Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Nail Mərdanov vəzifəsindən azad edilib. Adim.az aznews.az-a istinadən bildirir ki, Nail Mərdanovun yerinə artıq yeni təyinat da olub.
Belə ki, Elnar Əsədov MHM-in direktoru vəzifəsinə təyin edilib.
Məlumata görə, adıçəkilən qurumda direktor müavinlərinin də işdən azad olunduğu bildirilir.
Nail Mərdanov 2004-cü ildən MHM-də direktor vəzifəsində çalışırdı.
Sorğu
Yeni dizaynımız necədir?