Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri: “ABŞ Azərbaycanda formalaşmağa başlayan yeni iqtisadi sistemi dəstəkləyir”
“Con Kerrinin, “Azərbaycanın demokratiya və insan haqqları sahəsində atdığı müsbət addımları alqışlayıb”, fikri onu deməyə əsas verir ki, iki dövlət arasında problemlər öz həllini tapıb.
Bu fikirləri Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, siyasi şərhçi Natiq Miri prezident İlham Əliyevin dünən Vaşinqtonda ABŞ Dövlət Katibi Con Kerrinin görüşünü şərh edərkən bildirib.
Xatırladaq ki, dünən Azərbaycan prezidenti İlham Əliyev Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi sammiti çərçivəsində ABŞ Dövlət Katibi Con Kerri ilə görüşüb. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kerri görüşdən sonra bəyan edib ki, "Kerri demokratiya və insan haqları məsələlərinin müzakirəsi zamanı Azərbaycanın son vaxtlar bu istiqamətdə atdığı müsbət addımları alqışlayıb". Həmçinin Dövlət Departamentinin sözçüsü Kerri tərəfindən ABŞ-ın Azərbaycanın regional ticarət mərkəzinə çevrilmək istiqamətində səylərini dəstəklədiyini ifadə edib.
Natiq Miri: “Bu görüş yüksək dəyərləndirilməlidir. Niyə? Çünki artıq bu görüş dövlətlər arasındakı buzların əridiyinin göstəricisidir”
Prezident İlham Əliyevin ABŞ Dövlət Katibi Con Kerri ilə dünən keçən görüşü yüksək etimadın nəticəsi olaraq görən Natiq Miri bildirib ki, bu görüşün baş tutması Azərbaycanda gedən müsbət proseslərlə bilavasitə bağlıdır:
“Əslində bu görüşün baş tutması Azərbaycanda gedən müsbət proseslərlə bilavasitə bağlıdır.Bu o deməkdir ki, ABŞ insan hüquqlarının qorunması sahəsində ölkəmizin gördüyü işləri təqdir edir. Bundan başqa Azərbaycan yeni iqtisadi sistemin oturuşması üçün fəaliyyətə başlayıb ki, bu yöndədə Azərbaycana hər bir vasitə ilə yardim etməyə hazır olduğunu bəyan edib.Təbii ki, əvvəldə qeyd etdiyim kimi bu proses davam etdiyi müddətdə ABŞ Azərbaycanın yanında olmağa davam edəcək. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kerrinin Azərbaycan Respublikasının prezidenti İlham Əliyevi bu mötəbər tədbirdə qəbul etməsi və danışıqlar aparması bu şəraitdə Amerika hökümətinin İlham Əliyevin apardığı siyasətə olan etimadının göstərir.Ancaq yenə deyirəm bu məsələ bununla yetinmir.ABŞ höküməti bu fəaliyyətin davamını gözləyir.Hər bir halda bu görüş yüksək dəyərləndirilməlidir. Niyə? Çünki artıq bu görüş dövlətlər arasındakı buzların əridiyinin göstəricisidir. Soyuq münasibətlər isti münasibətlərə çevrilir. Və Azərbaycanın gələcək təhlükəsizliyi baxımdan da cox önəmli addımdır.
Xüsusən ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kerrinin: “Kerri Azərbaycanın demokratiya və insan haqqları sahəsində atdığı müsbət addımları alqışlayıb”, fikri onu deməyə əsas verir ki, iki dövlət arasında problemlər öz həllini tapıb. Çünki son zamanlar bu iki dövlət arasındakı ziddiyyətlərin səbəbi təkcə ABŞ-ın geosiyası maraqlarındakı ziddiyətlərlə bağlı deyildi , eyni zamanda insan hüquqlarının pozulması , demokratiya və vətəndaş cəmiyyətinin sıxışdırılması məsələlərindəki fikir ayrılıqları idi ki, münasibətləri gərgin müstəviyə gətirib çıxarmışdı.Amma indi fikir verirsiz ki, bu məsələlərin həlli başlanıb.
Əfv fərmanı ilə əksər siyası məhbuslar azadlığa buraxılıb. Azadlığa çıxmayanlarda məhkəməyə müraciət edərək azadlıqlarını təmin edirlər. Təbii ki, ABŞ-ı bu vəziyyət qane edir. Lakin ümid edək ki, bu proses davamlı olsun və Azərbaycanda siyası məhbus məsələləsi birdəfəlik həll olsun. Azərbaycanda vətəndaş cəmiyyəti inkişaf etsin və azadlıqları məhdudlaşdıran qanunlarda dəyişikliklər olsun… Bu isti münasibətlərin formalaşması üçün eyni zamanda Azərbaycanda yeni iqtisadi sisteminin oturuşması məsələsi də var. Çünki islahatlar olmadan Azərbaycanda hər hansı bir irəliləyiş olmayacaq.Bu dəyişiklərə siyasi islahatlarda daxildir. Çünki iqtisadi islahatların siyasi islahatlar olmadan hər hansi müsbət nəticə verməsindən danışmaq olmaz”.
Sorğu
Yeni dizaynımız necədir?