GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Britaniya mediasından şok ifşa

Britaniya mediasından şok ifşa

Tarix: 8-04-2013, 10:26 Bölmə :Manşet Baxış: 691
Britaniya mediasından şok ifşa

«Ötən il ərzində ən azı 11 Britaniya siyasətçisi azərilərin «kürü
diplomatiyası»ndan mənfəətlənib və bu siyasətçilər Avropa İnsan
Haqları Məhkəməsinin qərarlarını icradan boyun qaçıran
Azərbaycanı Avropa Şurasında qeyri-adi rəğbətlə müdafiə edirdilər»


Simon de Pury-nin «Phillips de Pury» Auksion Evini tərk etdiyi barədə məlumat bütün incəsənət aləmini lərzəyə gətirən xəbər olub. Lakin bundan da sarsıdıcı xəbər bu olub ki, Simon de Pury-nin bu istefadan sonrakı layihələri arasında «Bakıya uçuş / Fly to Baku» layihəsi də var. Britaniyanın nüfuzlu və dəbdəbəli sənət jurnalı «Spears»-in redaktoru Josh Spero yazır ki, bu layihə Azərbaycanın repressiv rejimindən gələn sərgi layihəsidir. Bunu da demək yerinə düşərdi ki, iki ayda bir dəfə çıxan bu jurnal «maliyyə baxımından dəyərli» insanlar üçün buraxılır və bəzi dairələrdə «Bankir qardaşlığının İncili» adını qazanıb.
Simon de Pury-nin də adı Azərbaycanda çoxları üçün naməlum ola bilər, lakin o bütün dünyada ən məşhur auksionçu və kolleksiyaçı kimi tanınır və Azərbaycan elitasının nəzər-diqqətini də, ehtimal ki, bu yöndən çəkib. O, «Phillips de Pury and Company» şirkətinin qurucusudur və onu istedadına görə auksion dünyasının Mick Jagger-i adlandırırlar.
Bakı ilə bağlı layihəsinə gəlincə isə, bu, artıq London, Berlin, Moskva və Romada nümayiş etdirilmiş «Müasir Azərbaycan incəsənəti» sərgisi ilə işbirliyidir. Simon de Pury Azərbaycana ilk səfərini 2011-ci ildə edib. 48 saatlıq bu səfər daha çox kəşfiyyat xarakteri daşıyırdı. Özünün dediyinə görə, həmin 48 saat ərzində onu Bakıda emalatxanadan-emalatxanaya gəzdirirdilər və o, «əvvəllər tam xəbərsiz olduğu çox canlı sənət səhnəsi ilə tanış olurdu».
«Özünün flora və fərdi allahlarına malik kəşf olunmamış ada kimi dünyanın qalan hissəsindən uzun müddət təcrid olunmuş Bakı sırf Azərbaycan zövqü olan rəssamlar yetirmişdir»- de Pury deyib. Onun fikrincə, bu rəssamların əsərlərində böyük zənginlik, nəhəng ekspressionizm var.
Sonra onlar birlikdə nüfuzlu LVMH-in incəsənət üzrə məsləhətçisi Hervé Mikaeloff-u kurator təyin ediblər. Mikaeloff-a rəssamların və rəsmlərin seçilməsində son söz sahibi olmaq səlahiyyəti verilib. Beləliklə, «Bakıya uçuş» layihəsi tezliklə işə düşüb və ilk sərgi o vaxtkı «Phillips de Pury»-nin iştirakilə 2012-ci ilin yanvarında Londonda baş tutub.
«Simon de Pury-ni Azərbaycan rəssamlarına cəlb edən onların texniki bacarığıdır» – müəllif yazır.
Qərbdə mövzu məsələsində sərbəst olan rəssamlar üçün texniki tərəf o qədər də mühüm deyil, lakin keçmiş Sovet İttifaqında, o cümlədən Azərbaycanda mövzu baxımından çərçivə içində olan rəssamlar texniki səriştələrini cilalandırırdılar. Josh Spero yazır: «Bakıya uçuş» layihəsi məni bir qədər narahat edir. Bu sadəcə olaraq pullu avtoritar hökumətin diqqəti rejimin repressiyalarından yayındırmaq üçün incəsənətdən istifadə etdiyi PR deyilmi?»
«Azərbaycanda rəssamların vəziyyəti, yazıçıların vəziyyətindən çox da fərqli ola bilməz, - yazır Spero, - onlar nəyi yazmaq məsələsində limitə malikdirlər». Speronun fikrincə, bu hüdudlar aşıldıqda onlarla Human Rights Watch-un «Döyülmüş, Damğalanmış və Barmaqlıqlar arxasında» adlı hesabatında göstərilən kimi rəftar edilə bilər.
Həmin hesabatda deyilir: «Azərbaycan hökuməti bu ölkədə ifadə azadlığının meydanını məhdudlaşdırmaq üçün əlaqələndirilmiş cəhdlər edir. Onlarca jurnalist mühakimə edilmiş, həbsə atılmış və ya cərimə olunmuşdur».
Josh Spero yazır ki, «Bakıya uçuş» layihəsindəki əsərlərin siyasi məzmunu dərin deyil və bu bəlkə də ona görədir ki, sənətkarlar özünüsenzura ilə məşğuldurlar. Spero düşünür ki, bəlkə də bu rəssamların çardaxlarında repressiya və dikatorluğu, habelə hakim ailənin ölkənin pullarını xaricdə şöhrətpərəst layihələrə sovurmasını faş edən radikal rəsm əsərləri gizlin saxlanır.
Spero ötən fevral ayında Londonda nəşr olunan «Private Eye» siyasi jurnalında dərc olunmuş tənqidi materialı xatırlayır. Məcmuə yazırdı ki, «ötən il ərzində ən azı 11 Britaniya siyasətçisi azərilərin «kürü diplomatiyası»ndan mənfəətlənib və bu siyasətçilər Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icradan boyun qaçıran Azərbaycanı Avropa Şurasında qeyri-adi rəğbətlə müdafiə edirdilər».
Müəllif sonda yazır: «Qısası bu incəsənət festivalları daxili yox, beynəlxalq istehlak üçün keçirilir və keçmiş Sovet Respublikasının insan haqları sahəsində dəhşətli reputasiyasından diqqət yayındırır». «Beləliklə, - nəticəyə gəlir Spero, - bəziləri üçün incəsənət və kürü, bir başqaları üçünsə zindan. Bakıya uç? Bu asandır. Ən əsası odur ki, sən orada nə deyəcəksən»

“Xəbər xidməti”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Britaniya Avropa Şurasında sədrlikdən imtina edəcək

    Britaniya Avropa Şurasında sədrlikdən imtina ...

    20-07-2016, 17:55

  • 
  • İranda "bank zəlzələsi": məşhur bankir tutuldu

    İranda "bank zəlzələsi": məşhur bankir ...

    23-07-2016, 20:56

  • 
  • Tovuzda iki ev yandı, ev sahibinin asılmış meyiti tapıldı

    Tovuzda iki ev yandı, ev sahibinin asılmış meyiti ...

    23-07-2016, 21:12

  • 
  • Britaniya XİN rəsmisindən Bakıda önəmli açıqlama

    Britaniya XİN rəsmisindən Bakıda önəmli açıqlama ...

    15-03-2013, 10:21

  • 
  • Britaniya komandosunun Azərbaycanda məxfi əməliyyatı üzə çıxdı

    Britaniya komandosunun Azərbaycanda məxfi ...

    20-10-2013, 23:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (369)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu