Rusiya prezidentinin hiyləli vasitəçilik fəallığına imkan verməkdənsə, nəticə əldə etmək üçün ABŞ Dövlət katibinin özü münaqişənin həllinə daha çox cəlb olunmalıdır
Waşinqton Times Qarabağ münaqişəsi haqda yazı çap edib. “ABŞ Dövlət katibi John Kerry Dağlıq Qarabağ problemini həll etmək üçün neyləməlidir?” Məqaləsinin əvvəlində bu sualı özü verən Waşinqton Times əvvəlcə ehtiyatla yazır ki, "ABŞ-ın vasitəçiliyi daha tərəfsizdir, nəinki Rusiyanın". Məqaləsinin sonunda isə birbaşa yazır ki, Rusiyanı vasitəçi kimi saxlamaq praktiki baxımdan düzgün görünmür. Waşinqton Times qəzeti yazır: “Barack Obama İsrailə səfər edir ki, İsrail-Fələstin münaqişəsində bir irəliləyişə nail olsun, ancaq dünyanın başqa bir münaqişəsi də var ki, hər an qaynaya bilər. Bu, Qarabağ münaqişəsidir”. Qəzet yazır ki, münaqişənin adı çətin tələffüz olunduğuna görə, Dağlıq Qarabağ həddən artıq qəliz etnik münaqişə sinoniminə çevrilib. Acaq qəzetin fikrincə, münqişənin həllinə yaxından cəlb olunmuş ABŞ –ın əlini yuyub-qırağa çəkilməyinin yalnız bir yolu qalır: münaqişəni həll etmək. Qəzet xatırladır ki, keçən ay ABŞ Dövlət katibi John Kerry də Ermənistan prezidenti Serj Sarkisiana yazırdı ki, “münaqişədə status-quo ilə”, yəni vəziyyətin belə qalmağı ilə “biz razılaşa bilmərik” . Qəzet yada salır ki, senator olanda Kerry-nin amerikalı ermənilərin maraqlarından çıxış etməsi ilə tanınırdı. Kerry Dövlət katibi təyin olunanda hətta bəzi azərbaycanlılarda şübhə yarandı ki, Kerry münaqişə tərəflərinin birinə tərəfkeşlik edəcək. Ancaq belə görünür, Kerry ABŞ-ın milli maraqlarını öz seçki dairəsinin maraqlarından yuxarıya qoyub. Qarabağ münqişəsinin həlli isə həddən artıq dərəcədə ABŞ-ın milli marağındadır. Hər an qaynaya bilən münaqişə onsuz da qeyri-müəyyən olan regionun sabitliyini poza bilər. Bu region isə ABŞ-ın konfrontasiyada olduğu İranın şimalındadır, Türkiyədəki NATO sərhədlərinə yaxındır. Xəzər dənizindən Avropaya dünyanın ən mühüm enerji arteriyalarından biri burdan keçir. ABŞ diplomatları burda kəmərlər və nəqliyyat dəhlizinin yaradılmasına on illərlə əmək sərf ediblər. Qarabağ münaqişəsinin alovlanması ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını da poza bilər. Qəzet daha sonra yazır ki, ABŞ, Fransa, Rusiya Minsk qrupunda həmsədrlərdir. Bu qrup münaqişənin həllini tapmalıdır. Ancaq Soyuq müharibə quratarandan bəri münaqişənin yavaş-yavaş qaynamasının əsas səbəbi böyük oyunçulardan birinin bu münaqişəni əbədi saxlamaq istəyidir. Qəzet yazır ki, Rusiya və Ermənistan yaxın tərəfdaşdırlar. Rusiyanın Qafqazda hərbi mövcudluqda dərin strateji marağı var. Rusiyanın Ermənistanda 102-ci hərbi bazası yerləşir. Burda 3 mindən çox zabit və əsgər, yüzlərlə tank və zirehli maşın, MİG təyyarələri var. Rusiya qoşunları Ermənistanın sərhədlərinin keşiyini çəkir, Kremlin dəstək verdiyi Rusiya şirkətləri Ermənistan iqtisadiyyatının əksər hissəsinə nəzarət edir. Ermənistanla Rusiyanın müdafiə müqaviləsi müharibə olduğu təqdirdə Rusiyanın Ermənistanın köməyinə gəlməsini nəzərədə tutur.Moskvanın Bakı ilə belə münasibətləri yoxdur. Əksinə, indiki vaxtda Rusiya Qəbələdəki radar stansiyasından çıxır. Bu nəhəng natarazlığı nəzərə alanda, Rusiyanı münaqişənin həllində vasitəçi kimi saxlamaq əməli baxımdan düzgün görünmür. Rusiya tərəflərdən biri ilə müqavilə ilə bağlıdır və münaqişə alovlansa, tərəflərdən birini tutmağa məcburdur. ABŞ-ın indiyə kimi siyasəti Rusiyanın Minsk qrupunda rolunu nəinki dəstəkləmək olub, hətta indiki Rusiya baş naziri Dmitri Medvedevin prezident olarkən, Ermənistanla Azərbaycan arasında birbaşa vasitəçi olmasını da ABŞ dəstəkləyib. Qəzet belə yanaşmanı düzgün saymır: “Nə qədər ki, Vaşinqton Rusiyaya münaqişənin həlli ilə bağlı danışıqların şərtlərini müəyyən etməyə imkan verəcək, münaqişə həll olunmaycaq.” Qəzet sonda yazır ki, Dövlət Katibi Kerry-nin münaqişə ilə yaxından tanış olması ABŞ-a imkan verir ki, Qarabağ problemini həll etməkdə ortaya daha yaxşı strategiya qoysun. Qəzetin fikrincə, Rusiya prezidentinin hiyləli vasitəçilik fəallığına imkan verməkdənsə, nəticə əldə etmək üçün ABŞ Dövlət katibinin özü münaqişənin həllinə daha çox cəlb olunmalıdır. Qəzetin fikrincə, bu işi görməyə Kerry ola bilsin ən yaxşı namizəddir.
Sorğu
Yeni dizaynımız necədir?