GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Abşeronda məmur özbaşınalığı sahibkarı çökdürdü

Abşeronda məmur özbaşınalığı sahibkarı çökdürdü

Tarix: 25-04-2016, 16:10 Bölmə :Manşet Baxış: 0
Abşeronda məmur özbaşınalığı sahibkarı çökdürdü

Ölkə rəhbəri hər zaman bildirib ki, “sahibkarlara yalnız köməklik göstərmək lazımdır ki, onlar öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər”

Bu da bir həqiqətdir ki, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafında özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın rolu əvəzedilməzdir. Adicə bir faktı qeyd etmək kifayət edər ki, son illər ərzində ölkə iqtisadiyyatına yatırılan investisiyaların tam böyük əksəriyyəti, özəl sektorlar tərəfindən yatırılan investisiyalardır. Bu da bir daha onu göstərir ki, hal-hazırda Azərbaycan dövlətinin gücü artmış, özəl sektor ölkəmizdə gedən uğurlu proseslərdən heç də kənarda qalmır.

Məsələn, bir qədər keçmiş tarixə ekskurs edək və Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında, ölkə rəhbəri cənab İlham Əliyevin etdiyi çıxışa diqqət yetirək. O, çıxışı zamanı demişdir: “Bu il də sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi təmin ediləcəkdir. Bu təşəbbüsün çox gözəl nəticələri vardır. Biz bunu əyani şəkildə görürük. Bölgələrdə açılan yeni müəssisələr və iş yerləri bunu göstərir. Eyni zamanda, dövlət tərəfindən sahibkarlara böyük mənəvi dəstək də göstərilir. Yerlərdə bu işlər düzgün təşkil edilməlidir və sahibkarlara bu il də, öz vəsaitlərindən istifadə etməklə, ölkəmizin real sektoruna vəsait qoymağı tövsiyyə edirəm. Çünki dövlət sahibkarlara uzun illərdir ki, böyük dəstək verir, güzəştli şərtlərlə verilən kreditlərin həcmi yüz milyonlarla ölçülür, bəlkə də milyardı ötüb. Sahibkarlar verilmiş imkanlardan səmərəli istifadə etməlidirlər. Eyni zamanda uzun illərdir ki, onlar da öz kapitallarını əldə ediblər, ölkənin inkişafına, real sektorun inkişafına daha çox sərmayə qoymalıdırlar. Eyni zamanda, biz xarici investorları da, qeyri-neft sektoruna cəlb etməliyik. Əlbəttə ki, xarici investorlar daha çox neft-qaz sektoruna investisiya qoymağa maraqlıdırlar. İndi biz onları digər sektorlara da cəlb edirik və edəcəyik. Yaradılan xüsusi proqramlar çərçivəsində texnoparklar, aqroparklar salınacaq və bütün bunlar xarici investorları da cəlb edəcək”.

Əslində, sahibkarlığın inkişaf etdirilməsi çox böyük islahatların aparılması deməkdir ki, atılan addımlar da, bu gün ölkə başçısının fərman və sərəncamlarına uyğun atılmaqdadır. Prezidentin “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq, bu gün müəyyən prosedurlar sadələşdirilmiş, elektron xidmətlərin əhatə dairəsi genişləndirilmiş, əsassız müdaxilələrin qarşısının alınması istiqamətində və.s əməli addımlar da atılmışdır. Kiçik sahibkarlıqla məşğul olan vətəndaşlar isə, artıq uzun illərdir ki, üzləşdikləri girov probleminin həlli məqsədilə, bank olmayan kredit təşkilatları ilə qurulmuş əməkdaşlıq əlaqələrini genişləndirirlər, fermerlər arasında kooperasiya əlaqələri durmadan artmaqda davam edir. Bütün bunlardan əlavə, ölkə rəhbəri yerli icra orqanlarının rəhbərlərinə, icra başçılarına, digər vəzifəli şəxslərə sahibkarlara köməklik göstərilməsi, onların fəaliyyətinə dəstək verilməsi, qanunsuz müdaxilələrə yol verilməməsi, əsassız tələblər irəli sürülməməsi və.s yöndə də, lazımi tapşırıqlarını verib. Ölkə rəhbəri hər zaman bildirib ki, “sahibkarlara yalnız köməklik göstərmək lazımdır ki, onlar öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər”.

Bəli, bu gün ölkəmizin davamlı inkişafında, ictimai-siyasi və makroiqtisadi sabitliyin təmin olunmasında, sosial məsələlərin həllində, özəl bölmənin roluna mühüm önəm verilir. Dövlətimizin başçısı bu məsələnin vacibliyini xüsusi vurğulayaraq demişdir: “Həm bölgələrdə, həm də böyük şəhərlərdə sahibkarlığın inkişafı ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir. Bizim seçdiyimiz yol bazar iqtisadiyyatı, liberal iqtisadiyyat yoludur”.

Sahibkarların hüquqlarının müdafiəsi və əsassız müdaxilələrin aradan qaldırılması istiqamətində, bu gün də mühüm tədbirlər həyata keçirilməkdədir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 02 iyul tarixli Qanunu bunun bariz ifadəsidir. Bu qanunla Konstitusiyanın müvafiq bəndlərinə uyğun olaraq, sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydaları, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələri, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələblər müəyyən edilir. Ölkə prezidenti cənab İlham Əliyev Azərbaycanın inkişaf perspektivlərindən danışarkən demişdir: “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir”.

Bütün bunlara baxmayaraq, Sumqayıt şəhəri 16-cı mkr-n, ev-155a ünvanında yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan Xıdırov Elşən Rövşən oğlu, “Gündəm Xəbər”in redaksiyasına ünvanladığı şikayət ərizəsində, Abşeron rayon İcra Hakimiyyətində vəzifə sahibi olan bir neçə şəxsi ittiham etməkdən belə çəkinmir. O, ünvanladığı şikayət ərizəsində yazır ki, “mən təqribən bir il bundan əvvəldən başlayaraq, Abşeron rayonunun Fatmeyi kəndi ərazisində 1ha 20 sot ərazidə cins mal-qara yetişdirilməsi ilə məşğul olmaq qərarına gəldim. Bu məqsədlə kənd təsərrüfatı nazirliyinin xətti ilə, 62 baş mal-qara aldım və qanuni dövlət rüsumlarını da ödədim. Təsərrüfatımda lazımi şərait olmadığından, həmin iribuynuzlu mal-qaraları Gəncə şəhərindəki aqroliznqdə saxlamağa məcbur oldum. Məqsədim, təsərrüfatımın içərisindəki torpaq sahəsində yem saxlamaq üçün anbar tikmək və çobanların qalacaqları otaqlarda lazımi təmir-tikinti işlərini başa çatdırmaq idi. Çünki, rəhbərlik etdiyim təsərrüfatda təqribən 10 nəfər işçi çalışırdı ki, bu da orta hesabla 40-50 nəfərin dolanışığı demək idi. Elə ki, təsərrüfatımın içərisində taxıl anbarının tikintisinə və çobanların qalacaqları otaqların təmirinə başladıq, çox keçmədi ki, Fatmeyi kəndi üzrə icra nümayəndəsi vəzifəsini daşıyan Yusif müəllim ora gəlib bildirir ki, “tez tikintini dayandırın” deyə tapşırığını versə də, biz tikinti işlərini dayandırmadıq. Səbəb də onu göstərdi ki, tikintinin davam etdirilməsi üçün bir az, yəni nə az nə çox 10 min manat “şirinlik” lazımdır. Bu tapşırıq, rayonun memarlıq və tikinti şöbəsinin rəhbəri, “əməkdar memar” fəxri adını daşıyan Akif Əliyevdən verilən “əməkdar tapşırıq”dır dedi. Amma verilmiş tapşırığa baxmayaraq, biz tikinti işlərini davam etdirdik. Məhz ona görə ki, yem ehtiyatını saxlamaq üçün anbar yeri ilə bərabər, çobanların qalacaqları otaqlarda şərait də yox idi. Elə ki, o, çıxıb getdi, bir-iki gündən sonra Baba Qurbanov adlı şəxs gəlib bildirdi ki, “siz tikintini dayandırmalısınız, mən memarlıq və tikinti şöbəsinin işçisiyəm, tikintiyə nəzarət şöbəsində də çalışıram. Rəhbərlikdən mənə belə bir göstəriş verilib ki, get tikintini dayandır” dedikdə, mən ondan kim olduğunu, harada hansı vəzifəni daşıdığını soruşub, xidməti vəsiqəsini tələb etdim. Dərhal o, “mən sənə heç bir sənəd göstərə bilmərəm” deyib ərazidən uzaqlaşdı.

Elə ki, 12 aprel 2016-cı il tarixdə onlar mənim təsərrüfatda olmadığımı dəqiqləşdirə biliblər, dərhal həmin günün axşamçağı vaxtlarında icra hakimiyyətinin təqribən 10-15 nəfər əməkdaşı təsərrüfatımın yerləşdiyi əraziyə gəlirlər və hasarı aşaraq giriş qapısındakı “zamok”ları sındırıb, ağır texnika ilə tikintisi aparılan yem anbarını və çobanların qalacaqları otaqları altüst edirlər. Hal-hazırda taxıl ehtiyatını yığmağa anbar, çobanların qalmalarına otaq olmadığından, iş fəaliyyətim yarımçıq qalıb. Elə ki, apardığım tikinti işləri tamamilə darmadağın edildi, həmin günün səhəri “əməkdar tapşırıq”ları ilə xüsusi ad çıxaran Akif Əliyevin qəbulunda oldum. Düzdür, o, məni dinlədi, amma necə? Bir növ o, özünü sığortalamaq məqsədilə bildirdi ki, “sən yem anbarının tikintisi və çobanların qalacaqları otaqların təmir olunması ilə bağlı mütləq sənəd almalısan” dedikdə, məni təəccüb bürüdü. Çünki, məhz onun “şifahi razılığı” əsasında, bu gün nəinki Fatmeyi kəndində, hətta rayonun digər ərazilərində belə, minlərlə yaşayış evləri, təmtəraqlı villalar tikilib. O halda sual oluna bilər ki, ay Akif müəllim- həmin evlərin, təmtəraqlı villaların tikintisinə hansı əsaslandırıcı sənədləri vermisən? Deməli, sənin “şifahi razılığı”ın, əksər dövlət qurumlarının təsdiq etdikləri sənədlərdən də keçərlidir. Yoxsa,...”

Bəli, bütün bunlar sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyində olan, amma 10 min manat “şirinlik” vermədiyinə görə incidilən, tikintisi viran edilən sahibkar Elşən Xıdırovun danışdıqlarıdır, səsləndirdiyi iradlarıdır. Belə olan halda ortaya şoxsaylı suallar çıxır ki, ölkə rəhbəri cənab İlham Əliyevin sahibkarlara lazımi şəraitin yaradılması, müəyyən köməkliklərin göstərilməsi və.s yöndə, yerli vəzifə sahiblərinə müəyyən tapşırıqlarını verib?. Bəs indi atılan addımlara, sahibkar Elşən Xıdırovun çıxılmaz duruma salınmasına nə ad vermək olar? Deməli, vəzifə sahiblərinin atdıqları addımlar ölkəmizdə sahibkarlığın inkişafına deyil, ölkə rəhbərinin vermiş olduğu tapşırıqların əleyhinə atılmış addımlardır ki, bu gün də onların acı nəticəsi göz önündədir.

Problemin varlığını diqqətdə saxlayacağıq. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik.

Mirzə

Abşeronda məmur özbaşınalığı sahibkarı çökdürdü
Abşeronda məmur özbaşınalığı sahibkarı çökdürdü
Abşeronda məmur özbaşınalığı sahibkarı çökdürdü
Abşeronda məmur özbaşınalığı sahibkarı çökdürdü
Abşeronda məmur özbaşınalığı sahibkarı çökdürdü
Abşeronda məmur özbaşınalığı sahibkarı çökdürdü
Abşeronda məmur özbaşınalığı sahibkarı çökdürdü

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • İlham Əliyev: "Sahibkarlara daha da yaxşı şərait yaratmaq lazımdır"

    İlham Əliyev: "Sahibkarlara daha da yaxşı ...

    26-01-2016, 13:48

  • 
  • Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

    Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər ...

    11-01-2019, 13:06

  • 
  • “Diqlas”dakı sahibkarlara güzəştli kreditlər Sahibkarlığın İnkişafı Fondunun xətti ilə verilə bilər

    “Diqlas”dakı sahibkarlara güzəştli kreditlər ...

    29-03-2019, 11:52

  • 
  • Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

    Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər ...

    10-07-2016, 14:41

  • 
  • EBRD ilə əməkdaşlıqda əsas hədəflər müəyyənləşib

    EBRD ilə əməkdaşlıqda əsas hədəflər müəyyənləşib ...

    6-02-2021, 16:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu