Bu ilin mayın 18-də Bakıda II Avropa-Azərbaycan Biznes Sammiti baş tutacaq.
"APA-Economics" "East Invest" nəşrinə istinadən xəbər verir ki, bu dəfə tədbirdə üç prioritet sahəyə diqqət yetiriləcək. Bunlar kənd təsərrüfatı və qida sənayesi, nəqliyyat və logistika, turizm. Sammitdə qeyd edilən sahələrə əlavə investisiyaların cəlb olunması müzakirə olunacaq.
Təbdir çərçivəsində dəyirmi masaların, seminarların və "business-to-business" (B2B) formatında görüşlərin keçirilməsi planlaşdırılır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?