Bu gün AR Milli Mclisinə seçkilərdə deputatlığa namizədlərin qeydə alınması üçün zəruri sənədlərin seçki komissiyalarına təhvil verilməsinin son günüdür (2 oktyabr saat 18.00) “AZADLIQ-2015” siyasi partiyalar blokunun namizədlərinin əksəriyyəti seçki kompaniyasının birinci mərhələsini- imza toplamaq kompaniyasını başa çatdıraraq sənədlərini dairə seçki komissiyalarına təqdim ediblər. Bəzi seçki dairələrində süründüməçlik yaradılır, məsul şəxsləri tapmaq olmur hətta telefonlarıda bağlı olur, namizədləri DSK-larada gözlətməklə sənədlərin götürülməsini əngəlləyirlər. Bir çox çətinliklərə baxmayaraq dünənə kimi AZADLIQ-2015 seçki blokunun 4 namizədi qeydə alınmış, 15 namizədi sənədlərini seçki komissiyalarına təhvil verə bilmişlər. “AZADLIQ-2015” siyasi partiyalar blokunun MSQ-na daxil olan son məlumatlara görə: 11 saylı Qaradağ seçki dairəsindən Əbil Bəybalanın namizədliyi qeydə alınmışdır. 7 saylı Ordubad-Culfa seçki dairəsindən Süleymanlı Təvəkgül, 16 saylı Yasamal ikinci seçki dairəsindən Vəliyeva Nisəxanım, 20 saylı Nərimanov ikinci seçki dairəsindən Xəzər Teyyublu, 31 saylı Suraxanı ikinci seçki dairəsindən Qasımov Vüqar, 57 saylı Kürdəmir seçki dairəsindən Məlikov Əliyusif və 103 saylı Gədəbəy saylı seçki dairəsindən Səfərov Ceyhun namizədliklərinin qeydə alınması üçün zəruri sənədləri Dairə Seçki Komissiyalarına təhvil verilib.
Sorğu
Yeni dizaynımız necədir?