GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hakimiyyətdə Mehdiyev faktoru

Hakimiyyətdə Mehdiyev faktoru

Tarix: 18-04-2013, 10:01 Bölmə :Manşet Baxış: 884
Hakimiyyətdə Mehdiyev faktoru

Ramiz Mehdiyev hakimiyyətə çox lazımdır; Ən azı seçkiyədək
75 yaşlı administrasiya rəhbəri vəzifəsində qalacaq,
seçkidən sonra nə olacağını isə, təbii ki, zaman göstərəcək


Aprelin 17-də prezident İlham Əliyev Prezident Administrasiyasının rəhbəri 75 yaşını tamamlayan Ramiz Mehdiyevi «Şərəf» ordeni ilə təltif edib. Sərəncamda bildirilir ki, Ramiz Mehdiyev bu ordenə dövlət qulluğunda səmərəli fəaliyyətinə və dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə layiq görülür.
Əvvəlki dönəmlərlə müqayisədə son zamanlar Ramiz Mehdiyevin adı mediada daha çox çəkilir. Ekspertlərin fikrincə, bunun 2 səbəbi var. Birincisi odur ki, bu il seçki ilidir. İkinci səbəb – Ramiz Mehdiyevin fəaliyyətinin pərdəarxası məqamları barədə vaxtaşırı tənqidi mediada işaran məlumatlardır.

«Sirf kabinet məmuru»

Politoloq Zəfər Quliyevin fikrincə, «Ramiz Mehdiyev doğrudan da Azərbaycan iqtidarının ən nüfuzlu və hiss olunur ki, son illər əvəzedilməz fiqurudur». O, bu 75 yaşlı yüksəkvəzifəli məmurun azı 20 il Heydər Əliyevlə, daha sonra da onun oğlu İlham Əliyevlə birgə çalışdığını xatırladır: «Heydər Əliyevin dövründə Ramiz Mehdiyev sırf kabinet məmuru idi. Onu «boz kardinal» da adlandırırdılar. Axı özü kölgədə qalır və Heydər Əliyev də onun çox görünməsinə imkan vermirdi. Həmin dövrdə o, çoxlu kitab və məqalə də yazmırdı. Birbaşa daxili aparat işi ilə məşğul idi və bu aparat işini çox məharətlə qururdu. Ramiz Mehdiyev İlham Əliyevin dövründə artıq yavaş-yavaş görünməyə başladı».
Zəfər Quliyev 2010-cu ildə Azərbaycan-Türkiyə münasibətlərində gərginlik yaranan vaxt Ramiz Mehdiyevin Türkiyəyə səfərini, ölkədaxili siyasi proseslərlə bağlı açıqlamalarını, bir çox komissiyalara və ölkədəki kadr siyasətinə rəhbərlik etməsini, seçki proseslərini necə yönəltməsini, müxalifətə qarşı olan kampaniyaların başında dayanmasını, mediaya nəzarətini də vurğulayır.

Diqqət və qınaq hədəfi

Keçmiş rektor Elşad Abdullayevin ötən ilin sentyabrından bəri yaydığı videomateriallarda Ramiz Mehdiyevin adı daha çox hallanır və qınaq obyektinə çevrilirdi. Gizli çəkilmiş videogörüntülərdə deputat Gülər Əhmədova olduğu iddia edilən qadın Elşad Abdullayevdən deputat seçilməsi üçün 1 milyon (videoda hansı valyutadan söhbət getdiyi məlum olmur) tələb edirdi. Keçmiş universitet rektoru bu pulun Ramiz Mehdiyevə çatıb-çatmadığını dəqiqləşdirməyə çalışırdı.
Ramiz Mehdiyev tezliklə reaksiya verdi və bildirdi ki, «bəhs olunan videoda mənim adımın təkidlə hallandırılması cəhdi kiminsə tərəfindən düşünülmüş ciddi təxribatdır . Məqsəd də ondan ibarətdir ki, hakimiyyət nümayəndələrini belə çirkin əməllərə bulayıb nüfuzdan salsınlar. Qeyd etməliyəm ki, belə cəhdlər müstəqillik dövründə dəfələrlə olub. Lakin əsası olmadığı üçün baş tutmayıb və bu tipli təxribatçılar öz məqsədlərinə nail ola bilməyiblər. Hazırkı olay da heç bir nəticə verməyəcək».

R.Mehdiyevin əvəzediciləri?

Prezidentin Ramiz Mehdiyevə fövqəladə durumda idarəetmə ixtiyarını üzərinə götürə biləcək yeni 4 müavin vəzifəsi təsis etməsi, bir çox müşahidəçiyə görə, «ölkədə 2-ci şəxs»ə xəbərdarlıq kimi də qavrana bilərdi. İsmayıllı olaylarından sonra prezidentin iştirakı ilə keçirilən müşavirəyə Ramiz Mehdiyevin qatılmaması da diqqətdən yayınmadı. Onun qısamüddətli məzuniyyətdə olduğu bildirilsə də, yerli media Ramiz Mehdiyevin vəzifəsindən kənarlaşdırılacağından yazırdı.

«Hakimiyyət onsuz bacarmadı»

Zəfər Quliyev deyir ki, hakimiyyət onsuz bacarmadığını və onun hələ gərəkli olduğunu gördü:«Hadisələrin gedişi göstərdi ki, hakimiyyət, hələlik, Ramiz Mehdiyevsiz bacarmır. Bəlkə də yanvarın axırında doğrudan da belə bir niyyət vardı. Gülər Əhmədovanın həbsi də sanki bundan xəbər verirdi. Amma fevralın axırı, martın əvvəlindən bəri Ramiz Mehdiyev yenidən siyasi səhnədə fəal rol oynamağa başladı. İdarəçiliyin həlledici və riskli dövründə, ola bilsin, dövlət başçısı da anladı ki, Ramiz Mehdiyevin bir balaca zəifləməsi, qısa bir müddətə kənarlaşdırılması da hakimiyyətə ciddi problemlər yarada bilər».
Daha sonra Ramiz Mehdiyev beynəlxalq QHT-ləri Azərbaycanın daxili işlərinə qarışmaqda və ölkədə inqilab etməyə cəhddə suçladı. Etiraz aksiyalarına qatılan gənc fəalları onların həbsindən sonra və heç məhkəmə qərarı olmadan cinayət əməlində ittiham etdi: «Ayrı-ayrı gənclərin emosiyalarının məhsulu olan, əsasən, satqın-radikal müxalifət tərəfindən dəstəklənən və qızışdırılan sosial şəbəkələrdəki bu çağırışlar qanunla qorunan ictimai asayişi pozmaq üçün bəhanə ola bilməz. Lakin planlaşdırılan cinayətin üstünün bu günlərdə Milli Təhlükəsizlik Nazirliyi və Respublika Baş Prokurorluğu tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində açılması əyani şəkildə göstərdi ki, ictimai sabitliyi pozmaq istəyən qruplar, sadəcə, çağırışlar etmirlər. Bu, kifayət qədər narahatedici məsələdir. Çünki «Molotov kokteyli», narkotik vasitələr, külli miqdarda pul vəsaiti bu niyyətin kifayət qədər ciddi olduğunu açıq-aydın göstərir».

«Mühafizəkarlar belədir: onlarla danışmaq çətindir»>

Politoloq, professor Əli Abbasov Ramiz Mehdiyevi hakimiyyətin mühafizəkar qolunun rəhbəri kimi səciyyələndirir və ölkədəki idarəçiliyin onu adı ilə bağlı olduğunu düşünür: «Respublikada ümumi idarəçilik, çox güman, onun adı ilə bağlıdır. Seçkilərlə məşğul olan xarici qruplar deyirlər ki, bu insanla danışmaq çətindir. Mühafizəkarlar belədir, çünki onlar sabitlik olmasına çalışırlar. R.Mehdiyevin yazılarından da bu nəticə çıxır ki, tələsmək lazım deyil, mərhələ-mərhələ getmək lazımdır, demokratiya qabaqdadır. Bu, onun sistem görüşüdür. Bu sistem görüşü təkcə əməllərində deyil, onun yazılarında da görünür».
Ekspertlərin bir fikri tam üst-üstə düşür: Ramiz Mehdiyev hakimiyyətə çox lazımdır. Demək, ən azı seçkiyədək 75 yaşlı administrasiya rəhbəri vəzifəsində qalacaq. Seçkidən sonra nə olacağını isə, təbii ki, zaman göstərəcək.

Kəbiran Dilavərli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramiz Mehdiyev AMEA-ya prezident gətilir?

    Ramiz Mehdiyev AMEA-ya prezident gətilir? ...

    13-02-2013, 10:49

  • 
  • Ramiz Mehdiyev də facebooka gəldi...

    Ramiz Mehdiyev də facebooka gəldi... ...

    4-02-2014, 21:22

  • 
  • Dövlət kanalına Ramiz Mehdiyev qadağası gəldi

    Dövlət kanalına Ramiz Mehdiyev qadağası gəldi ...

    7-02-2013, 10:41

  • 
  • Ramiz Mehdiyevin qiyam hazırlığı

    Ramiz Mehdiyevin qiyam hazırlığı ...

    20-12-2012, 12:15

  • 
  • Ramiz Mehdiyevin qiyam hazırlığı

    Ramiz Mehdiyevin qiyam hazırlığı ...

    20-12-2012, 12:34


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu