Azərbaycan və Yunanıstan arasında kifayət qədər səmərəli əməkdaşlıq mövcuddur. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Nazir qeyd edib ki, Bakıda yunanıstanlı həmkarı Nikos Kotziasla görüşündə ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olunub.
E.Məmmədyarov əlavə edib ki, danışıqların gündəliyində Avropa İttifaqı çərçivəsində əməkdaşlıq, həmçinin energetika sahəsində əməkdaşlıq məsələləri dayanıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?