Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın iki şəhərindən baş konsularımızın geri çağırılması haqqında sərəncam imzalayıb. gundemxeber.az xəbər verir ki, Prezidentin sərəncamında deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Elşad İlyas oğlu Qulamov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılsın".
Prezidentin digər sərəncamında bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Sultan Məhəmməd oğlu Qasımov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılsın.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?