağlı qəti qərar verilib

Tarix: 1-10-2015, 23:13 Bölmə :Manşet Baxış: 0
MƏMMƏDYAROV GEDİR, ƏZİMOV GƏLİR…- XİN rəhbərilə bağlı qəti qərar verilib

Son zamanlar xarici işlər naziri Elmar Məmmədyarovun fəaliyyəti, xarici siyasət idarəsində təsadüfi şəxslərin diplomatik görəv alması və bu səbəbdən yaranan qalmaqallar hakimiyyət kuluarlarında ciddi müzakirə olunur.
XİN-də kadr siyasəti və korrupsiya faktları haqda əvvəllər də müxtəlif səpkili informasiyalar yayılırdı, amma Avropa Oyunları ərəfəsi İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçi missiyasının keçmiş rəhbəri Arif Məmmədovla bağlı qalmaqaldan sonra daha bir neçə diplomatın da “qiyam” qaldırması hakimiyyətin ən yüksək düzeyində narahatlıq yaradıb. Baş verənlər hakimiyyətdə o qənaəti möhkəmləndirib ki, E.Məmmədyarov səfirliklərin işinə nəzarət edə bilmir. Səfirliklə bağlı korrupsiya faktlarının etiraf edilməsi, hətta cinayət işi açılması xarici işlər nazirini məsuliyyətdən azad etmir, üstəlik, idarəetmədə ciddi nöqsanlar olduğu barədə xəbərləri təsdiqləyir.

MƏMMƏDYAROV GEDİR, ƏZİMOV GƏLİR…- XİN rəhbərilə bağlı qəti qərar verilib

Azərbaycan təkcə düşmən ölkə Ermənistanın deyil, Qərbin də informasiya basqısı altında olduğu bir dönəmdə XİN-də bir-birinin ardınca baş verən qalmaqallar iqtidarı bu strukturda təcili dəyişikliklər barədə düşünməyə vadar edir. Ermənistanla informasiya müharibəsi dövründə diplomatların xaricdən siyasi sığınacaq istəməsi ümumilikdə Qarabağ danışıqlarında Azərbaycanın mövqelərini zəiflədir. 2004-cü ilin aprelindən xarici siyasət idarəsinə rəhbərlik edən E.Məmmədyarovun Azərbaycanın xarici siyasəti, xüsusən də Dağlıq Qarabağla bağlı beynəlxalq aləmdə fəaliyyəti ciddi suallar doğurur. Yalnız bir faktı qeyd edək ki, müxtəlif ölkələrdən Dağlıq Qarabağa qeyri-qanuni səfərlərin sayı nəzərəçarpacaq dərəcədə artdığı halda, XİN yalnız onların adını “qara siyahı”lar salmaqla işini bitmiş hesab edir. Təsadüfi deyil ki, prezident İlham Əliyev 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirədə çox sərt danışıb, XİN-in fəaliyyətini tənqid edib. Prezident bildirib ki, Azərbaycanın xarici siyasəti ölkələrin bizə qarşı münasibətinə adekvat deyil.

MƏMMƏDYAROV GEDİR, ƏZİMOV GƏLİR…- XİN rəhbərilə bağlı qəti qərar verilib

İddialara görə, Azərbaycan hakimiyyətinin Qarabağ danışıqlarında ritorikanı daha da sərtləşdirdiyi vaxt-yəni 2013-cü il prezident seçkilərindən sonra E.Məmmədyarovu da dəyişmək planı gündəmdə olub. Plana görə, müdafiə naziri Səfər Əbiyevin Zakir Həsənovla əvəzlənməsi ilə bərabər xarici işlər naziri də görəvdən alınmalı imiş. Yəni Qarabağ danışıqlarında heç bir konstruktiv addım atmayan Ermənistan rəhbərliyinə qarşı həm ordunun gücü, həm də “hücum diplomatiyası” işə düşməli imiş. Göründüyü kimi, məhz Zakir Həsənovun müdafiə naziri təyinatından sonra Ermənistan cəbhə xəttində ağır itkilər verməkdədir və Azərbaycan bu məsələdə tam üstünlüyə malikdir. Təəssüf ki, təcrübəli diplomat və korrupsiyaya bulaşmayan məmur olduğu üçün vəzifəsində saxlanılan E.Məmmədyarov prezidentin ona verdiyi növbəti şansdan Azərbaycanın xeyri üçün istifadə edə, XİN-i “hücum diplomatiyası”na kökləyə bilmədi. Son illər “DQR”-ə qanunsuz səfərlərin artması, qondarma qurum rəhbərliyinin xarici ölkələrə dəvəti də XİN-in xarici siyasət kursunda “dişsiz siyasətinin” nəticəsi hesab olunur.

MƏMMƏDYAROV GEDİR, ƏZİMOV GƏLİR…- XİN rəhbərilə bağlı qəti qərar verilib

Azərbaycan iqtidarına Qərb dairələrindən hücumlarda da E. Məmmədyarovun fəaliyyətsizliyinin müəyyən rolu var. Xüsusən siyasət və informasiya texnoloqları belə hesab edirlər ki, nazir Avropa Birliyi ölkələri ilə yaxşı əlaqələr qurmaqda çətinlik çəkir, onun “qoca qitə”yə təyinat alan diplomatlarının bəziləri səriştəsizdirlər. Bütün bunlar onu bir daha təsdiqləyir ki, E.Məmmədyarovun nazir kimi karyerası nöqtələnir. Son günlər onun yorulduğunu hətta efirdən də aydın sezmək mümkündür. Hələ bir müddət əvvəl də belə xəbərlər vardı ki, nazir yorulması səbəbindən özü vəzifədən getmək istəyir.
Hakimiyyət mənbələrindən əldə etdiyimiz bilgiyə görə, E.Məmmədyarovla bağlı qəti qərar artıq verilib. Məlumatı mənbə iddia edir ki, parlament seçkilərindən sonra gözlənilən kadr islahatları məhz xarici işlər nazirinin vəzifədən azad olunacağı ilə başlayacaq.

MƏMMƏDYAROV GEDİR, ƏZİMOV GƏLİR…- XİN rəhbərilə bağlı qəti qərar verilib

E.Məmmədyarovun BMT-də Azərbaycanın daimi nümayəndəsi təyin ediləcəyi iddia olunur. 2014-cü ildən bu vəzifəni tutan Yaşar Əliyevin XİN-ə müavin gətiriləcəyi söylənilir.
Xəbərlərdə o da iddia olunur ki, hakimiyyət xarici işlər naziri kimi daha çox Araz Əzimovun namizədliyi üzərində dayanıb. Peşəkar diplomat təhsili olmasa da, o uzun illərdir ki, XİN-də işləyir. A.Əzimov 1989-cu ildə Xarici İşlər Nazirliyinin informasiya şöbəsində 2-ci katib, 1990-1991-ci illərdə 1-ci katib, 1991-1992-ci illərdə müdir müavini, 1992-1994-cü illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq təşkilatlar idarəsinin rəisi olub. 1994-cü ildən isə xarici işlər nazirinin müavinidir.
O, hələ Heydər Əliyevin rəhbərliyi dövründən prezidentin Qarabağ məsələsi üzrə xüsusi səlahiyyətli nümayəndəsidir. Maraqlıdır ki, E.Məmmədyarovdan fərqli olaraq Araz Əzimov Qarabağ məsələsi ilə bağlı daha sərt bəyanatlarla çıxış edir. Ötən ilin mayında o, amerikalı həmsədr Ceyms Uorlikin missiyasına zidd olaraq ermənilərdə daha sıx əlaqədə olduğunu, Amerikadakı erməni diasporu ilə yaxınlığını bəyan edərək onun geri çağırılması məsələsini qaldırmışdı. A.Əzimov illərdir ki, Qarabağ danışıqlarında “görünməz” fiqurdur və müzakirə olunan bütün sənədlər onun birbaşa iştirakı ilə hazırlanır. Ekspertlər də “Yeni Müsavat”a bu təyinatın mümkün olduğunu deyiblər. Onların sözlərinə görə, A.Əzimov nazir təyin edilməyə ən real namizəddir və Qarabağ danışıqlarında prinsipial mövqeyi ilə tanınır.(musavat.com.)
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Elmar Məmmədyarov istefa ərizəsi yazıb – XİN RƏHBƏRİNİN İŞƏ ÇIXMAMASININ SƏBƏBİ BƏLLİ OLDU

    Elmar Məmmədyarov istefa ərizəsi yazıb – XİN ...

    16-07-2020, 13:50

  • 
  • Məmmədyarov Banqladeşə gedir

    Məmmədyarov Banqladeşə gedir ...

    4-05-2018, 16:17

  • 
  • Elmar Məmmədyarov ABŞ-a səfərə gedib

    Elmar Məmmədyarov ABŞ-a səfərə gedib ...

    21-09-2018, 10:43

  • 
  • Elmar Məmmədyarov: Azərbaycan Avropa İttifaqı ilə əlaqələrin inkişafına xüsusi önəm verir

    Elmar Məmmədyarov: Azərbaycan Avropa İttifaqı ilə ...

    15-05-2018, 16:25

  • 
  • Elmar Məmmədyarov Peruya gedib

    Elmar Məmmədyarov Peruya gedib ...

    3-07-2019, 10:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (388)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu