GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Həbsdəki NİDA-çıdan mübarizə mesajı

Həbsdəki NİDA-çıdan mübarizə mesajı

Tarix: 18-04-2013, 10:36 Bölmə :Manşet Baxış: 738
Həbsdəki NİDA-çıdan mübarizə mesajı

N!DA Vətəndaş Hərəkatının İdarə heyəti üzvü Üzeyir Məmmədli: "Bizi sındıra bilməzlər"...

Mart ayının 7-dən Azərbaycan hakimiyyəti N!DA Vətəndaş Hərəkatına qarşı bütün cəbhələrdən total hücuma keçib. Bu hücumda hüquq-mühafizə orqanları, televiziyalar, yazılı və elektron mətbuat, “cib” müxalifəti, Milli Məclisin deputatları, nazirlər və başqa məmurlar, hətta müğənnilər də iştirak edirlər. Məqsəd N!DA-nı zəiflətmək və məhv etməkdir. Bunun üçün ilk növbədə hərəkatın 3 sıravi üzvünü şərləyərək həbs etdilər və televiziyaya çıxarıb bir neçə gün iyrənc kampaniya apardılar. Ancaq əvvəldən əsas hədəfin N!DA Vətəndaş Hərəkatının idarə heyəti olduğu hamıya aydın idi. Nəticədə martın 14-də idarə heyətindən əvvəlcə Rəşad Həsənov həbs olundu. Daha sonra təşkilatın daha da aktiv fəaliyyət göstərdiyini görüb martın 30-da 2 idarə heyəti üzvünü (həm də hərəkatın həmtəsisçiləri) – Rəşadət Axundovu və Üzeyir Məmmədlini, 1 apreldə isə hərəkatın Layihələr üzrə koordinatoru (həm də həmtəsisçisi və keçmiş idarə heyəti üzvü) Zaur Qurbanlını qanunsuz olaraq həbs etdilər.
Bizim əleyhimizə istintaqda heç bir sübut yoxdur. İşin qondarma olduğu hamıya aydındır. Hakimiyyətin məqsədi N!DA-nın rəhbər heyətini fəaliyyətsiz qoymaqdır. Ancaq hələ ilkin həbslərdən sonra hərəkatın fəaliyyətinin daha da güclənməsi, yeni-yeni insanların N!DA-ya qoşulmaq barədə müraciətləri saysız-hesabsız idi. Son həbslərdən sonra isə bu say daha da artır. N!DA siyasi partiya deyil. N!DA bu ölkədə demokratik dəyişikliklər istəyən və bunun üçün var gücü ilə çalışan insanların birliyidir.
N!DA-çıların hakimiyyətə gəlmək məqsədi yoxdur. N!DA-çılar minimal maliyyə ilə iki ildən bir az artıq vaxt ərzində fədakarlıq hesabına bir çox işlər görüblər. N!DA-çılar bütün işlərində səmimidirlər. Fəaliyyətimiz hamıya açıqdır, yuxarıda dediyim kimi, heç bir əlavə məqsəd güdmədən ölkədə həqiqətən dəyişikliklərin olmasını istəyirik. N!DA Azərbaycana demokratik təşkilat və hərəkat nümunəsini göstərib. N!DA-ya heç kim kiməsə görə qoşulmur. N!DA-ya hamı ideya və ümumi məqsədə görə qoşulur.
N!DA-nın ancaq öz gücünə heç bir kənar dəstək olmadan bu cür fəaliyyət göstərməsinə bir çoxları əvvəllər də, indi də şübhə ilə yanaşırdı. Ancaq şübhə edənlərin sayı getdikcə azalır. Əslində şübhələnənlərə bəzən haqq verirsən. Çünki üzvlərimizin fədakarlığı hesabına iki ildir etdiyimiz işlər həqiqətən də inanılmazdır.
Ancaq hakimiyyətin bir aydır ki, apardığı kampaniya əslində N!DA-nı bütün ölkəyə tanıtdı və insanlar N!DA-nın nə olduğunu, nə etmək istədiyini gördülər. Bütün bu kampaniya əks effekt verir və verəcək.
Hər bir həbs olunan N!DA-çının yerini onlarla yenisi doldurur, bir azdan bu, yüzlərlə, minlərlə ifadə olunacaq. Bizim mübarizəmizə, bizim səmimiyyətimizə, bizim qələbəmizə inanan insanların sayı getdikcə artır.
N!DA əsl demokratik hərəkatdır! N!DA-nı həbslərlə zəiflətmək və ya məhv etmək mümkün deyil! N!DA şəxslərdən asılı deyil, xalqın hərəkatıdır!
Mən iki il müddətində bu hərəkatın yaradılmasında və rəhbərliyində iştirak etdiyim üçün həm özümlə, həm də mübarizə yoldaşlarımla fəxr edirəm. Rəhbərlikdən bir neçə nəfərin həbs olunmasına baxmayaraq əsl demokratik nümunə olan xalq hərəkatı yaratdığımız üçün bundan sonrakı fəsliyyətin daha uğurlu olacağına inanıram!

N!DA Vətəndaş Hərəkatının İdarə heyəti üzvü Üzeyir Məmmədli;
Kürdəxanı həbsxanasından
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • NİDA bəyanat verdi

    NİDA bəyanat verdi ...

    15-07-2013, 12:16

  • 
  • Eldar Namazov Milli Şuradan getdi

    Eldar Namazov Milli Şuradan getdi ...

    25-01-2014, 19:44

  • 
  • Müsavat Partiyası NİDA-ya müqavilə təklif edib

    Müsavat Partiyası NİDA-ya müqavilə təklif edib ...

    20-12-2013, 19:27

  • 
  • Turqut Qəmbər 10 sutka müddətində həbs edildi

    Turqut Qəmbər 10 sutka müddətində həbs edildi ...

    30-04-2013, 21:32

  • 
  • Həbs olunan gənclərlə bağlı bəyanat verildi

    Həbs olunan gənclərlə bağlı bəyanat verildi ...

    15-07-2013, 13:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu