GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » "İlham Əliyev bilsin ki, onun mənim kimi cəngavər qardaşı var" — Partiya sədrləri Prezidenti belə təbrik etdilər

"İlham Əliyev bilsin ki, onun mənim kimi cəngavər qardaşı var" — Partiya sədrləri Prezidenti belə təbrik etdilər

Tarix: 24-12-2015, 22:10 Bölmə :Manşet Baxış: 0
"İlham Əliyev bilsin ki, onun mənim kimi cəngavər qardaşı var" — Partiya sədrləri Prezidenti belə təbrik etdilər

Bu gün Azərbaycan Respubilkasının prezidenti, eyni zamanda hakim Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin doğum günüdür.

Doğum günü ilə əlaqədar Ölkə.Az saytı olaraq siyasi partiya sədrlərinin Prezident İlham Əliyevə ürək sözləri və arzularını öyrəndik:

ADP sədri Sərdar Cəlaloğlu: "Hər bir siyasi partiya xalqın problemlərini həll etmək, xalqı xoşbəxt bir gələcəyə aparmaq, ölkəni daxili və xarici düşmənlərdən qorumaq, xalqa dost yığmaq üçün formalaşır. Onun liderinin də vəzifəsi xalqının dostlarının sayını artırmaq, düşmənlərinin sayını azaltmaqdır. Düşmənləri məğlub etmək, xalqının nüfuzunu qaldırmaqdan ibarətdir. Hər bir partiya sədri bu işləri görməlidir. Onun da Azərbaycan xalqı qarşısında xidmətləri nə dərəcədə öz xalqına dost yığmaq, nə dərəcədə xalqının düşmənlərini neytrallaşdırılması ilə ölçülə bilər. Bu baxımdan Prezident İlham Əliyevə bu vəzifələrin yerinə yetirilməsində müvəffəqiyyət arzulayıram".

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: "Əziz qardaşım İlham Əliyevi təbrik edirəm. İlham Əliyev çox ləyaqətli şəxsdir. İlham Əliyev bir partiya sədri kimi, prezident kimi yetişmiş bir insandır. İlham Əliyev milləti üçün həddindən artıq çox çalışan bir şəxsdir. İlham Əliyevə qardaş kimi arzum odur ki, həmişə yüksəklərdə olsun, həmişə millətinə xidmət eləsin. Hər an onun yanındayam, onun yolunda ölümə getməyə də hazıram. Çox təəssüf ki, İlham Əliyevin ətrafındakılardan bəziləri onun lazımi qədər qədrini bilmir. Ancaq mən buna icazə verməyəcəm. Qardaşım İlham Əliyev bilməlidir ki, onun mənim kimi bir cəngavər qardaşı var və 90 minlik ordusu ilə onun yanındadır. Ona can sağlığı, uzun ömür, ailə xoşbəxtliyi arzulayıram".

Ümid Pariyasının sədri İqbal Ağazadə: "İlham Əliyevə uzun ömür can sağlığı arzulayıram. Arzu edirəm ki, məsuliyyətdən və görəvdən doğan vəzifələrinin icrası üçün əlindən gələni etsin. Ən başlıcası müxalifətlə və cəmiyyətlə dialoqun qapıları həmişə açıq olsun".

AXCP sədri Razi Nurullayev: "Hələ digər tərəfdə olanda, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də olanda da, İlham Əliyevi iki dəfə təbrik etmişdim. Düşünürəm ki, dövlət başçısını partiya sədrinin təbrik etməsində hər hansısa siyasi məqsəd güdmək lazım deyil. İlham Əliyevi ad günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Ona uzun ömür, can sağlığı arzulayıram. Düşünürəm ki, Azərbaycanda partiya sədrləri özündə siyasi iradə tapıb dövlət başçısını və digər partiya sədrlərini təbrik etməlidir. Burada bir siyasi məqsəd axtarılmamalıdır. Bu bir mədəniyyət nümunəsidir. Bir daha İlham Əliyevə uzun ömür, can sağlığı arzulayıram. Arzu edirəm ki, cəmiyyətin gözləntilərini doğrultsun".

Azərbaycan Sosial Demokrat partiyasının sədri Araz Əlizadə: "İlham Əliyev Azərbaycan Respubilkasının prezidentidir. Çox maraqlı bir prezidentdir. Onun fəaliyyəti ancaq Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə yönəlib. Ona uğurlar arzu edirəm. Allah ona can sağlığı versin. Dünyada iqtisadi, siyasi böhrandır. İlham Əliyev bütün gücünü sərf edir ki, Azərbaycanı bu böhrandan zərərsiz, xətərsiz çıxarsın. Bu yolda ona müvəffəqiyyətlər arzulayıram. Daim əlimizdən gələni edəcəyik ki, Azərbaycan dövləti möhkəmlənsin. Bu işdə ona yardımçı olmağa hazırıq".

Ana Vətən partiyasının sədri Fəzail Ağamalı: "İlham Əliyevi doğum günü, qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik еtməkdən böyük sеvinc və məmnunluq duyurаm. İlham Əliyevin müdrik və milli mаrаqlаrımızа söykənən siyаsəti qısа zаmаn kəsiyində müstəqil Аzərbаycаn dövlətinə Bеynəlхаlq аləmdə böyük nüfuz qаzаndırmış, оnun dünyаdа yüksək mövqе tutmаsını təmin еtmiş və ölkəmizi Cənubi Qаfqаzın lidеr dövləti səviyyəsinə qаldırmışdır. Ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi və işğal olunmuş torpaqlarımızın azad olunmasında tutduğunuz güzəştsiz və prinsipal mövqe, sоsiаl-iqtisаdi sfеrаdа əldə еdilən uğurlar, insаnlаrın həyаt tərzinin fundаmеntаl şəkildə yахşılаşdırılmаsı, ölkəmizdə dеmоkrаtik prosеslərin аrdıcıl хаrаktеr dаşımаsı İlham Əliyevin qətiyyətli fəаliyyətinin məntiqi nəticəsidir. Tam əminəm ki, İlham Əliyevin dəmir iradəsi milli dövlətçiliyimizin qorunub saxlanılmasına, onun möhkəmlənməsinə və ölkəmizin dünyada ön sıralara çıxmasına xidmət edən islahatların daha böyük sürətlə gedişi prosesinə yeni-yeni töhfələr verəcəkdir.
İlham Əliyevi bir dаhа üç əlamətdar bayram münаsibəti ilə səmimi qəlbdən təbrik еdir, möhkəm cansağlığı, аilə хoşbəхtliyi, uzun ömür və Аzərbаycаn dövlətinin çiçəklənməsi naminə аtdığı möhtəşəm аddımlаrdа yеni-yеni uğurlar аrzulayıram".

Qeyd edək ki, İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. O, 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti, 2003-cü ildə Azərbaycan Respublikasının Baş Naziri, 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti, 2005-ci ildən isə Yeni Azərbaycan Partiyasının Sədridir.

Səxavət Məmməd
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Sərdar Cəlaloğlu vəzifə üçün İlham Əliyevə müraciət edə bilər

    Sərdar Cəlaloğlu vəzifə üçün İlham Əliyevə ...

    24-10-2013, 18:29

  • 
  • Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa verdi

    Sərdar Cəlaloğlu ADP sədrliyindən istefa verdi ...

    11-10-2013, 12:37

  • 
  • Nursultan Nazarbayev İlham Əliyevə məktub yazdı

    Nursultan Nazarbayev İlham Əliyevə məktub yazdı ...

    18-02-2020, 16:47

  • 
  • Dünya ölkələrinin prezidentlərindən İlham Əliyevə təbrik

    Dünya ölkələrinin prezidentlərindən İlham Əliyevə ...

    23-12-2014, 00:05

  • 
  • Prezident İlham Əliyev əlcəzairli həmkarını təbrik edib

    Prezident İlham Əliyev əlcəzairli həmkarını ...

    31-10-2015, 19:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (485)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu