GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycan dəmir yolunun Gəncə istiqamətində “plastik əməliyyat”

Azərbaycan dəmir yolunun Gəncə istiqamətində “plastik əməliyyat”

Tarix: 6-10-2015, 22:17 Bölmə :Manşet Baxış: 0
Azərbaycan dəmir yolunun Gəncə istiqamətində “plastik əməliyyat”

İki rəisin - Füzuli Kərimovla Müzəffər Həsəncanovun varis planı və kreslo davası

İstənilən nazir, komitə sədri, icra başçısı və bu qəbildən olan digər məmurlar ölkə başçısı qarşısında hesabat xarakterli çıxış edəndə, televiziya kamerası qarşısına keçəndə, hansısa qəzetə müsahibə verəndə elə ütülü, sığallı cümlələr qurub danışır, xalqın adamı olmasından, onlara qayğıdan elə söz açır, qanundan, düzlükdən, məsuliyyətdən elə dəm vurur ki, auditoriya az qalır onları bağrına bassın. Əslində isə bu gün bu cəmiyyətdə bilməyən yoxdur ki, bunlar... imitasiyadır, görüntüdən başqa bir şey deyil. O çıxışların arxasında da maddi marağa xidmət edən cılız bir niyyət gizlənir. Məsələn, əgər sabah Nəqliyyat Nazirliyinin və yaxud Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin istənilən bir məmuru ictimaiyyət qarşısına çıxıb eyni məzmunlu nitq irad eləsə, əmin olun, cəmiyyətdə eyni effekti yaradacaq, amma onu da əminliklə demək olar ki, o çıxışın arxasında da mütləq və mütləq cılız bir niyyət olacaq. Sözə söykək üçün presedent də var. Görün bir nazirliyin, konkret olaraq Nəqliyyat Nazirliyinin tabeliyində olan bir qurumda nələr olur. Adamın inanmağı gəlmir ki, yuxarı instansiyalarda Gəncədə baş verən bu özbaşınalıqlardan xəbərdar deyillər.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin (ADY QSC) qərb istiqaməti üzrə Yükdaşıma Departamentinin rəisi Füzuli Kərimov İnfrastruktur Departamentinin Gəncədəki 5 nömrəli müəssisəsinin sahə rəisi Müzəffər Həsəncanovla müvəqqəti də olsa “sülh sazişi imzalayaraq” yuxarılardan, yəni ADY rəhbərliyindən xəbərsiz Gəncə Dəmir Yolu İdarəsində vəzifə bölgüsü ətrafında kombinasiyalar qurmaqdadırlar. “Piyadaları vəzirə çevirmək üçün artıq oyunun endşpilində olan” kombinatorlara “sekundantlıq”, daha doğtusu, “krışalıq” edən isə Müzəffər Həsəncanovun Rusiya Federasiyasının Rostov şəhərindəki dəmir yolu institutunun təsərrüfat işləri üzrə prorektoru işləyən bibisi oğlu Yusif Baqiyevdir. O Yusif Baqiyev ki, uzun illərdir institutun bütün iaşə obyektlərini əlində çəmləşdirərək bundan böyük biznes yarada bilib. Müzəffər Həsəncanovun dediyinə görə, dayısı oğlu Yusif Baqiyev nəinki sözügedən ali təhsil ocağında sözükeçən şəxsdir, həmçinin Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovla yaxın münasibəti, eyni zamanda onun Rusiyadakı-Rostovdakı biznes əlaqələrinin koordinatoru, işlərinin idarəçisi və icraçısı olan səlahiyyətli bir şəxsdir.

...Mətbuatdan məlum olduğu kimi, artıq bir müddətdir ki, nəqliyyat naziri Ziya Məmmədovun başı Milli Məclisin deputatı olan qardaşı Elton Məmmədova və

onun oğlunun cəmiyyətə bəlli “kaprizlərinə” qarışıb. Fürsət yoxsulları vaxtı fövtə verərmi? Bu baş qarışıqlığından istifadə edən ADY QSC-nin ölkənin qərb istiqamətindəki, yəni Gəncədəki tamahkar, kreslo və sərvət hərisi olan iki məmuru vəzifə qamarlamaq üstündə az qala savaşa çıxıb, bir-birinə bacardıqları qədər badalaq vurmaqla məşğuldurlar.

...ADY QSC-nin Gəncə şəhərindəki yükdaşıma departamentinin Qərb istiqaməti üzrə rəisi, yaşı artıq 75-ə çatmasına baxmayaraq hələ də nəinki işdə, eləcə də vəzifədə qalan Fizuli Kərimovun, necə deyərlər, bu zonada qarşısına çöp salan yoxdur. Nəinki bunu edənin, hətta bu haqda düşünənin belə aqibəti açınacaqlı olur. Fikir verin, nazir Ziya Məmmədovun NN-də çalışan böyük qardaşı Nəriman Məmmədov yaş həddi ilə bağlı işdən azad olunsa da, Füzuli Kərimov hələ də qərb istiqamətini kurasiya etməkdə davam edir. Tək bu faktor çox şeydən xəbər verir, deyilmi? Əslən Ucar rayonundan olan Füzuli Kərimov özünün nazirlə qohumluğundan, üstəlik də Ziya Məmmədovun qardaşı, deputat Nəriman Məmmədovla yaxınlığından sui-istifadə edərək illərdir ki, regionu “atmosfer”də saxlamağa nail olub. Görünür, ağsaqqallığına hörmət və etimad göstərilən Fizuli Kərimovun “yuxarılarla” belə sıx əlaqəsi, məhrəm münasibəti onun “burda mənəm, Bağdadda kor xəlifə” deməsinə stimul verib. Başqa necə izah etmək olar ki, F.Kərimov departament rəisi kimi Gəncə dəmir yolunu əvvəllər necə idarə edirdisə, indi də eləcə idarə edir, halbuki indi Gəncədə F.Kərimov kimi eyni vəzifə səlahiyyətinə malik bir neçə departament rəisi var. O isə həmin rəisləri görməzdən gələrək “burda hələ də mənəm” effekti yaratmaq üçün öz əvvəlki kabinetində oturur, hələ də onlara hökm edir. Başqa cür desək, bu qoca kişi ona məxsus olmayan mövqeni zorla da olsa əlindən vermək istəmir, vəzifə iyerarxiyasında onunla bərabər səlahiyyətə malik insanları yeri gələndə hətta şantajdan da yararlanmaqla təzyiq altında saxlayır.

...Karyerasına gəlincə, o tutduğu vəzifəyə qarmaqarışıq bir dövrdə -1990-cı illərdə, xalq hərəkatı zamanında gəlib və dəmir yolunun müəmmalı yükdaşımaları hesabına böyük sərvətə sahib olaraq vəzifəsinə keçilməz istehkam yaradıb. Təkcə yükdaşımalar hesabınamı? “Yox” sözünü ona görə deyirik ki, Füzuli Kərimovun fürsət düşəndə o illərdə hətta neft vaqonlarından gecələr külli miqdarda benzin oğurlaması kimi aşağılığının şahidləri bu gün də həyatdadır və lazım gəlsə onun bu “qəhrəmanlığını” üzünə oxuya bilərlər. Məhz bunun nəticəsidir ki, bir zamanlar ADY QSC-nin sədri Arif Əsgərovla və kadr məsələləri ilə şəxsən özü məşğul olan, Qapalı Səhmdar Cəmiyyətin aparıcı qüvvəsi sayılan sədrin birinci müavini Əlirza Süleymanovla hesablaşmağı özünə artıq bilən Füzuli Kərimov indi özünə ağsaqqal bildiyi Çingiz Məmmədova arxayındır. O Çingiz Məmmədova ki, bu gün ADY QSC-nin təmir-tikinti departamentinin rəisi, eyni zamanda iddiaya görə, Prezident

İlham Əliyevin iqtisadi məsələlər üzrə müşaviri Əli Əsədovla birbaşa əlaqəsi və yaxınlığı var. Və bunu onun özü də heç kimdən gizlətmir, əksinə, yeri gələndə bu haqda fəxrlə danışır. Bu faktordan çıxış edərək əminliklə demək olar ki, bu gün Füzuli Kərimov artıq dəmir yolu idarəsinin rəhbərliyi bir yana, heç nazirin özü ilə də hesablaşmağı özünə sığışdırmır. Odur ki, yaş həddinin ona şamil olunmayacağına bir “quş” qoyaraq arın-arxayın Azərbaycan dəmir yollarında yeni kombinasiyalar qurmağa, “plastik əməliyyatar” aparmağa can atır.

Bəs bu kombinasiya, bu “plastik əməliyyat” nəmənə olan şeydir? Heç nə, uzun illərdən bəri şəxsi mənfəətə hesablanmış cürbəcür manevrləri sayəsində Azərbaycan dəmir yolunun qərb istiqaməti üzrə yükdaşıma departamentinin rəisi olmuş və bu rəislikdən “yükünü” çoxdan tutmuş, Bakıda, Gəncədə, Samuxda və ölkənin digər rayonlarında şəxsi evləri, obyekləri, ferması, torpaq sahələri olan Füzuli Kərimovun hələlik reallaşdırmadığı bircə arzusu qalıb ki, onu gerçəkləşdirmək - Gəncə dəmir yolu stansiyasına rəis qoydurduğu oğlu Zaur Kərimovu öz yerinə təyin etdirib sonra bəlkə təqaüdə getmək. Getmək deyəndə ki... nə getmək, əgər oğlunu öz yerinə oturda bilsə, bu gediş sadəcə formal xarakter daşıyacaq, yəni qərb istiqamətində yükdaşıma səlahiyyəti yenə bu qocanın əlində qalacaq. Ona görə də Füzuli Kərimov bu gün bütün resurslarını bu istiqamətə yönəldib: nəyin bahasına olursa-olsun, oğlunu öz yerinə otuzdurmaq! O oğulu ki, idarəetmə qabiliyyətinə malik olmaması cəhənnəm, heç dəmir yolu işindən də düz-əməlli başı çıxmır. Amma nə olsun, Zaur Kərimovun geydirmə işləri düzüb-qoşmaqda istedadı qıcqıran, al-ver də pərgar olan Füzuli Kərimov kimi “delovoy”, kombinator atası var. Əks təqdirdə Füzuli Kərimovun tabeliyində olduğu departament rəisi İsfəndiyər Kərimov yaş senzi ilə bağlı pensiyaya göndəriləndə onu da göndərərdilər. Əks təqdirdə, yəni bu qoca “delovoy” olmasaydı, Prezident İlham Əliyevin yaş həddi ilə bağlı fərmanı havadan asılı qalmaz, başqaları kimi ona da şamil olunardı.

...Bir müddət öncə isə Füzuli Kərimova məlum olub ki, oğlu üçün “bron” etdiyi və hələlik özünün oturduğu kresloya daha bir idddiaçı peyda olub və bu adam həmin vəzifəyə ən real namizədlərdən hesab olunur. Bu isə yuxarıda haqqında bəhs etdiyimiz... Müzəffər Həsəncanovdur. Gəncə lokomotiv deposunda uzun illər kadrlar şöbəsinin müdiri, daha sonra Gəncə dəmir yolunda su idarəsinin müdiri, hal-hazırda isə ADY QSC-nin infrastruktur departamentində 5 nömrəli müəssisəsinin Gəncə üzrə sahə rəisi vəzifəsində çalışan Müzəffər Həsəncanov. Bütün zamanlarda dəmir yolunda müxtəlif vəzifələrdə çalışan M. Həsəncanovun adının Füzuli Kərimovun tutduğu vəzifəyə namizədlər siyahısında liderlik etdiyindən, o, yəni Füzuli Kərimov Müzəffər Həsəncanovun hansı potensiala malik olduğunu anlayaraq (Müzəffər Həsəncanovun yuxarıda haqqında bəhs

etdiyimiz Yusif Baqiyevlə dayı oğlu bibi oğlu olması faktoru) onunla kompromisə getmək zorunda qalıb. Bəs necə, nazir Ziya Məmmədovun yaxın dostu və Rusiya koordinatoru olan Yusif Baqiyevin qohumu ilə münaqişəyə girmək elə Y.Baqiyevlə münaqişə demək olardı və istəyini reallaşdırmaq üçün daha çox xərcə düşərdi. Bu ona sözün mütləq mənasında baha başa gələrdi. Yəni oğlu üçün “bron” saxladığı vəzifəyə iki namizəd, ələlxüsus da pullu namizəd olanda qiymətlər lap auksiondakı kimi artır axı. ...Elə buna görə də eyni amal sahibi olan, yəni övladlarını yağlı vəzifələrə yerləşdirmək istəyən hər iki dəmiryolçu ortaq məxrəcə gələrək Gəncədə birgə işləmək, vəzifələri də hər ikisinin marağı nəzərə alınmaqla bölüşdürmək razılığına gəliblər. Yalnız bundan sonra Müzəffər Həsəncanov Gəncədə 5 nömrəli yol təmiri müəssisəsində, yəni öz yanında formal olaraq ştatda saxladığı, amma ərköyünlük edərək Postova, öz qohumları Y.Baqiyevin yanına gedən oğlu Səbuhi Həsəncanovu geri gətirdərək vəzifəyə təyin etdirə bilib. M.Həsəncanov vaxtilə Gəncə lokomotiv deposunda kadrlar şöbəsinin rəisi vəzifəsində çalışdığından, indi də fikir formalaşdırır ki, onun ərköyün oğlu məhz onun uzun illər öncəki kreslosuna varısdir.

Bu, ssenarinin başlanğıcıdır, amma inandırıcı başlanğıcdır. Bir ildən artıq öz iş yerini qoyub Rusiyaya gedən, amma atasının kəraməti sayəsində saxtakarlıq edilərək adı ştatda saxlanılan ərköyün oğulun gəlişi ilə Gəncə lokomotiv deposunda uzun illər kadrlar şöbəsinin rəisi olan Samir Qazıyev vəzifəsindən həmən azad edilib. O Samir Qazıyev ki, bu vəzifəyə fəhləlikdən başlayaraq illərini sərf etmiş, pillə-pillə qalxmışdı, ali təhsilli, dəmir yolu işlərini mükəmməl bilən mütəxəssis idi. Təbii ki, belə üzdəniraq “kadr islahatları” elə-belə, “qara qaşa” görə edilmir. Müzəffər Həsəncanov da Füzuli Kərimov kimi vaxtilə tutduğu vəzifəyə öz oğlunu oturtmaq istəyir. Yeri gəlmişkən qeyd edək ki, bu, M.Həsəncanovun ən yaxın perspekiv üçün planıdır. Səbuhi Həsəncanovun Postovda ali təhsil alması isə (Yusif Baqiyevin kimliyini nəzərə alsaq, Səbuhinin Gəncədə formal olaraq işlədiyi kimi, ali təhsil almasının da formal olduğunu düşünmək olar-müəllif) işbaz atanı uzaq perspektiv üçün də planlar qurmağa vadar edib. İştah diş altındadır-deyiblər. Odur ki, M.Həsəncanov ərköyün oğlunun gələcəkdə Gəncə lokomotiv deposunun rəisi olacağı düşüncəsini də gizlətmir. Çünki uzun illər dəmir yolunda çalışmasına baxmayaraq, hal-hazırda Gəncə lokomotiv deposunun rəisi olan Faxrəddin Rzayev texnikum təhsillidir. Bu faktor isə Müzəffər Həsəncanovu, ələlxüsus da hazırda bölgəyə kuratorluq edən 75 yaşlı qoca dəmiryolçu Füzuli Kərimovu yaman iştaha gətirib. Bəs necə, yağlı bir vəzifə tez-gec boşalacaq, o vəzifəni saxlamaq və ya satmaq ixtiyarı onların olacaq. Yeri gəlmişkən onu da qeyd edək ki, lokomotiv deposu Gəncə istiqamətində ən iri müəssisə olduğundan o vəzifəyə digər iddialılar da var. Bunlardan biri və ən real sayılan namizəd isə Gəncə vaqon deposunun rəisi

Şabəddin Hüseynovdur ki, Füzuli Kərimov bunu bilsə də, hələlik birtəhər sinirir. Çünki... məqamını gözləyir. Real vəziyyəti eyni prizmadan dəyərləndirən hər iki “delovoy” dəmiryolçu perspektivdəki vəzifə bölgüsü xatirinə hələ ki, “sülh müqaviləsinə” sadiqlik nümayiş etdirərək susmağa üstünlük verirlər. Çalışırlar ki, gördükləri və görəcəkləri işi, həyata keçirəcəkləri kadr əməliyyatını ehmalla, səssiz-səmirsiz, ADY rəhbərlərinin, nazirliyin diqqətini çəkmədən həyata keçirsinlər. Yəni ki, Füzuli Kərimov oğlunu öz yerinə oturtsun, bunun müqabilində 5 nömrəli müəssisəyə Müzəffər Həsəncanov, lokomotiv deposuna isə M.Həsəncanovun oğlu Səbuhi Həsəncanov rəis gətirilsin. Maraqlı məqam isə odur ki, həm Gəncədəki infrastruktur departamentinin 5 nömrəli müəssisəsinin rəisi Aydın Cabbarov, həm də Gəncə lokomotiv deposunun rəisi Fəxrəddin Rzayev Gəncədən deyil, Ağstafa rayonundandır. Əgər belə demək mümkünsə, Füzuli Kərimovla Müzəffər Həsəncanov öz rəzil və cılız ideyalarını-feodalizm dövründən qalma iyrənclikləri gerçəkləşdirmək üçün öz vəzifələrindən sui-istifadə edir, saxtakarlıq, talançılıq, oğurluq və əyriliklə əldə edilmiş haram pullarla özlərinə arxa-dayaq taparaq Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətində həm də bölgəçilik salmaq kimi bir aşağılıqla məşğuldurlar.

Bu məqamda istər-istəməz sual yaranır: Bəs görəsən nəqliyyat nazirliyində, ADY QSC-nin rəhbərliyində oturanların bu kombinasiyalardan, onun qurucularının bəd əməllərindən xəbəri olan varmı və əgər varsa, onların “blits”ə bənzəyən bu oyuna münasibəti necədir? Bəlkə, ümumiyyətlə, ADY QSC hal-hazırda NN-nə o qədər də gəlir gətirmədiyindən Ziya Məmmədovun gözündən və könlündən iraq düşüb? Bir də... görəsən doğrudanmı ADY-də məmurların kreslo seçimi nəqliyyat nazirliyindən deyil, Rostov şəhərindən edilir?.. Bu suallara cavab tapmaq ümidi ilə...

...Mövzuya qayıdacağıq.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında

    İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının ...

    19-11-2019, 12:06

  • 
  • AZAL və “Azərbaycan Dəmir Yolları” nazirliyə birləşdirilir... - Cahangir Əsgərov da vəzifədən çıxarılır

    AZAL və “Azərbaycan Dəmir Yolları” nazirliyə ...

    25-05-2022, 14:26

  • 
  • Gediş-gəliş pulsuz olacaq

    Gediş-gəliş pulsuz olacaq ...

    16-01-2015, 11:34

  • 
  • Cavid Qurbanov Heydər Əliyev dönəmini açıq tənqid etdi: “son əlli ildə…”

    Cavid Qurbanov Heydər Əliyev dönəmini açıq tənqid ...

    15-10-2019, 10:56

  • 
  • Yeni söküntü xəbərdarlığı: 881 ev təcili söküləcək

    Yeni söküntü xəbərdarlığı: 881 ev təcili söküləcək ...

    12-10-2013, 12:58


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (390)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu