“Mülki Müdafiə Qoşunları ilə bağlı tələbləri daha da sərtləşdirmişik. Bir əsgərin ölümü baş verib, bundan sonra tələblər bir daha sərtləşib”.
“Hətta xırda nöqsana görə, general olsa belə, cəzalandırılacaq”
APA TV-nin məlumatına görə, bunu bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) 10 illik yubileyinə həsr olunmuş genişləndirilmiş Kollegiya iclasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov söyləyib.
KİM OLURSA-OLSUN...
"Əsgər ölümünə görə çox böyük həyəcan keçirdik. Bu gənclər bizim ordu birləşmələrində vahid komandanlıq altında yaşayıb, xidmət edirlər. Komandanlıq heç bir ayrı-seçkilik etməməlidir, orda hamı bir ailənin üzvüdür. Biz əsgər ölümünə görə çox böyük həyəcan keçirdik. Orada həbs edilənlər oldu, həmin hadisə ilə bağlı daha güclü nəzarət təmin etməyənlər işdən azad edildi" - deyə o qeyd edib.
Nazir bildirib ki, burada əsgərin psixoloji durumunu cəbhə bölgəsindəkilərlə müqayisə etmək doğru deyil: "Buna görə bir daha bildirirəm ki, hər xırda nöqsana görə, manqaya, bölüyə, hissəyə rəhbərlik edən kim olursa-olsun, hətta general da olsa, cəzalandırılacaq”.
"YÜZLƏRLƏ BOĞULMA HALLARININ QARŞISI ALINIB"
K.Heydərov deyib ki, Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti dövründə çoxlu sayda insan xilas edilib, yüzlərlə sularda boğulma hallarının qarşısı alınıb. Nazir bu sahədə olan işlərin gücləndirilməsinin zəruriliyi barədə də danışıb: “Nazirliyin müvafiq qurumunun əməkdaşları nəzarəti gücləndirməlidir. İnsanların nəzarətsiz yerlərdə dənizə girməsinin qarşısını almaq üçün məlumatlandırma işləri davam etdirilməlidir".
Nazir qeyd edib ki, nazirliyin əməkdaşları fövqəladə hadisələr, yanğınlar zamanı öz həyatlarını da riskə ataraq, insanları xilas ediblər: "Məsələn, Binəqədi rayonunda yaşayış binasında baş verən yanğın zamanı yanğınsöndürənlər səhhətlərini, ölümlərini gözləri qarşısına alaraq çoxlu sayda insanı xilas elədilər. Təəssüflər olsun ki, yanğında 16 nəfər həyatını itirdi".
İSTİNTAQ NƏYİ ÜZƏ ÇIXARTDI?
K.Heydərov bildirib ki, nazirliyin müvafiq qurumları dəfələrlə rayon və şəhər icra hakimiyyətlərinə xəbərdarlıq məktubları göndərib: "Çox təəssüf ki, bəzi rayon və şəhər icra hakimiyyətləri xəbərdarlıqlara baxmayaraq, abadlıq işləri adı altında yanğına davamlı olmayan materiallardan binaların əsaslı təmirində istifadə ediblər. Bu, aparılan istintaq zamanı da üzə çıxdı”.
Həmçinin bax: AzadlıqRadiosunun Youtube səhifəsindən izləyin
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?