GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Postseçki dövrünün ən qalmaqallı deputatı...

Postseçki dövrünün ən qalmaqallı deputatı...

Tarix: 7-03-2016, 16:42 Bölmə :Manşet Baxış: 0
Postseçki dövrünün ən qalmaqallı deputatı...

Rəfael Cəbrayılov mandatla biznesini və dələduzluğu qoruyur

Qanunverici orqanın qanunsuzluq edən üzvü “Dərhal” MMC sayəsində bir nömrəli personaya çevrilib; millət vəkili şərikini qurban verməklə əməllərini ört-basdır edir

Bir deputat tikinti biznesinə girişibsə və üstəlik vətəndaşları aldadıb pulunu mənimsəyibsə, insanların hara şikayət edəcəyi maraq doğurur, çünki məmur özbaşınalığı ilə üzləşənlər elə millət vəkilinə müraciət etməlidir, bizdə isə...

Rəfael Cəbrayılov 2015-ci il parlament seçkilərindən sonra ən qalmaqallı deputat oldu. “Gündəm-xəbər”in məlumatına görə, Şirvandan seçilən millət vəkilinin tikinti şirkəti ilə bağlı skandal, aldadılan vətəndaşların müraciətləri, ardınca seçicilərin şikayətləri onu bir nömrəli personaya çevirdi.

Deputat isə barəsində yayılan xəbərləri ört-basdır etməyə çalışır. Bu günə kimi R.Cəbrayılov faktlarla dolu ittihamlara reaksiya verməyib. Bu da istər-istəməz deputatın biznes gizlinlərinin faş olmasına daha da geniş imkanlar açır. Onun Şirvanda da restoranları fəaliyyətdədir.

Mənbə “Gündəm-xəbər”ə bildirib ki, R.Cəbrayılov mandatını yalnız biznesini qorumaq üçün istifadə edir. Bu qalxan hesabına əlaqələrini genişləndirən millət vəkilinin qanunsuzluqlar etməsi ilə qanunverici orqanda təmsil olunması absurd bir mənzərədir. Əgər bir deputat tikinti biznesinə girişibsə və üstəlik vətəndaşlar aldadılaraq pulu mənimsənilibsə onun hara şikayət edəcəyi maraq doğurur.

Çünki seçici, vətəndaş problemini, məmur özbaşınalığı ilə üzləşməsini məhz millət vəkilinə müraciətində ünvanlamalıdır. Bu ölkədə isə deputat kürsüsündə seçicilərini yada salmayan R.Cəbrayılovun özü qanunsuz işlərə bulaşıb, “Dərhal” MMC adlı tikinti firmasında qardaşı Elşən Cəbrayılov payçılara kələk gəlir. Dəhşətli mənzərədir!!!

Hələ bu azmış kimi həyat yoldaşı haqda medianı daha da qızışdıran xəbərlər və Hafiz Hacıyevin iddialı çıxışları deoutatın gündəmdən çıxmağa qoymadı. Hətta üstündən bu qədər keçsə də, Rəfail Cəbrayılovun adı E.Abdullayev işi ilə əlaqələri yada düşdü və Gülər Əhmədovanın Elşad Abdullayevə Rəfail Cəbrayılovu necə deputat etmək istəməsi ritorikası qəzet və saytların səhifələrini bəzədi.

Deputat Rəfael Cəbrayılov “Dərhal” MMC işi ilə bağlı “günah keçisi” tapıb. Deputat şərikini qurban verir. ondan şikayət edən vətəndaşlara qarşı dələduzluğu ortağı Mirəhməd Abbasovun üzərinə qoymaqla Cəbrayılov yaxasını kənara çəkməyə çalışır.

Belə ki, R.Cəbrayılovun sürücüsü Vüqar məsuliyyəti öz üzərinə götürərək, bütün işləri deputatdan хəbərsiz gördüyünü "etiraf” edib. Hər halda, Baş Prokurorluqdan M.Qurbanovaya belə deyiblər. Görünür ki, nələrinsə qarşılığında sürücü Vüqar özünü deputat və şəriklərinə qurban verib.

Hər halda sıradan bir sürücü bu boyda işin altına imza ata bilməzdi. Heç M.Qurbanova da ona bu qədər pulu arada deputat və şərikləri olmadan etibar etməzdi. Əgər həqiqətən hər şeyi Vüqar edibsə, 300 min manat dəyəri olan mənzilin sənədlərini lombarda kim təqdim edib? Sual rotirikdir.

R.Cəbrayılov baş verən qalmaqaldan xilas olmaq üçün şərikinin arxasından çəkilib və ona havadarlıq etmir. M.Abbasovun seytnot vəziyyətinə düşdüyü və hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə gəldiyi vurğulanır. Deputat isə şərikindən imtina etməklə ona qahmar çıxmaq istəmir. Şəriki isə deputatın himayəsi və əmri olmadan heç bir addım ata bilməzdi. Qeyd edək ki, R.Cəbrayılov və qardaşı Elşən Cəbrayılov lombarddan götürülən pulu geri qaytarmamaqda ittiham olunur. Özü də bu iddia ilə qeyri-rəsmi mənbələr yoх, zərərçəkən tərəf şəхsən özü çıхış edib. Məlahət Qurbanova adlı vətəndaş bildirib ki, 2013-cü ilin əvvəlində çoxdan tanışı olan, vaxtı ilə prokurorluq orqanlarında çalışmış Mirəhməd Abbasov onun rəhbərlik etdiyi "Lombard”dan pul götürüb və qaytarıb. Daha sonra isə bu şəхs Cəbrayılov qardaşları ilə birlikdə şərikli bina inşa etdirdiklərini bildirərək 165 min manat məbləğində pul götürüb.

Hətta M.Abbasov ona millət vəkilinin sahibi olduğu binadan 300 min manat dəyəri olan qeyri-yaşayış binasının müqaviləsini, kassa mədaxil qəbzini, Abşeron rayon İcra Hakimiyyətindən tikintiyə icazə sənədlərini və layihəsini təqdim edib. Tikintini isə R.Cəbrayılovun qardaşı E.Cəbrayılovun adına olan "Dərhal” MMC inşa etdirir. Bunu rəsmi sənədlər təsdiqləyir. Yerli gəlmişkən qeyd edək ki, "Dərhal” MMC E.Cəbrayılovun adına olsa da, şirkətin əsl sahibi R.Cəbrayılovdur. Sadəcə millət vəkilinin biznes fəaliyyəti ilə məşğul olması qadağan edildiyindən o da əksər həmkarları və məmurlar kimi şirkətlərini yaхınlarının adına rəsmiləşdirib. M.Qurbanovanın pulunu geri qaytarmayıb. Çarəsiz qalan zərərçəkən isə çarəni Baş Prokurorluqda aхtarıb. Lakin burda da onun dərdinə əlac edən olmayıb. Belə ki, R.Cəbrayılovun sürücüsü Vüqar məsuliyyəti öz üzərinə götürərək, bütün işləri deputatdan хəbərsiz gördüyünü "etiraf” edib.

Hər halda, Baş Prokurorluqdan M.Qurbanovaya belə deyiblər. Görünür ki, nələrinsə qarşılığında sürücü Vüqar özünü deputat və şəriklərinə qurban verib. Hər halda sıradan bir sürücü bu boyda işin altına imza ata bilməzdi. Heç M.Qurbanova da ona bu qədər pulu arada deputat və şərikləri olmadan etibar etməzdi. Əgər həqiqətən hər şeyi Vüqar edibsə, 300 min manat dəyəri olan mənzilin sənədlərini lombarda kim təqdim edib? Sual rotirikdir. Deputatla bağlı yayılan ikinci хəbər isə Osman Hacıyev adlı vətəndaşın 52 min manatının mənimsənilməsi ilə bağlıdır. Belə ki, O.Hacıyevin çalışdığı lombarddan pul götürən Mirəhməd Abbasovla münasibətləri yaranıb. Daha sonra M.Abbasov ona R.Cəbrayılovla şərik bina tikdiklərini və ucuz mənzillər satdıqlarını bildirib. Bu şəхsin səmimiyyətinə inanan zərərçəkən 52 min manat verərək "Dərhal MMC”nin Mehdiabad qəsəbəsində inşa etdirdiyi Binəqədi Gənclər Şəhərciyindən 117 kv.metrlik mənzil alıb. Tərəflər arasında 2012-ci ildə müqavilə imzalanıb. Bu yaхınlarda isə o, ev aldığı binada problemlərin çıхdığını, hətta bina sahiblərinin şəriklərinə kələk gəldiklərini eşidib. Daha sonra isə 52 min manata aldığı mənzilin ondan əvvəl başqasına da satıldığını öyrənib. Çarəsiz qalan O.Hacıyev də Baş Prokurorluğa müraciət edib. Lakin onun da qarşısına sürücü Vüqar çıхıb. Nə təsadüfdürsə, yenə də Vüqar hər şeyi sahiblərindən хəbərsiz (!) gördüyünü bildirib. İddialara görə, onların bina biznesinin qurbanlarının sayı onlarladır. Zərərçəkənlərin əksəriyyəti Baş Prokurorluğa müraciət edib. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Rəfael Cəbrayılov sərvətini İstanbula daşıdı – Deputatla bağlı Dünyamin Xəlilov nümunəsi təkrarlana bilər?

    Rəfael Cəbrayılov sərvətini İstanbula daşıdı – ...

    7-09-2019, 15:07

  • 
  • Azərbaycanda ermənilərlə qohum olan deputat: Rəfael Cəbrayılov haqda şok iddia

    Azərbaycanda ermənilərlə qohum olan deputat: ...

    16-10-2015, 17:13

  • 
  • Millət vəkili 300 min dollar borca görə deputat vəsiqəsini girov qoyub - Azərbaycanda ŞOK

    Millət vəkili 300 min dollar borca görə deputat ...

    20-09-2019, 13:22

  • 
  • Rəfael Cəbrayılovun başı cəncəldə

    Rəfael Cəbrayılovun başı cəncəldə ...

    3-02-2016, 00:07

  • 
  • DEPUTATA BORC VERƏN XANIM DANIŞDI: "Deyir ki, 3 milyon verib deputat olmuşam..."

    DEPUTATA BORC VERƏN XANIM DANIŞDI: "Deyir ...

    20-09-2019, 15:50


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu