GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Şirin Cəfərinin həbslə üz-üzə qalması, ölkə ictimaiyyətini yenidən qarışdırdı

Şirin Cəfərinin həbslə üz-üzə qalması, ölkə ictimaiyyətini yenidən qarışdırdı

Tarix: 20-03-2016, 02:51 Bölmə :Manşet Baxış: 796
Şirin Cəfərinin həbslə üz-üzə qalması, ölkə ictimaiyyətini yenidən qarışdırdı

Bəzi məmurlar ölkə rəhbərinin ABŞ-na növbəti səfərinin planlaşdırıldığı bir vaxtda, yenə də çirkin niyyətlərindən əl çəkmək istəmirlər

Bu da bir həqiqətdir ki, Azərbaycanda fəaliyyət göstərən bəzi müstəqil mətbu orqanlara qarşı ayrı-ayrı vəzifə sahibləri tərəfindən göstərilən basqılar, artıq uzun illərdir ki, davam etməkdədir. Bu sırada gündəmi zəbt edən və adı daha çox hallanan “Gündəm Xəbər” qəzeti və onun təsisçisi Şirin Cəfəri ilə bağlı yaşananlardır. Bir anlığa olub-keçənlərə nəzər salaq və azacıq da olsa tarixə ekskurs etməklə, bəzi məqamlara aydınlıq gətirməyə çalışaq. Çünki, “Gündəm Xəbər” qəzeti bir mətbu orqan olaraq daim dövlətimizə, xalqımızın milli maraqlarına xidmət edən müstəqil, ictimai-siyasi qəzet olaraq, bu gün də çoxsaylı oxucularının varlığı ilə seçilən mətbu orqanlardan biridir. Qəzet fəaliyyət göstərdiyi illər ərzində daim dövlətçiliyimizi, xalqımızın milli maraqlarını öndə tutmuş və həmin maraqların əleyhinə çıxan qüvvələrə qarşı ardıcıl mübarizə aparmaqla, zaman-zaman qətiyyətli mövqeyini də ortaya qoymuşdur. Eyni zamanda sosial əhəmiyyət kəsb edən problemləri də qabartmaqla, səhlənkar, savadsız, üzərinə düşən vəzifə borcunu lazımınca yerinə yetirməyi bacarmayan rəhbər şəxsləri də, hər zaman tənqid etməkdən belə çəkinməmişdir. Bütün bunlara baxmayaraq, bu gün “Gündəm Xəbər” qəzeti və onun təsisçisi Şirin Cəfəri ilə bağlı yaşananlar ölkə mediası ilə bərabər, tam əksəriyyəti də düşündürməkdədir. Buna səbəb, guya ki, vaxtilə Şirin Cəfərinin vergidən yayınması və belə bir səbəb üzündən də, ona Azərbaycan Respublikası CM-nin 213.2-ci maddəsi ilə cinayət işinin qaldırılması olub. 20 may 2013-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində keçirilən məhkəmə prosesində, ona üç il şərti, iki il isə sınaq müddətinə məhkəmə hökmünün elan olunması, olduqca absurd, qərəzli və heç bir həqiqəti ifadə etməyən bir qərar olur. Çıxarılmış məkhəmə qərarından Gəncə Apelliyasiya Məhkəməsinə apelliyasiya şikayəti verilsə də, çox təəssüflər olsun ki, çıxarılmış qərar qüvvədə saxlanılır. 02 sentyabr 2015-ci il tarixdə isə, birinci instansiya məhkəməsinin çıxartdığı qərardan Ali Məhkəməyə müraciət olunur ki, bu da nəticəsiz qalır. Yəni Ali Məhkəmə də, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayır.

Diqqəti o hal da cəlb edir ki, Şirin Cəfəri barəsində çıxarılmış iki illik şərti cəza müddəti 20 may 2015-ci il tarixdə başa çatdıqdan və Ali Məhkəmə tərəfindən birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlandıqdan sonra, Ədliyyə Nazirliyinin İstintaq İdarəsində yenidən CPM-nin 306.1-ci maddəsi ilə cinayət işi qaldırılır və toplanmış iş materialları baxılması üçün Yasamal rayon Məhkəməsinə də göndərilir. Sözsüz ki, Şirin Cəfəriyə qarşı növbəti dəfə belə bir addımın atılması, ölkə ictimaiyyətinin nəzər-diqqətini yenidən yaşanan problemin varlığına yönəltdi. Çünki, onun saxta, qondarma vergi ittihamı ilə ittiham olunması, keçirilən məhkəmə prosesində isə, dövlət ittihamçısının Şirin Cəfəriyə qarşı 5 il həbs cəzası istəməsi, artıq problemin ciddiliyindən xəbər verdi ki, bu da müstəqil mətbuata təzyiq kimi qiymətləndirilməlidir.

Amma, Milli Məclisin 15 mart 2016-cı il tarixdə keçirilən iclasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin yaşanan problemlə bağlı mövqeyini ortaya qoyması, bir daha ölkəmizin məhkəmə sistemində kompleks islahat proqramları aparılmasının zəruriliyini ortaya çıxartdı. Məsələn, o, çıxışı zamanı bildirir ki, “bir sıra hallarda qəbul olunmuş məhkəmə qərarlarına möhür vurulmamış, məhkəmə icraçıları onu icra etməyə başlayırlar. Misal üçün mən “Gündəm xəbər” qəzetinin oxucusu olmasam da, onu deyə bilərəm ki, bu qəzetin təsisçisi ilə bağlı Ali Məhkəmədə qərar qüvvəyə mindikdən sonra, çox keçmir ki, onun icrasına başlanılır. Yəni, Şirin Cəfəri barəsində qərar qəbul olunub ki, guya o, vergi borclarını ödəmir. Qeyd olunan vergi borcunun necə hesablanmasının nə qədər ədalətli olub-olmaması məsələsini hələlik bir kənara qoyuram. Bu adam artıq həmin borcu ödəməyə başlasa da, məhkəmə bir-iki günə onun işinə baxacaq. Mən bu barədə məlumatları mətbuatdan oxumuşam. Yəqin ki, Şirin Cəfərini həbs edəcəklər. Ola bilsin ki, qəzet səhifələrində işıq üzü görən açıqlamalar, hansısa məmurun xoşuna gəlməyib”.

Bütün bunlar bir daha onu söyləməyə əsas verir ki, “Gündəm Xəbər” qəzetinin təsisçisi ilə bağlı qərəzli yanaşma, bəzi vəzifə sahiblərinin tənqidə dözümsüzlüyünü ortaya çıxarır. O halda meydana çoxsaylı suallar da çıxır ki, əgər “Gündəm Xəbər” qəzeti daim sosial problemləri ictimailəşdirirsə, bəzi vəzifə sahiblərinin fəaliyyətini tənqid atəşinə tutursa, həlli vacib olan problemlərin həlli istiqamətində silsilə açıqlamalar dərc edirsə, bütün bunların nəyi pisdir? Belə bir addımların atılması, bəyəm dövlətimizə və xalqımıza xidmət etməklə bərabər, ölkə rəhbərinin yürütdüyü siyasətə verilən dəstək də deyilmi? Əgər “Gündəm Xəbər” qəzeti fəaliyyət istiqamətini bu yöndə davam etdirirsə, o halda sual oluna bilər ki, qəzetin təsisçisi ilə bağlı qərəzli yanaşmaya səbəb nədir? Deməli, Şirin Cəfəriyə qarşı bəslənilən belə bir yanaşma, istər dövlətçiliyimizə və xalqımızın milli maraqlarına, istərsə də ölkə rəhbərinin yürütdüyü siyasətə edilən xəyanətdən başqa bir şey deyil.

Diqqəti o halda cəlb edir ki, yaxın vaxtlarda ölkə rəhbərinin ABŞ-na növbəti səfəri baş tutacaq ki, səfər proqramı şərçivəsində iki ölkə arasında əhəmiyyət kəsb edən bir çox məsələlər də müzakirə olunacaq. Belə bir vaxtda Şirin Cəfərinin həbs olunması, yəqin ki, Azərbaycan hakimiyyətinə başucalığı da gətirməyəcək.

Zöhrab Təmrazov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • "Gündəm xəbər" qəzeti həftədə bir dəfə 5 ci günləri satışda olacaq

    "Gündəm xəbər" qəzeti həftədə bir dəfə ...

    13-04-2015, 21:23

  • 
  • “Gündəm-xəbər” qəzeti fəaliyyətini bərpa edir

    “Gündəm-xəbər” qəzeti fəaliyyətini bərpa edir ...

    3-11-2014, 02:02

  • 
  • “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin Cəfərliyə 5 il iş istənildi.

    “Gündəm xəbər” qəzetinin təsisçisi Şirin ...

    13-05-2013, 13:05

  • 
  • QƏZET REDAKSİYASI NAZİRLƏ MƏHKƏMƏDƏ ÜZ-ÜZƏ

    QƏZET REDAKSİYASI NAZİRLƏ MƏHKƏMƏDƏ ÜZ-ÜZƏ ...

    1-02-2013, 15:50

  • 
  • QƏZET SAHİBİNƏ 3 İL ŞƏRTİ HƏBS CƏZASI KƏSDİLƏR

    QƏZET SAHİBİNƏ 3 İL ŞƏRTİ HƏBS CƏZASI KƏSDİLƏR ...

    20-05-2013, 15:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu