gundemxeber.az xəbər verir ki, Müsavatın daha bir üzvü partiya sədri Arif Hacılının qəzəbinə gələrək partiya sıralarından qovulub. Bunu elə səbəbkarın özü- Ramin Sadıqlı bildirib:
"Bu gun Musavat Partiyasının Cəlilabad Rayon Təşkilatının növbədənkənar şura iclası olmuşdur. İclasa dəvət alsam da hamıya məlum olan səbəbdən iştirak edə bilməmişəm. İclas zamanı təşkilat sədri Akif Bədirli mənimlə əlaqə saxlayaraq "sənin oktyabrın 30-da feysbukda yazdığın antimsavat təbliğatlı statusunla bağlı müzakirə açmışıq. Sən burda olub suallara cavab verməlisən" ismarıcını çatdırdı.
Mən məhkəmə qarşısında deyiləm və heç kimin suallarına cavab vermək fikrim yoxdur dedim. Hidayət bəylə, Azər bəylə müzakirə aparmışıq. Hidayət bəy mənə Arif bəyin əleyhinə olan sözügedən statusu pozmağı təkidlə məsləhət gördü, pozmayacağımla bağlı fikrimin qəti olduğunu bildirdim. Həmin statusum çox böyük dartışmaya səbəb oldu. Hamı fikrini yazdı. Amma mənim statusum partiyaya bir nömrəli sorumlu olan şəxsə - Arif Hacılıya ünvanlanmışdı. Arif Hacılı çox təəssüf ki, cavab vermədi. Əvəzində ondan sifariş gəldi ki, seçki qurtaran kimi partiyada göstərdiyi 15 illik xidməti nəzərə alınamadan Ramin Sadıqlı partiya sıralarından xaric edilsin. Çox maraqlıdır ki, Hidayət bəy partiyadan xaric edilmə səbəbini göstərmir. Niye? Partiyadan xaric olunmağımı özümə dərd etmirəm, amma bu qərarı ədalətsiz hesab edirem.ozumun istirakım olmadan partiyada gosterdiyim bu keşmekeşli 15 illik xidmet,ve buradak hakimiyyetin həbsləri,təqibləri,təhqirləri nəzərə almadan partiya üzvlüyündən xaric edilməsini məsləkdaşlarımın Demokratiyadan uzaq ve müxalifət fikrə nə qədər aqressiv olduğunu göstərir. Bu qərara tessüf edirəm. Amma yənə də özümü Musavatçı hesab edirem.Daha Arif Hacılıçı hesab etmirem. Bir çoxları kimi hamınıza uğurlar arzulayıram. Bu gün bizim üçün xəyal kimi görünən IQTIDAR-da olmaq arzusuyla görüşənədək. Haqqımı halal edirəm. Bütün Musavatçı dostlarıma, Siz da halallıq edin, əsl Müsavatçı bacı və qardaşlar...
Qeyd edək ki, Arif Hacılının qəzəbinə gələn Ramil Sadıqlının 30 oktyabrda yazdığı status budur:
"Demək mən 1. 11. 2015 - ci ildə MM - ə keçiriləcək seçkidə 67 saylı Cəlilabad şəhər seçki dairəsinin 5 nömrəli məntəqəsinə Müsavat Partiyası tərəfindən müşahidəçi kimi təhkim olunmuşam. Partiya da srağagün boykot qərarı verib. Indi mən Arif bəydən soruşmaq istəyirəm ki, mən kimin və hansı partiyanın maraqların müdafiə edəcəm?MSK - nın Umid - dən olan üzvü Akif Qurbanovunmu? Yoxsa həmişə dediyimiz ki, qondarma müxalifətçilərinmi?Niyə? Həmişə qınadığımiz" müxalifətçiləri" niyə maraqlarını müdafiə etməyə məhkum oluruq ki? Mən özüm Partiyamızın namizədi Azər Əsgərov üçün lazım olan 550 imzanın yığılmasında əziyyətim olub az da olsa. Partiya 70 namizədlə seçki kampaniyasına qoşulmuşdu. Bu da edir hardasa 37500 imza. Biz bunu kvadrata yüksəltsək 10 minlərlə seçici edir. Biz sonda bu seçicilərə nə cavab verməliyik ki, onlar bizim cavabımızla qane olsun. Mən partiyanin bu boykot qərarini yanlış hesab edirəm. Düşünürəm ki, bu rejimlə vuruşuruqsa, sona qədər gedilməliydi. Onsuz da bunlar zaman-zaman seçkini saxtalasdiriblar. Ne edə bilmisik ki? Bax beləcə həssas donəmdə partiya rehberliyinin yanlış qerarlari olur ki, adi mitinq kecirdirik, mitinqimize 200-300 adam gelir. Muxalifete inamsizliq yaranir. Sonra deyirik ki, xalq muxalifeti desteklemir, seckiye getmir filan. Gunahi ADR-de ve basqa adamlarda ve teskilatlarda axtarmaqdan basqa elacimz qalmir".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?