GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycan-İran: strateji tərəfdaşlıqda növbəti addım

Azərbaycan-İran: strateji tərəfdaşlıqda növbəti addım

Tarix: 29-02-2016, 11:51 Bölmə :Manşet Baxış: 0
Azərbaycan-İran: strateji tərəfdaşlıqda növbəti addım

Azərbaycan Prezidenti İlham Əliyevin İrana son səfəri olduqca uğurlu keçib. Dövlət başçısını Tehranda çox isti qarşılayıblar. İran Prezidenti ilə aparılan danışıqlarda çoxlu sayda məsələlər üzrə razılıq əldə olunub. Tərəflər 11 müqavilə imzalayıblar. Onlar demək olar ki, bütün sahələri əhatə edir. Sosial-mədəni, iqtisadi, energetika və neft-qaz sahələrində əməkdaşlıq məsələləri ilə yanaşı, nəqliyyat və regional təhlükəsizliyi təmin etməyi də əhatə edən müzakirələr keçirilib. Tehran və Bakı qitələri birləşdirən proqramlar çərçivəsində əlaqələri yeni səviyyəyə yüksəltməyin zəruriliyini vurğulayıb, bu istiqamətdə layihələrin reallaşmasında aktiv iştiraklarını bir daha təsdiqləyiblər. Bundan başqa, regional təhlükəsizliyin təminində fəal əməkdaşlığın lazımlığı da xüsusi qeyd olunub. Həmin çərçivədə mövcud imkanların daha da genişləndirilməsi niyyəti açıq ifadə edilib. Ekspertlər bütün bu məqamların region üçün strateji əhəmiyyət daşıdığı qənaətindədirlər.

Tarixi və mədəni yaxınlıq: daha miqyaslı əlaqələrə doğru

Regionun böyük dövlətlərindən biri kimi, İran geosiyasi mənzərənin formalaşmasında əhəmiyyətli rol oynayır. Onun iqtisadi potensialı yüksək qiymətləndirilir. Hərbi imkanları barədə də kifayət qədər informasiyalar yayılıb. Ekspertlər Yaxın Şərqdə son illər özünü göstərən böhranın aradan qaldırılmasında Tehranın ciddi rol oynaya biləcəyini vurğulayırlar.

Azərbaycanla İran arasında bir çox sahələrdə tarixi əlaqələr mövcuddur. Xüsusilə mədəni və dini aspektlərdə iki ölkə arasında sıx bağlantıları inkar etmək mümkün deyil. Ulu öndər Heydər Əliyev İranla münasibətlərin inkişaf etdirilməsi üçün ciddi fəaliyyət göstərmişdi. Hazırda rəsmi Bakı həmin kursu uğurla davam etdirməkdədir. Prezident İlham Əliyevin Tehrana son rəsmi səfəri bunu bir daha təsdiq etdi.

İran tərəfi Azərbaycan rəhbərini çox təntənəli qarşılayıb. Bu, Tehranın öz yaxın qonşusu ilə münasibətlərə xüsusi önəm verdiyini göstərir. Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi iqtisadi, mədəni, enerji, nəqliyyat və başqa sahələrdə cəlbedici tərəfdaşdır. Onun Yeni İpək Yolu layihəsində aktiv rol oynadığını yaxşı bilirlər. Bunlardan başqa, sanksiyaların ləğvindən sonra Tehranın obyektiv olaraq qonşu ölkələrlə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu demək lazımdır.

Müqavilələrin məzmunu konkret sahələr üzrə əməkdaşlıqla məhdudlaşmır - onların strateji əhəmiyyəti də vardır. Burada Şimal-Cənub və Şərq-Qərb dəhlizi üzrə nəqliyyatın təşkili və inkişaf etdirilməsi kimi məqamlar yer alıb. Azərbaycan Prezidentinin bu məqamlarla bağlı fikirləri lakonik olub. O deyib: "Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması işində bu gün çox önəmli addımlar atılmışdır. Bu yolun istifadəyə verilməsi nəticəsində biz qitələri gözəl nəqliyyat infrastrukturu ilə birləşdirəcəyik. Azərbaycanın üzərinə düşən vəzifə bu ilin sonuna qədər icra ediləcək və biz dəmir yolumuzu İran sərhədinə qədər çəkəcəyik".

İran Prezidenti həmin aspektdə iki ölkə arasında tranzit daşımaları, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıqdan bəhs edib və bütövlükdə "iki ölkənin iqtisadi münasibətlərində yeni bir səhifənin açılması"na diqqət çəkib.

Belə çıxır ki, uzaq Çindən tutmuş Avropaya və Rusiyadan başlayaraq Afrikayadək geniş bir geosiyasi məkanda müxtəlif sahələr üzrə faydalı əlaqələrin genişləndirilməsi imkanı meydana gəlir. Üstəlik, İranla Azərbaycanın hər iki istiqamətdə ortaq fəaliyyətinin əhəmiyyəti də böyükdür. Prezidentlərin yuxarıda göstərilən fikirləri belə qənaətə gəlməyə tam əsas verir.

Regional təhlükəsizlik: yeni əməkdaşlıq modelləri işığında

Həmin kontekstdə Xəzər dənizində əməkdaşlıq məsələsinin prinsipial əhəmiyyəti də qeyd edilməlidir. Azərbaycanın dövlət başçısı İran Prezidenti ilə görüşdən sonra mətbuata verdiyi bəyanatda ifadə edib ki, iki ölkə arasında neft-qaz sektorunda əməkdaşlıq üçün çox gözəl perspektivlər var.

Burada qarşılıqlı sərmayə qoyuluşundan başqa, yeni səviyyədə layihələrin həyata keçirilməsindən söhbət gedir. İlham Əliyev bununla əlaqəli söyləyib: "Xəzər dənizində yerləşən neft-qaz yataqlarının birgə işlənilməsi məsələsi də müzakirə olundu və yaxşı nəticələr gözlənilir. Xəzər dənizi bizim ümumi sərvətimizdir. Xəzər dənizi bundan sonra da əməkdaşlıq, təhlükəsizlik və sülh dənizi olmalıdır".

İranın dövlət başçısı da Xəzər dənizinin enerji ehtiyatlarından birgə istifadə məsələsinin aktuallığını xüsusi vurğulayıb. Həsən Ruhani ümumilikdə Xəzərin iki ölkə arasındakı münasibətlərdə pozitiv rol oynaması zərurətini qeyd edib.

Bunlarla yanaşı, elm və mədəniyyət sahəsində mövcud əlaqələri daha da inkişaf etdirərək yeni səviyyəyə yüksəltmək niyyəti açıq ifadə edilib. İran Prezidenti bununla bağlı deyib: "Biz iki ölkə arasında siyasi, iqtisadi münasibətlərin inkişafı ilə yanaşı, xalqlarımızın gediş-gəlişinin asanlaşdırılması, ölkələrimizin elmi mərkəzləri arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən mədəniyyət sahəsində əlaqələrin daha da dərinləşdirilməsi məsələlərini müzakirə etdik. Biz xalqlarımızın gediş-gəlişinin asanlaşdırılması istiqamətində fikir mübadiləsi çərçivəsində, o cümlədən dəniz nəqliyyatı ilə də get-gəlin artırılması barədə ətraflı söhbət etdik".

Yuxarıdakı fikirlərdən aydın olur ki, Bakı ilə Tehran geniş miqyasda əməkdaşlığa yaşıl işıq yandırırlar. Ölkələr arasındakı əlaqələr strateji xarakter daşıyır. Bundan sonra həmin istiqamətdə yeni səmərəli proqramların həyata keçirilməsi üçün ciddi addımların atılması gözlənilir. Şübhə yoxdur ki, bunlar yekunda İranla Azərbaycanın regionda inteqrativ rol oynaması üçün əlavə imkanlar açacaq.

Eyni zamanda, bu vəziyyət məsələnin çox mühüm bir aspektinə də nəzər yetirməyə şans verir. Azərbaycan Prezidenti İlham Əliyev Tehranda aşağıdakıları vurğulayıb: "Bu gün yaşadığımız bölgədə İran və Azərbaycan sabitləşdirici rol oynayır. Bizim birliyimiz nə qədər güclü olsa, bölgədə təhlükəsizlik də bir o qədər yüksək səviyyədə qorunacaq". Bu fikirlərin çox ciddi geosiyasi mənası vardır.

Məsələ ondan ibarətdir ki, Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsi məsələsi olduqca aktuallaşıb. Suriyada cərəyan edən hadisələrin fonunda bu problem yeni məzmun çalarları kəsb etməkdədir. Beynəlxalq terror daha da amansızlaşaraq geniş sahəyə yayılmaqdadır. Azərbaycan erməni terrorundan uzun illərdir ki, ziyanlar görür, insanlar həlak olurlar. Bir sıra dairələrin yaranmış vəziyyətdən istifadə edərək erməni terroruna yeni nəfəs verməyəcəyinə təminat yoxdur. Bu çərçivədə regionun İran kimi güclü dövlətinin Azərbaycanla həmrəy olmasının strateji əhəmiyyəti danılmazdır.

Bununla yanaşı, iki ölkənin regional təsiri olan yeni əməkdaşlıq modellərinə baş vurmaları da ciddi əhəmiyyət kəsb edir. İran Prezidenti o sırada üçtərəfli formatda Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Gürcüstan, Azərbaycan-İran-Türkmənistan əlaqələrinin inkişaf etdirilməsinin əhəmiyyətini ayrıca qeyd edib (bax: əvvəlki mənbəyə). Məlumdur ki, bu modellərin təşəbbüskarı Azərbaycan rəhbərliyidir. Bunun dəstəklənməsi çox müsbət haldır. Həm də region dövlətlərinin ümumilikdə təhlükəsizlik problemini həll etmək üçün konkret tənzimləmə mexanizmi hazırlaması istiqamətində geniş imkanlar yaradılır. Çünki üçtərəfli əməkdaşlıq modelləri yekunda bir çox ölkələrin ortaq fəaliyyətini təmin edə bilər.

Azərbaycan Prezidentinin bu kontekstdə ifadə etdiyi fikirlər maraqlıdır. O deyib: "...artıq biz üçtərəfli formatlarda da fəal iştirak edirik və getdikcə bu formatların coğrafiyası genişlənəcəkdir. Bu, bizim regional əməkdaşlığa birgə verdiyimiz dəyərli töhfədir. Bu, hər iki ölkənin niyyətini göstərir. Biz istəyirik ki, bölgədə və dünyada sülh, əmin-amanlıq, əməkdaşlıq olsun". Bu sözlərdə, faktiki olaraq, Azərbaycan dövlətinin sülhpərvərliyi, humanizmi və ədaləti öz əksini tapıb. Suriya məsələsinin də yalnız siyasi danışıqlar yolu ilə həllini düzgün saydığını vurğulayan İlham Əliyev bəzi dairələrin ölkəmiz haqqında yaydığı yalan məlumatların əsassız olduğunu göstərib.

Ekspertlər haqlı olaraq Azərbaycanın dövlət başçısının İrana səfərinin çox uğurlu olduğunu qeyd edirlər ki, bu da yuxarıdakı qısa təhlildən də aydın görünür. Rəsmi Bakı bir daha müstəqil xarici siyasət yeritdiyini və regional əməkdaşlığa ciddi töhfələr verdiyini sübut etdi. Bu, Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksələcəyini təsdiqləyən faktlardan biridir.

Newtimes.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İran Prezidenti İlham Əliyevə dollardan imtina təklif etdi

    İran Prezidenti İlham Əliyevə dollardan imtina ...

    2-11-2017, 11:22

  • 
  • İlham Əliyev: 'Azərbaycan-İran əlaqələrinin uğurla inkişafı bizi çox sevindirir'

    İlham Əliyev: 'Azərbaycan-İran əlaqələrinin ...

    6-03-2017, 01:17

  • 
  • Azərbaycan Prezidentinin İrana səfəri yerli mətbuatda geniş işıqlandırılıb

    Azərbaycan Prezidentinin İrana səfəri yerli ...

    24-02-2016, 12:53

  • 
  • İlham Əliyev: "Bu gün İran-Azərbaycan əlaqələri ən yüksək zirvəyə çatıb"

    İlham Əliyev: "Bu gün İran-Azərbaycan ...

    29-03-2018, 11:15

  • 
  • İlham Əliyevin İran səfərinə rəsmi- Şərh

    İlham Əliyevin İran səfərinə rəsmi- Şərh ...

    11-04-2014, 11:06


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (38)
Avqust 2025 (569)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu