GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Tikinti şirkətləri, yoxsa cinayət çetesi?

Tikinti şirkətləri, yoxsa cinayət çetesi?

Tarix: 14-03-2016, 15:06 Bölmə :Manşet Baxış: 0
Tikinti şirkətləri, yoxsa cinayət çetesi?

Akif Çovdarovun tikinti biznesində vurduğu ziyanlardan kimlər zərər çəkib?

Milli Təhlükəsizlik naziri Eldar Mahmudov postundan kənarlaşdırılandan sonra bu qrumda bir çox qanun pzountuları aşkar olunub. Nazirliyin bir qrup vəzifəli şəxsi barəsində həbs qəti imkan tədbiri seçilib.

Bu şəxslər arasında nazirliyini yüksək rütbəli vəzfəli şəxsləri Akif Çovdarov, Elçin Qəmbərov, Vüsal Ələkbərov və digər şəxslər var. Bu şəxslər iş adamlarından hədə-qorxu yolu ilə pul tələb etmə, adam oğurluğu, rüvət almaq və digər ağır cinayətlərdə ittiham olunurlar.

Istintaqın gedişində maraqlı faktlar ortaya çıxır. Belə ki, ötən saylarımızda “Sevil” MTK-nın çökdürülməsinə səbəbkar Eldar Mahmudov və Akif Çovdarovun olması barədə məlumat vermişdik.

Qeyd etmişdik ki, bu cinayət işinin başlanmasına səbəbkar sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun “kassir”i kimi cəmiyyətə tanınan Akif Covdarov olub. İddia olunur ki, Eldar Mahmudov Akif Covdarovun vasitəsi ilə “Sevil Massivi”nin ərazilərini ələ keçirmək istəyib.

“Sevil Massivi” ilə bağlı cinayət işinin başlanması barədə sifarişin də Eldar Mahmudov tərəfindən gəlməsi iddia edilir. O da qeyd olunur ki, Eldar Mahmudov həmin ərazilərdə öz tikinti şirkəti vasitəsi ilə evlər tikmək istəyirmiş. “Sevil Massivi”nin vəzifəli şəxslərinin məhkəmədə susması, ifadə verməməsi onlara qarşı yüksək çinli məmurlar tərəfindən təzyiqlərin olmasını işarə etmişdilər.

“Sevil” MTK-dan başlayan cinayət

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində “Sevil Massivi” MTK-nın vəzifəli şəxsləri barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir. “Sevil Massivi” MTK-da külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması faktına əsasən Vergilər Nazirliyində

başlanmış cinayət işi üzrə istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib. Kooperativin təsisçisi Aynur Zeynalovun kooperativin direktoru Elçin İsmayılov və digərləri ilə qabaqcadan əlbir olaraq 2013-2014-cü illərdə 172 min 507 manat məbləğində sadələşdirilmiş vergini dövlət büdcəsinə ödəməkdən yayınıblar. Onlar habelə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq alınmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq 99 min 597 manat məbləğində gəlir əldə ediblər.

Buna görə də Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən Aynur Zeynalova və Elçin İsmayılova Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddələri ilə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Bu günlərdə isə redaksiyamıza daha bir maraqlı fakt daxil olub. Mənbə bildirir ki, son vaxtlar paytaxtda tikinti şirkətlərinin çökdürülməsinə səbəbkar Akif Çovdarov olub.

“GEN” MMC-nin açılmayan düyünü

Bu tikinti şirkətlərindən biri də “GEN” MMC tikinti şirkəti olub. Şirkətin rəhbəri Elbrus Əliyev olub. Elbrus Əliyev minlərlə vətəndaşın milyonlarla pulunu mənimsəməkdə təqsirli bilinib. Hələ 2007-ci ildə Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan və 15 il müddətinə azadlıqdan məhrum edilən Elbrus Əliyev susmağa üstünlük verib. O, məhkəmə proseslərində susmaqla pulların hara xərcləndiyini bildirməyib.

Elbrus Əliyevdən fərqli olaraq onun şəriki Asif Ələmov məhkəmə prosesində maraqlı faktlar ortaya çıxarıb. O, bildirmişdi ki, şirkətə elə adamlar gəlib-gedirmiş, onların adlarını çəkməyə qorxub: “Mən onların adını burada sadalasam, tükləriniz biz-biz dayanar. Biz qorxuruq, ad çəkmirik”.

Asif Ələmovun 9 il əvvəl səsləndirdiyi qaranlıq fikirlərə bu gün aydınlıq gətirilir. Heç kimə sirr deyil ki, Elbrus Əliyev kimi əfəl, heç bir istedadı olmayan bir şəxs bu qədər insanı aldada bilsin. Yadaki, bunun arxasında qaranlıq işlərlə məşğul olan Akif Çovdarov kimi adamlar olub.

Əgər Elbrus Əliyev mindən çox vətəndaşın 15 milyon manatını mənimsəyibsə, onda o vaxtı Elbrusun yanına gələn qoca anası bir ayaqqıbsı da olmayıb ki, ayağına geyinsin. Bütün bunlar fakt kimi ortada olur ki, Elbrus Əliyev bu qədər pulu öz başına mənimsəyə bilməz.

“GEN” MMC-nin çoxmilyonluq fırıldağı

“GEN” MMC-nin rəhbəri Elbrus Əliyev əvvəllər iki dəfə dələduzluq ittihamı ilə mühakimə edilib. O, azadlığa çıxandan sonra Əliyar Abbasov, Həbib Ağayev, Nəbi Məmmədov, Asif Ələmov, İlkin Səfərov, Ramin Əliyev, Kamran Əhmədov, mərhum yazıçı Əzizə Cəfərzadənin nəvəsi Mehparə Cəfərzadəni başına toplayaraq, “GEN” MMC tikinti şirkəti qurub. Bu şəxslər Bakıda kiçik bir ev qaralamadan 300-dən çox vətəndaşın pulunu alaraq, mənimsəyib. Elbrus Əliyev məhkəmə ifadəsində özünü təqsirli (ümumiyyətlə dələduzluq ittihamı ilə mühakimə olunanlar özlərini təqsirli bilmirlər) bilməyib. Ona dələduz deyən zərərçəkmişləri isə ittiham edib və deyib ki, “məni təhqir etməyin”. Hazırda 300-dən çox vətəndaşın pulunu mənimsəyən bu şəxslər mühakimə olunublar.

Amma ortada bir fakt var. O da vətəndaşlara dəymiş milyonluq zərər. Dəymiş ziyan bu günə kimi də vətəndaşlara ödənilməyib. “GEN” MMC-dən başqa şirkətlərdə olub ki, bunlarda vətəndaşları aldadıblar. Amma pulu hara xərcləyiblər. Bax, bu məlum deyil.

“Şakir” MMC 125 nfərin 3,5 milyonunu yeyib

“Şakir” MMC tikinti şirkətinin rəhbəri Şakir Hüseynov, onun qardaşı Vidadi Hüseynov, şirkətin əməkdaşları - İlham Hüseynov, Əşrəf Orucov və Telman Səlimov da 2008-ci ildə həbs ediliblər.

Təqsirləndirilən şəxslər Binəqədi rayonu Rəsulzadə qəsəbəsində və Yasamal rayonu Tbilisi prospektində yaşayış binası tikiblər. Onlar

vətəndaşları aldadaraq qəzalı vəziyyətdə olan binalardakı mənzilləri onlara satıblar. İş üzrə ümumilikdə 125 nəfər zərərçəkmiş tanınıb və vətəndaşlara ümumilikdə 3 milyon 547 manat ziyan dəyib.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinə 5 il sınaq müddəti olmaqla 10 il 6 ay şərti cəza təyin edilib. Məhkəmə təqsirləndirilən şəxslərin zərərçəkmişləri evlə təmin edilməsi barədə qərar qəbul edib.

Lakin Şakir Hüseynov birinci məhkəmə instansiyasında zərərçəkmişlərin evlə təmin edilməsi barədə verdiyi sözə əməl etmədiyinə görə, Bakı Apellyasiya Məhkəməsi onu zərərçəkmişlərin şikayəti əsasında həbs edib. Məhkəmə şərti cəza almış Şakir Hüseynovun barəsində 10 il 6 ay müddətinə hökm elan edib. Məhkəmə digər təqsirləndirilən şəxslərin barəsində olan hökmün isə qüvvədə saxlanılması barədə qərar qəbul edilib.

Şakir Hüseynovun da arxası güclü adam kimi tanınırdı. Hələ o vaxtlar bildirilirdi ki, Şakir Hüseynov MTN generallarından biri ilə əlaqələdir. Onun Akif Çovdarovla yaxın olması bu gün heç kimə sirr deyil. Akif Çovdarovun dələduzluq əməlləri ilə çoxsaylı tikinti şirkətlərinin rəhbərlərini çokdurməsi bu gün aydın olur.

“Şərur” MTK-nın şəriki niyə azadlığa buraxıldı?

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ramella Allahverdiyevanın sədrliyi ilə “Şərur” MTK-nın sahibi, “Şərurlu İsfəndiyar” kimi tanınan İsfəndiyar Axundovun şəriki olan Nazim Hüseynov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 320-ci (rəsmi sənədləri saxtalaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub. İttihama görə o, vətəndaşları evlə təmin etmək adı ilə onlardan pullarını alıb. Əvəzində Xətai rayonu General Şıxlinski və Telnov küçələrində inşa etdiyi binalarda mənzillər verəcəyini vəd edərək, vətəndaşlarla saxta müqavilələr bağlayıb. Zərərçəlkmişlərin şikayətindən sonra Nazim Hacıyev Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib.

Məhkəmədə prokuror Nazim Hacıyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəsə də, Məhkəmə ona 70-ci (şərti cəza) maddə tətbiq etməklə 3 il sınaq müddətinə məhkəmə zalından azadlığa buraxıb. Məhkəmə hökmündə qeyd edilib ki, təyin olunmuş 3 il sınaq müddətində Nazim Hacıyev cinayət törətdiyi halda 8 il cəzada hesablanacaq.

Onu da qeyd edək ki, Nazim Hacıyev də məhkəmədə özünü günühkar hesab etməyib. O, bildirib ki, həbs edilməsi sifarişlə həyata keçirilib. Bu sifarişin nədən ibarət olduğuna isə məhkəmə aydınlıq gətirmədi. Səbəbisə o vaxtlar Akif Çovdarovun yüksək səviyyədə sözünün keçməsi olub.

“Lalə-H” tikinti şirkətinin rəhbərini təzə tutublar

Bu günlərdə isə hüquq-mühafizə orqanlarının əməkdaşları Binəqədi rayonu ərazisində yerləşən “Lalə-H” Mənzil Tikinti Kooperativinin rəhbəri Hüseynbala Ziyəddin oğlu Quliyevin barəsində cinayət işi başlayıblar.

Araşdırma zamanı məlum olub ki, 2007-ci ilin noyabr ayında Hüseynbala Quliyev şirkətə məxsus mənzili Bakı şəhər sakini, 1956-cı il təvəllüdlü Tünzalə Təhməzbəyovaya 97 min dollara satıb və kassa mədaxil orderində alqı-satqının 55 min dolara aparılmasını göstərib. Zərərçəkən xanım bu barədə xəbər tutandan sonra hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Bu cinayət işi üzrə Binəqədi rayon Prokurorluğunda araşdırma aparılır.

Məşhur “Eyfel” MMC-nin rəhbəri də içəridədir

Bakının mərkəzində bina tikən “Eyfel” MMC-nin baş direktoru Yavər Qurbanov saxta sənədlərlə vətəndaşlara ev satmaqda təqsirləndirilir. Hazırda Yasamal rayon Polis İdarəsində istintaqı aparılan Yavər Qurbanov rəhbərlik etdiyi “Eyfel” MMC tikinti şirkətinin möhürlərindən istifadə etməklə vətəndaşlara saxta sənədlər əsasında ev satmaqda günahlandırılır.

İttihama görə Yavər Qurbanov saxta sənəd tərtib etməklə yeni inşa edilən binadan həmyerlisi Rasif Sultanova mənzil satıb. Faktla bağlı 18 avqust 2009-cu ildə Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinə müraciət olunub, sentyabrın 1-də faktla bağlı cinayət işi başlanıb. Bu cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Başəbəlalı “Mütəfəkkir”

2007-ci ildə Bakının mərkəzində “Mütəfəkkir” tikinti şirkətinin imşa etdiyi binanın uçması nəticəsində başlanmış cinayət işində də həbs edilənlər olub. “Mütəfəkkir” MTK-nın baş direktoru Əli Muradov, baş mühəndis Əsgər Əliyev, iş icraçıları Fərhad Həsənov, Qədir Səlimov, Mürsəl Haqverdiyev 5 il, memar Eldar Rəhimov, Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kooperativ İdarəsinin rəisi Akif Məhərrəmov həbs ediliblər. Binanın uçması zamanı 26 nəfərin ölməsi, 3 nəfərin xəsarət alması ilə bağlı başlanan istintaq zamanı “Mütəfəkkir” MTK-nın baş direktoru Əli Muradov ürək çatışmazılığndan Bakı İstintaq Təcridxanasında ölüb. Buna görə də onun barəsində olan cinayət işinə xitam verilib. Digər təqsirləndirilən şəxslər Ağır Cinayətlərə Dair İşlər üzrə Məhlkəmədə mühakimə olunublar. Məhkəmənin hökmü ilə Əsgər Əliyev 9 il, Fərhad Həsənov 7 il, Qədir Səlimov 5 il, Mürsəl Haqverdiyev 5 il, Eldar Rəhimov isə 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kooperativ İdarəsinin rəisi Akif Məhərrəmov məhkəmə zalından azad edilib. Bu cinayət işindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, Ali Məhkəməyə kassasiya şikayəti verilsə də, təqsirləndirilən şəxslərin şikayətləri təmin edilməyib.

Xırda xırda “işləyənlər” də var

Bakıda Fərdi evlər tikib satmaqla məşğul olanlar da var. Belə tikinti işləri ilə məşğul olan şəxslərin dələduzluğu üzləşənlər də çoxdur. Belə şəxslərdən biri də Bakı şəhər sakini Ələkbər Cəfərovdur. Ələkbər Cəfərov Bakının Sabunçu rayonu Balaxanı qəsəbəsində a 50-dən çox şəxsin pulunu mənimsəyib. Cəfərov tərəfindən dələduzluqla üzləşən

şəxslər hüquq-mühafizə orqanlarına müracət etsələr də, bir nəticəsi olmayıb.

Özünü öldürən iş adamları

Tikinti şirkətlərinin rəhbər şəxslərinin həbs edilməsi ilə yanaşı onların intihar etməsi, öldürlməsi və digər ağır cinayətləri də məlumdur. Tikinti biznesi sahəsində uğur qazana bilməyən və yaxud böyük miqdarda borca düşən şəxslər isə intihar etməklə canlarını qurtarırlar. 2013-cü ilin oktyabrın 14-də saat 22.00 radələrində 1975-ci ildə Laçın rayonunda anadan olan, “Oray” MMC-tikinti şirkətinin rəhbəri Qaşqay Həsənov özünü asıb. Onun meyiti şirkətin Binəqədi rayonu, 6-cı mikrorayon, 1410-cu keçid, ev 15/2-də yerləşən ofisində aşkar edilib. Şirkət rəhbərinin özünü öldürməsinin səbəbləri haqqında məlumat verilməsə də, sonradan onun küllü miqdarda borca düşməsi məlum olub.

Qeyd edək ki, Qaşqay Həsənov tikinti biznesi ilə məşğul olmazdan əvvəl hərbçi olub. Qarabağ savaşında xidmətlərinə görə, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Xanbəyi Zamanovu niyə yandırdılar?

Bu ilin oktyabrın 25-də Bakı şəhərində “Qayğı mənzil xidmət” kooperativinin təsisçisi Xanbəyi Zamanov qətlə yetirilib. Meyiti müayinə edən məhkəmə tibb ekspertizası əməkdaşlarının verdiyi ilkin rəyə görə, avtomaşında yanan şəxs əvvəlcə “Naqan” tipli tapança ilə atəş açılaraq bir dəfə başından vurulub. Qətlə yetirildikdən sonra isə avtomaşınla birlikdə yandırılıb.

Məlum olub ki, mərhum sahibkarlıq fəaliyyətilə məşğul olub və “Şakir” MTK-nın rəhbəri Şakir Hüseynovla uzun müddət məhkəmə çəkişməsində olub. Belə ki, X.Zamanovun “20 Yanvar” dairəsi yaxınlığında torpaq sahəsi olub. Ş.Hüseynov isə həmin yeri zəbt edərək mənimsəyib. Daha sonra onlar məhkəmədə üz-üzə gəliblər. X.Zamanov məhkəmədə qalib gəlib.

X.Zamanovu qətlə yetirən 1982-ci il təvəllüdlü Abdullayev Nemət Şəmil oğlu tutularaq məsuliyyətə cəlb olunub. Onun istintaqa verdiyi

ilkin ifadəyə görə, bu hadisəni qanunsuz nikahda yaşadığı 1983-cü il təvəllüdlü Əzimova Samirə Əvəz qızı ilə birlikdə törədib.

Qeyd edək ki, bu cinayətlərin bəzilərinin üstü açılsa da, bir çox qaranlıq məqamlar hələ də qalmaqdadır. İstintaq orqanı Akif Çovdarovun cinayətinin hərtərəfli və obtektib araşdırmalı olsa, bu cinayətlərin buraxdığı qaranlıq məqamlara da aydınlıq gətirilə bilər.

Taryel Bayramov

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Akif Çovdarov həbs edildi

    Akif Çovdarov həbs edildi ...

    14-11-2015, 18:58

  • 
  • Akif Çovdarovun 4 işçisi həbs edildi

    Akif Çovdarovun 4 işçisi həbs edildi ...

    12-11-2015, 17:56

  • 
  • Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs müddəti artırılıb

    Akif Çovdarovun dörd vəzifəli işçisinin həbs ...

    17-02-2016, 14:27

  • 
  • Eldar Mahmudovun ilk həyat yoldaşını Akif Çovdarov öldürüb - ŞOK İDDİA

    Eldar Mahmudovun ilk həyat yoldaşını Akif ...

    18-11-2015, 15:55

  • 
  • “Eldar Mahmudovla Akif Çovdarov güllələnməlidir” - İTTİHAM

    “Eldar Mahmudovla Akif Çovdarov güllələnməlidir” ...

    2-04-2016, 01:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (163)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu