GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Deputatla oğlunun adı qətldə: ara qarışdı

Deputatla oğlunun adı qətldə: ara qarışdı

Tarix: 3-02-2016, 00:06 Bölmə :Manşet Baxış: 0
Deputatla oğlunun adı qətldə: ara qarışdı

İmamverdi İsmayılovla İlkin İsmayılov Könül Zalovanın ölümünə görə medianın gündəminə gəldi, ajiotaj yarandı; öldürülən qızın maşınının seriya nömrəsi tanınmış ailəyə məxsus imiş

Deputatla oğlunun adının qətl işinə hallanması aləmi qarışdırıb. Millət vəkili İmamverdi İsmayılov və övladı İlkin İsmayılovun həftənin əsas gündəminə düşməsi ailəyə başağrısı yaradıb.

“Retro” film kimi qətl…

“Gündəm-xəbər”ə daxil olan məlumata görə, deputatın Qubada yerləşən “Retro” istirahət mərkəzində qətlə yetirilən Könül Zalova işində adının çəkilməsi yuxarı dairələrin diqqətinə çatıb.

Mərkəzi dairələr vəkili İmamverdi İsmayılova ciddi xəbərdarlıq edib. Deputat da məsələdən təşviş keçirərək işi ört-basdır etməyə çalışıb. Amma ötən həftənin ən qalmaqallı mövzusu kimi deputat gündəmdən çıxmayıb.

Deputat oğlunun nömrə alveri…

Məlumata görə, Könül Zalovanın idarə etdiyi avtomobilin seriya nömrəsi tanınmış ailəyə məxsusdur. Könül Zalovaya məxsus ağ rəngli “İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilin nömrəsinin İlkin İsmayılovla əlaqəli olduğu iddia edilib. Həmçinin 999 və 888 seriya nömrələri yalnız bu ailəyə məxsus olduğu qeyd edilir.

Kapitan rütbəli İlkin İsmayılov Sumqayıt Şəhər Yol polisində imtahan-qeydiyyat şöbəsinin baş inspektorudur. İlkin İsmayılov Qubadlı-Zəngilan dairəsindən millət vəkili seçilən İmamverdi İsmayılovun oğludur. Bu məsələnin üzə çıxması, deputatın ifşa olunması və ona aid olmayan bir qətlə sadəcə, nömrə biznesinə görə adının çəkilməsi bərk narahat edib.

Millət vəkili zor durumda

“Gündəm-xəbər”ə verilən məlumatda deyilir ki, İ.İsmayılov oğlunun biznesinə görə və qətllə hansı əlaqələrinin olub-olmamasına görə müəyyən dairələrə danışığa dəvət olunub. Amma bu işdə deputatın bir əlaqəsi olmadığı məlum olub. Sadəcə, adının çəkilməsi onun reputasiyasına zərbə vurub.

Qeyd edək ki, bir müddət əvvəl İlkin İsmayılovun adı 888 nömrəsi ilə bağlı qalmaqalda hallanıb. Azad istehsalçılar Birliyinin sədri Eyyub Hüseynov bir il iki ay əvvəl əvvəl İlkin İsmayılovdan təşkilat üçün KİA Sorento markalı 90 FP 888 dövlət nömrə nişanı olan maşın alıb.

Sonradan avtomobildə yaranan problemlə əlaqədar olaraq KİA servisə müraciət edərkən avtomobilin 14.10.2013-cü ildə servisdə 105800 km yürüşlə qeydiyyatda olduğu və onun üzərində çoxsaylı detal dəyişmə işləri aparıldığı məlum olub. 2014-cu ildə baş verən bu hadisə uzun müddət mətbuatın müzakirəsinə səbəb olub.

E.Hüseynov doğurdan da İ.İsmayılovdan aldığını və məsələyə atası İmamverdi İsmayılov qarışandan sonra həll edildiyini bildirdi. Məlumata görə, millət vəkilinin oğlu Sumqayıtda ən bahalı avtomobil nömrələrinin qara bazarda satışını həyata keçirirdiyi iddia edilir.

Deputatdan qəzəbli açıqlama

“Oğlum haqda dərc olunan yazılar böhtan xarakterlidir. Bütün bunlar qərəzdən irəli gəlir”.

Bu sözləri deputat İmamverdi İsmayılov deyib. İ.İsmayılov açıqlamasında oğlu İlkin İsmayılovun adının Qubada qətlə yetirilən Könül Zalova ilə yanaşı hallandırılmasına etirazını bildirib.

Onun sözlərinə görə, bəzi şəxslər oğluna qarşı məqsədli şəkildə kampaniya aparır: “Heç bir əxlaqa, mənəviyyata sığmayan kampaniyadır. Dəfələrlə belə şərəfsiz, ləyaqətsiz addımlar atıblar.

Ancaq hər dəfə də məlum olub ki, bunlar şər, böhtanla məşğuldurlar. Bu xəbis, paxıl, gözügötürməzlərin və mənə əli çatmayanların kimliyini yaxşı bilirəm. Ailəni, övladı belə məsələlərə qatmaq insan üçün ən sonuncu yoldur. Belə iyrənclikləri ortaya atanları olmayan vicdanlarına və Allaha tapşırıram”.

Könüllə sevgilisi necə tanış olub?

“Qızımla Elməddin 2013-cü ildə tanış olub”. Bunu Qubada istirahət mərkəzində sevgilisi Elməddin Əhmədov tərəfindən öldürülən Könül Zalovanın anası deyib. Fəridə Zalova geniş müsahibəsində bildirib ki, qızı evli olub, bir oğlu var: “Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Əvvəllər işləyirdi, yaxşı maaş alırdı. Avtomobili də həmin vaxt almışdı.

Maşını almaq üçün atası da kömək etmişdi. Könülün şəxsi mənzili də var, kirayə vermişdi. Elməddinlə də telefon mağazasında tanış olublar. Elməddinin anası əvvəllər müəllimə işləyib, atası isə vəfat edib”.

Onun sözlərinə görə, gənclərin tanışlığından az sonra Elməddin küçədə qarşısına çıxıb: “Ədəbsiz şəkildə dedi ki, qızını istəyirəm, evlənəcəyəm, ona yaxşı baxacağam. Sonra həyatından danışdı, dedi, boşanıb. Demə, Elməddin bizə yalan danışırmış, arvadından boşanmayıbmış, iş hələ məhkəmədəymiş.

Dedi ki, boşanmasına səbəb arvadının hepatit olmasıdır. Sonra da arvadı haqda nalayiq sözlər danışdı. Sözünü kəsib dedim ki, “Elməddin, arvad xəstə olanda boşayırlar? Bəs azyaşlı uşağına, ona kim baxacaq?” Uşağından da imtina etmişdi. Buna görə xoşum gəlmədi, ailə qurmalarına razı deyildim. Ancaq qızımdan əl çəkmirdi, mobil nömrəsinə, evimizə zəng edirdi”.

Yığılan borclar və təhdid

F.Zalova Elməddinin qızını evdən bayıra çıxmağa qoymadığını və hədələdiyini söyləyib: “Dəfələrlə gecə həyətə gəlib, maşınının nömrəsini açıb götürmüşdü ki, qızım heç yerə gedə bilməsin. Qətldən 2-3 gün əvvəl də Könülü hədələyib. Qızım axşam rəfiqəsigildən gəlirdi. Elməddin zəng edib hədələdi ki, maşının nömrəsini açıb götürəcək.

Qızım gecə tələsik avtomobilini qarajımıza aparmağa çıxdı. Sən demə, oğlan həyətdə onu güdürmüş. Könül zəng edib həyəcanla dedi ki, mama, Elməddin dalımca gəlir. Özünü evə zorla, təngnəfəs çatdırdı. Yaman qorxmuşdu. Elməddin ona çata bilməmişdi...”

F.Zalova qızına bir neçə dəfə təklif edib ki, onu qarabaqara izləyən Elməddindən polisə şikayət etsin: “Amma Könül razı olmurdu. Bir neçə dəfə qızımdan borc pul alıb. Deyirdi ki, ana, əgər Elməddini polisə versək, aldığı pulları qaytarmayacaq. Könülə deyib ki, alverə başlayır, pulları qaytaracaq”.

Mesajları kim yazıbmış?

Qadının sözlərinə görə, Könül Elməddinə inanaraq dəfələrlə anasından, atasından və qardaşından borc pul alıb: “Ümumilikdə, 15 min manata qədər borc götürüb. Bu da bir yana, Könülün maşınını satmaq istəyirdi. Qızımın qızıllarının bir hissəsini “Lombard”a qoyaraq pul götürmüşdü. Təxminən 8 min manatdır. Borc kağızları qızımın avtomobilindən tapılıb”.

Ana qızı ilə sonuncu dəfə yanvarın 13-də, gecə saat 12-də telefonla danışdığını xatırladıb: “Ad günümü təbrik etdi. Dedi, səhər evdə olacaq, doğum gününü restoranda qeyd edərik. Səsini sonuncu dəfə onda eşitdim”.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Deputat oğlunun vəzifəsi təhlükədə...

    Deputat oğlunun vəzifəsi təhlükədə... ...

    7-03-2016, 16:45

  • 
  • Deputat oğlunun vəzifəsi təhlükədə...

    Deputat oğlunun vəzifəsi təhlükədə... ...

    28-03-2016, 19:53

  • 
  • Deputat oğlunun adı hallanan qətl işinin məhkəməsində İNTİM SÖHBƏTLƏR

    Deputat oğlunun adı hallanan qətl işinin ...

    26-11-2016, 00:24

  • 
  • Deputatlığa namizəd İmamveridi İsmayılovla bağlı ŞOK MƏLUMATLAR YAYILDI

    Deputatlığa namizəd İmamveridi İsmayılovla bağlı ...

    17-01-2020, 23:03

  • 
  • İmamverdi İsmayılov kredit borcunu ödəmir – Yenidən “seçilmiş” deputatın biznes imperiyası (FOTOFAKT)

    İmamverdi İsmayılov kredit borcunu ödəmir – ...

    20-02-2020, 11:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu