GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycanda PKK möhrü

Azərbaycanda PKK möhrü

Tarix: 9-12-2012, 10:49 Bölmə :Manşet Baxış: 8 853
Azərbaycanda PKK möhrü
Ölkəmizdə terror təşkilatının fəaliyyəti altında kimlərin imzası var?

gundemxeber.az XX əsr türk tarixində ən qanlı terror aktlarına imza atan PKK artıq öz fəaliyyət sərhədlərini Türkiyə və Şimali İraq ərazilərindən kənara çıxararaq Azərbaycana da yol açıb. Artıq xeyli vaxtdır ki, Türkiyəni terror təhlükəsi ilə üz-üzə qoyan Kürd Fəhlə Partiyasının (PKK) ölkəmizdə fəaliyyəti ilə bağlı mətbuatda mütəmadi olaraq yazılar dərc olunur.
PKK-nın Azərbaycan iqtidarında təmsil olunan bəzi vəzifəli məmurlar timsalında ciddi dəstəkçilərinin olması, Türkiyə xüsusi xidmət orqanları və polisi tərəfindən axtarışda olan PKK-çıların Azərbaycanda sığınacaq tapması, terror təşkilatına bağlı şəxslərin Azərbaycanın iş sektoruna, qida və yeyinti sənayesi məhsullarının biznesində mövqə qazanması haqda dəfələrlə faktlar ortaya qoyulub.Lakin indiyə qədər də bu iddiaların heç biri rəsmən təkzib edilməyib. Etiraf etməliyik ki, bütün bunların hamısı ölkəmizin və dövlətimizin təhlükəsizliyinə təhdiddir. Ona görə də mövzunu bir daha gündəmə gətirməyə qərar verdik. Beləliklə, türk qanına susayan terror təşkilatının Azərbaycandakı izləri ilə bağlı araşdırmamızı

PKK-nın yaranışı
və fəaliyyətinin ümumi xronikası ilə başlayaq. Ötən əsrin yetmişinci illərinin sonunda, daha konkret 27 Noyabr 1978-ci ildə Diyarbəkrdə sovet xüsusi xidmət orqanı olan KQB-nin dəstəyi ilə yaradılan Kürd Fəhlə Partiyasının (PKK-partiyanın adının kürd dilində tərcüməsini n abiviaturasıdır-N.) qeyri rəsmi qərərgahı Şərqi Türkiyə və Şimali İraqda yerləşir. Suriyanın ərazisindəki SSRİ xüsusi xidmət orqanlarının himayəçiliyi ilə ərsəyə gələn PKK-nın hərbi birləşmələri üçün silahlar Çexoslovakiya xüsusi xidmət orqanlarının yardımı ilə əldə edilib. Beləliklə, Varşava Müqaviləsi Təşkilatı NATO-nun cənub cinahda aparıcı ölkəsi olan Türkiyəyə təzyiq vasitəsi əldə edib. 1980-ci ildə PKK erməni terror təşkilatı ASALA ilə razılıq əldə edərək terrorçuların hazırlanması və maliyyələşməsi üçün bu təşkilatdan təstək alıb. Bundan sonra PKK açıq terrora keçib. Təşkilat 90-cı illərdən professional partizanlardan ibarət olan çoxminli orduya malikdir. PKK terroru nəticəsində 40 minə yaxın adam həlak olub. Üç mindən artıq türk kəndi yer üzündən silinib. Partiyanın şüarı «vahid, müstəqil, demokratik Kürdüstan»ın yaradılmasıdır. İdeologiyası marksizm-leninizm olan partiyanın rəhbəri Abdulla Öcalandır. Öcalan 1999-cu ildə həbs edilib və ölüm cəzasına məhkum edilib, bu günədək Türkiyənin İmralı həbsxanasında saxlanılır.
2004-ci ildə ABŞ 39 qrupu terrorçu təşkilat kimi elan edərkən Kürd Fəhlə Partiyasını da bu siyahıya saldı. Elə burdan başlayaq. Minlərlə türkün ölümünə səbəb olan, ən yaxın və strateji müttəfiqimiz olan Türkiyənin istiqlalına və ərazi bütövlüyünə müharibə elan edən

PKK Azərbaycanda terrorçu kimi tanınmayıb
Doğurdan da müstəqillik dönəmində Milli Məclisin qəbul etdiyi heç bir sənəddə və bəyanatda PKK barədə bir cümlə də olsun tapmaq mümkün deyil. Bunun səbəbi isə bu vaxta qədər rəsmən ictimaiyyətə açıqlanmayıb. Halbu ki, PKK-nın işğal olunmuş Azərbaycan ərazilərində hərbi düşərgələrə malik olması, erməni terror təşkilatı ASALA ilə sıx əlaqələr qurması, rəsmi təbliğatında Azərbaycan əraxzilərinə də idda etməsinə baxmayaraq Azərbaycan tərəfi, konkret olaraq parlament bu vaxta qədər kürd separatçı təşkilatını rəsmən terrorçu təşkilatlar sırasına salmayıb. Türkiyə dövlətinin yüksək vəzifəli rəsmi şəxslərinin Azərbaycana səfəri ərəfəsində və ondan sonra rəsmi Bakının PKK-nı terror təşkilatı kimi tanıyacağına və onun fəaliyyətinin ölkəmizdə qadağan edilməsinə dair qanun layihəsi qəbul edəcəyinə dair açıqlamalar verilir. Bu cür açıqlamaların hakimiyyətdə təmsil olunan məmurlar, eləcə də iqtidardakı Yeni Azərbaycan Partiyasının rəhbərləri tərəfindən verilməsinə baxmayaraq, nəticədə belə bir qanun bu vaxta qədər qəbul olunmayıb və rəsmi Bakı PKK ilə bağlı verdiyi sözü hər zaman yeyib. Elə bu səbəbdəndir ki, cəmiyyətdə və qəzetlərdə PKK-ya bağlı şəxslərin Azərbaycan hakimiyətinə güclü təsir imkanlarının olması ilə bağlı versiyalar daha ciddi şəkildə özünə yer tapır.
Dəfələrlə yazılıb ki, Azərbaycan parlamentində də PKK-ya simpatiya bəsləyən, bu təşkilatı kürdlərin milli-azadlıq hərəkatı hesab edən, toylarda və özəl məclislərdə xəyali Kürdüstan dövlətinin şərəfinə badə qaldıran xeyli deputatlar və dövlət məmurları var. Hətta şair Rüstəm Behrudi artıq səlahiyyət müddəti başa çatmış parlamentdə bu cür deputatların sayının 27 nəfər olduğunu bildirmişdi. Bir şairin açıqlaması bir yana həbs olunandan sonra Türkiyə MİT-nə verdiyi ifadədə Öcalan Azərbaycan haqqında danışanda ən çox adını hallandırdığı və özünün yaxın dostu hesab etdiyi Səfo Mirzoinin adını çəkmişdi. Bəs bu

Səfo Mirzoi kimdir?
Sualın cavabı üçün öncə PKK rəhbərinin ifadəlirini dəqiq şəkildə nəzərdən keçirək: «SSRİ dağılandan sonra Azərbaycan parlamentində hüquq şöbəsinin şefi olan Səfo Mirzoi bizim dostumuzdur. Səfo Mirzoinin xidməti nəticəsində o vaxtkı cümhurbaşkanı azsaylı xalqların hüquqlarının qorunması ilə əlaqədar qanun imzaladı». Öcəlanın nəzərdə tutduğu sənəd qanun yox, fərman olub və eks-prezident Əbülfəz Elçibəy belə bir fərman imzalayıb. Abdulla Öcalan həmin fərmanın imzalanmasını Səfo Mirzoinin xidməti sayır. Çünki separatçılar bu fərmandan istifadə edərək PKK-nın fəaliyyətinin genişlənməsinə şərait yaratdılar. Belə ki, məlum fərmandan sonra Azərbaycanda Kürd Mədəniyyət Mərkəzi adı altında həqiqətən kürd separatçılığını təbliğ edən qurum yarandı. Səfo Mirzoinin də bu məsələdə xüsusi xidməti ondan ibarət olub ki, PKK mədəniyyət mərkəzi vasitəsilə Azərbaycanda öz fəaliyyətini genişləndirə bilsin. Amma əsas bu deyil. Əsas odur ki, Öcəlan Milli Məclis Aparatının hüquq şöbəsinin şefi deyəndə hal hazırda da parlament aparatında çalışan Səfa Mirzəyevi nəzərdə tutur.
Həmin illərdə Səfa Mirzəyev, doğrudan da, şöbə müdiriydi, sonradan isə Milli Məclis katibliyinin rəhbəri oldu. Öcalan ifadəsində onun adını bir yox, bir neçə dəfə çəkir. Türkiyə xüsusi xidmət orqanlarının mətbuata açıqladığı istintaq materiallarında bir məqam xüsusən diqqət çəkir ki, Öcalan Türkiyə və Amerikanın təzyiqindən Rusiyaya sığınanda rəsmi Moskva ona ölkəni tərk etməyi məsləhət görüb. O, ifadəsində deyir ki, həmin vaxt onun yanına Ermənistandan yezidi kürdü general Mustafa Mustafayovski gəldi. Səfa Mirzəyevlə də onun münasibətlərini Mustafa Mustafayovski qurub. Mustafayovski həmin adamın kod adıdır. Öcalan bildirir ki, onlar birgə Moskvadan Bakıya telefon açıb Səfo Mirzoiylə danışıblar. Ondan hara getməyimlə bağlı kömək istəyəndə, Səfo Mirzoi Ermənistana getməyimi məsləhət bilib.
Onu da qeyd edək ki, Səfa Mirzəyev barədə bu cür iddialar indiyədək ölkənin ən müxtəlif qəzetlərində dərc olunub. Lakin bugünə qədər də onları təkzib edən tapılmayıb. Bu isə

Hakimiyyətdə kürd kökənli məmurlar
korpusunun kifayət qədər geniş bir şəbəkəyə malik olmasından xəbər verir. Bir məqamı da qeyd edək ki, kökəncə kürd olması və PKK-ya simpatiya bəsləməsi barədə haqqında iddialar səsləndirilən bir neçə millət vəkilinin, vəzifəli şəxsin əslində türk olması faktları ortaya çıxıb. Maraqlısı budur ki, onların özü bu cür iddialara görə nə təkzib veriblər, nə də məhkəməyə müraciət ediblər. Kürd olmaq və eyni zamanda, PKK-ya simpatiya bəsləməyi barədə ittihamlarla qarşılaşmaq indiki iqtidarda üstünlük göstəricisi sayılır. Bununla da, özlərini iqtidardakı nüfuzlu kürd qruplaşmasının himayəsinə sala biləcəklərini düşünən ayrı-ayrı məmurlar, deputatlar, bu cür yazılardan əksinə, xoşhal olurlar.
PKK terror təşkilatının MDB üzrə koordinatoru, dilçi-alim Şamil Əsgərovun oğlu Həjar Əsgərov Moskvada nəşr etdirdiyi «Sovet kürdlərinin ensiklopediyası» adlı kitabında bir çox tarixi şəxsiyyətləri də kürd əslli təqdim etməzdi. Belə ki, kitabda Abbasquluağa Bakıxanov, Şah İsmayıl Xətai, Babək Xürrəmidin, Xurşidbanu Natəvan, Ramiz rövşən, Aşıq Alı, Əli Vəliyev, Fətəlixan Xoyski və digər məşhur türkəsilli yazarlarımız, sərkərdələrimiz və dövlət adamlarımız kürd kimi qələmə verilib. Eyni zamanda, kitabda Azərbaycan türklərinin öz tarixi əraziləri kürd şəhərləri, kəndləri kimi göstərilib. Kitabda ən çox maraq doğuran hazırda dövlət rəhbərliyində təmsil olunan bir çox məmurların da adları yer alıb. Bu sırada prezidentin mühafizə xidmətinin rəhbəri general Bəylər Əyyubovun adı xüsusilə diqqət çəkir. Kitabda Bəylər Əyyubovu kürd xalqının ən böyük oğlu kimi tərənnüm edilib və ensiklopediyada ona böyük yer ayırılıb.
Azərbaycanda kürd mafiyasının «Baron»u kimi tanınan Bəylər Əyyubovun PKK ilə bu və ya digər bağlantıları haqqında çox yazılıb. Oxuculara bəzən də həqiqi görünməyən bu məlumatları heç də tam şəkildə qeyri-ciddi saymaq olmaz. Tək bir faktı qeyd etmək kifayətdir ki, dünyanın ən nüfuzlu təşkilatlarından olan Beynəlxalq Böhran Qrupunun Azərbaycanla bağlı bir müddət öncə açıqladığı sensasion hesabatda da bu fakt öz əksini tapmışdı. Hesabatda Bəylər Əyyubov hakim ailənin mühafizəkarlar qanadının rəhbəri kimi təqdim etməklə yanaşı, onun PKK ilə əlaqələrinə də yer ayrılıb: «Bəylər Əyyubov kürdlərə nəzarət edir və onların vasitəsilə PKK ilə əlaqələrə malikdir». Hər halda adıçəkilən qurumun nüfuzu və iş sistemi onu deməyə əsas verir ki, o mediada yer alan informasiyalara yox real məlumatlara əsaslanır.
PKK-nın əsas güc nöqtəsi sayılan və Azərbaycan oliqarxiyasının ən parlaq simalarından biri olan Bəylər Əyyubov kifayət qədər kapital toplaya bilib və hakimiyyətdəki nüfuzuna və təsir imkanlarına görə hakim siyasi elitada ilk beşlikdə yer alır. General Əyyubov dövlət əmlakının özəlləşdirilməsi zamanı əlindəki siyasi rıçaqlardan istifadə etməklə çoxsaylı orta və iri müəssisələri nəzarətinə keçirib. Maraqlıdır ki, B.Əyyubova aid olduğu bildirilən biznes strukturlarını idarə edən şəxslər adətən üzə çıxmağı xoşlamırlar. Amma Əyyubovun yaxın qohumlarının, xüsusilə də qardaşı Rafiq Əyyubovun və qardaşıoğlu Robert Əyyubovun adları tez-tez müxtəlif olaylarla, həm də kürd separatizmi ilə bağlı hadisələrdə hallandırılır. Şəxsən generalın özü isə kürd ailələrinin Azərbaycana köçürülməsi, PKK-ya bağlı bir çox şəxslərin ölkəmizdə gizlənməsi prosesinə nəzarət edir. Məhz onun fəaliyyəti sahəsində

Bölgələrin kürdləşdirilməsi
proyekti həyata keçirilir. General Əyyubovun nəzarətində olan Gəncə və onun ətraf rayonlarında zaman-zaman PKK ilə bağlı olaylar diqqət çəkir. Təsadüfi deyil ki, terror təşkilatı 20 illik yubley mərasimini Göygölün Şəhriyar kəndində keçirib. Bu toplantıda general Bəylər Əyyubov və xaricdən gələn kürd emissarlarının iştirak etdiyi bildirilir. Əyyubovun nəzarətində olan Gəncəbasara kürd ailələrinin köçürülməsi, bölgənin idarəçiliyinin ələ alınması və iqtisadiyyatının nəzarətə götürülməsi haqda qərar da məhz burada qəbul olunub və Əyyubov bu məsələ ilə bağlı xüsusi olaraq görəvləndirilib. Məhz bu toplantıdan sonra birbaşa generalın nəzarəti altında Göygöl, Xanlar, Samux və Gəncə şəhərinin ətrafına çoxsaylı kürd ailələri yerləşdirilib. Bir faktı qeyd etmək kifayətdir ki, Samuxun Aşağı Ağasıbəyli, Qaraarx kəndləri, Qarayeri qəsəbəsinin əhalisinin böyük qismini artıq gəlmə kürdlər təşkil edir. Seyidlər kəndinin əhalisi isə tamamilə gəlmə kürdlərdən ibarətdir. Bu bölgə ilə bağlı gələn xəbərlərin arasında bir neçə il öncə Göygöl rayonunun Şəhriyar kəndində PKK rəhbəri Abdulla Öcalanın «şərəfinə» bulaq inşa edilməsi, hətta kəndin ərazisində Öcalanın büstünün də qoyulduğu maraq çəkir. Deyilənə görə həmin büst Türkiyə prezidenti Abdulla Gülün ölkəmizə səfəri zamanı götürülüb.
Ümumiyyətlə tək Gəncəbasar bölgəsinə deyil, Azərbaycanın bir çox rayonlarına zaman-zaman PKK yönümlü kürd ailələri köçürülür ki, bu prosesin də başında Əyyubovun özünün dayandığı bildirilir. Azərbaycana köçürülən kürd ailələrinin yerləşməsində B.Əyyubovla qohum olan Vasif Talıbovun da müstəsna xidməti var. Talıbovun zəhməti sayəsində

Naxçıvanın kürdləşdirilməsi
proyekti də həyata keçirilir. Nə qədər maraqlı olsa da PKK-nın yaranmasının 30 illik yubleyi də Naxçıvan Muxtar Respublikasında, Şərur rayonun Dərəkənd kəndində keçirilib. Məlumatlara görə 2008-ci ildə keçirilən bu tədbirdə PKK-nın siyasi qanadı hesab olunan Demokratik Toplum Partiyasının (DTP) Siirt (Türkiyə) millət vəkili Osman Özçəlik də iştirak edib.
Əslində Naxçıvan çoxdan bu terrorçu təşkilatın poliqonuna çevrilib. Artıq neçə vaxtdır ki, Türkiyə və Şimali İraqdan Cənubi Azərbaycana köç edən kürd ailələri oradan da Naxçıvan ərazisinə keçir. Onlar əsasən Naxçıvandakı Şahtaxtı keçid məntəqəsindən istifadə edir. Naxçıvana köçürülən kürdlər əsasən Şərurun Çalxanqala, Qarabağlar və Dərəkənd kəndlərində yerləşdirilir. Köçün marşrutu təxminən belədir: Türkiyə (Doğu Bəyazid)-İran (Urmiya)-Naxçıvan (Şahtaxtı). Sonradan isə bu ailələr bütün Naxçıvan üzrə bölüşdürülür. Hətta deyilənə görə bir müddət öncə Talıbovun göstərişi ilə Naxçıvanda minlərlə ticarət obyektinin sökülməsinin əsas səbəbi də bölgəyə köçürülən və köçürülməsi planlaşdırılan kürdlərin Naxçıvanda öz ticarətini genişləndirmələrinə şarait yaratmaq məqsədinə bağlıdır. Vasif xana güvənən bu köçmə kürdlər muxtar respublikadakı bütün əhəmyyətli ticarət obyektlərini artıq ələ keçirib. PKK yönümlü kürdlərin Moskvada fəaliyyət göstərən «Nadejda» («Ümid») fondunun Azərbaycan bölməsi Naxçıvanda PKK-nın təşkilatlanması yönündə müntəzəm təbliğat aparır, PKK üçün pul toplayır.
Bəylər Əyyubovun bacanağı, Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun da PKK ilə ciddi əlaqələrdə olduğu deyilir. Belə ki, M.Talıbov bir zamanlar PKK yönümlü Emil Uçarla birgə biznes yaratmışdı. Onu da diqqətə çatdıraq ki, Emil Uçarın sahibi olduğu «Emil inşaat» şirkəti Naxçıvan-Şərur-İqdır «İpək yolu»nun tikintisini aparırdı. 2008-ci ilin yayında Türkiyə xüsusi xidmət orqanları PKK əleyhinə keçirdiyi əməliyyat zamanı məhv edilən torror mağaralarından Məhərrəm Talıbova məxsus «Cahan Holdinq»in istehsal etdiyi «Cahan» markalı siqaretlər, vermeşil və konserv məmulatları aşkarlanmışdı. Bu hadisədən sonra Emil Uçar ölkədən çıxarılsa da M.Talıbov fəaliyyətini davam etdirməkdədir.
PKK-nın muxtar respublikadakı fəaliyyəti yalnız biznes şəbəkəsi ilə yekunlaşmır. Naxçıvanda PKK-ya məxsus ROJ TV-nin yerli nümayəndəliyi var. Bundan başqa Naxçıvan Dövlət Universitetində təhsil alan kürdəsilli tələbələrin bir qrupunun yaratdığı «Komelen civanin» («Gəncliyin günəşi») adlı dərnək artıq o həddə qədər fəallaşıb ki, yerli tələbə və müəllimlərlə ultimatumla danışır. Universitetin özünə isə son bir ildə «Ronahi» kürd mədəniyyət mərkəzinin dəstəyi ilə bir neçə müəllimin göndərildiyi bildirilir. Yeri gəlmişkən, İraqın Süleymaniyyə şəhərində təşkil edilən «Kürd kültür və ədəbiyyat festivalı»na Naxçıvan Dövlət Universitetindən 6 nəfərin dəvət aldığı deyilir. Onu da qeyd edək ki, ölkədəki ali məktəblərə nüfuz edilməsi yalnız PKK ilə məhdudlaşmır. Azərbaycanın bir çox nüfuzlu təhsil ocaqlarında,

Universitetlərdə PKK təbliğatı
artıq açıq şəkil almaqdadır. Azərbaycanın istisnasız olaraq bütün universitetlərində təmsil olunan və sayları ilbəil artan PKK ruhlu kürd tələbələri terror təşkilatının ölkəmizdə əsas dayaqnlarından biridir.
Türkiyə Cümhuriyyətinin çörəyini yeyib suyunu içərək böyüyən kürd gənclərini Azərbaycanın hesabına oxutmaq, onları ali təhsilli mütəxəssisə çevirmək və daha sonra bəlli bir mövqeyə gətirərək həmin insanlardan terrorçuluq və separatizm üçün istifadə etmək PKK ideoloqlarının yaxın və uzaq gələcəyə hesablanan, ağır fəsadlar törədə biləcək qorxunc siyasətidir. Hər il Türkiyənin müxtəlif bölgələrindən Azərbaycana gələn və önəmli fakültələrdə yerləşdirilən kürd gənclərinin ən çox toplaşdığı ali təhsil ocağı isə Bakı Dövlət Universitetidir (BDU). Təkcə bir faktı qeyd etmək kifayətdir ki, minlərlə istedadlı Azərbaycan gəncinin təhsildən uzaq düşdüyü bu gündə BDU-da 600-ə qədər kürd tələbəsi təhsil alır. Kürd tələbələrinin sayca daha çox üstünlük təşkil etdiyi fakültələr isə tarix və filologiya fakültələridir ki, bu da kürdlərin texniki elmlərlə bağlı maraq və istedadının olmaması ilə izah edilir. Əsasən Türkiyənin Hakkari və Diyarbəkir vilayətlərindən olan bu tələbələr sayları ilə yanaşı maddi baxımdan yaxşı təmin olunmaqları ilə də diqqət çəkir. Kürd əsilli tələbələrlə bağlı digər ilginc məqam isə bir fakültədə eyni vilayət və hətta eyni kənddən olan xeyli sayda gəncin cəmləşməsidir. Əşirət-tayfa sistemində yaşayan və qohumluq telləri vasitəsilə bir-birinə son dərəcə möhkəm şəkildə bağlanan kürdlər yaşadıqları torpaqdan kənarda azlıqda mücadilə vermək iqtidarında olmadıqları üçün universitetdə də birlikdə olmağa üstünlük verir. Elə bu səbəbdən də BDU-da nəinki eyni vilayət və ya kənddən olan həmyerliyə, həmçinin eyni əşirətdən olan çoxlu sayda insana rast gəlmək mümkündür.
Hazırda BDU-nun təkcə tarix və filologiya fakültələrində Hakkarinin Yüksək Ova vilayətindən olan 200 nəfərə qədər kürd gənci təmsil olunur. Bu, kürdlərin əşirət sisteminə bağlılığını sübut etməklə yanaşı eyni vilayətdən olan yüzlərlə insanı eyni fakültədə cəmləşdirəcək, vahid mərkəzdən idarə və himayə edəcək gizli, fəqət, düşünüldüyündən də güclü bir mərkəzin varlığından xəbər verir. Sözügedən fakültələrlə yanaşı, BDU-nun beynəlxalq münasibətlər, sosiologiya, jurnalistika və s. fakültələrində də analoji durum müşahidə edilməkdədir.
Hansı fakültədə təmsil olunmaqlarına baxmayaraq, Türkiyədən göndərilən tələbələrin milli kimlik baxımından böyük əksəriyyətini kürdlər təşkil edir. Kürdlərin say tərkibindəki yüksəlişi müəyyənləşdirmək üçün onların ötən illərdəki başqan seçkilərində qazandığı səs faizinə nəzər salmaq kifayətdir. Belə ki, BDU-nun Türkiyə öyrəncilərinin genel konsey başqanı adını qazanmaq üçün keçirilən seçkilərdə 2007-ci ildə cəmi 85 səs alan kürd namizədinə göstərilən etimad 2008-ci ildə ikiqat artaraq təxminən 150 səs sayının üzərində dayanır. 2009-cu ilin tədris ilində isə tarix fakültəsində təhsil alan Gökan Çelik adlı namizədlərini daha böyük səs çoxluğu ilə müdafiə edən kürdlər türk əsilli namizəd üzərində qələbə qazanmağa nail olur. 91 səsə qarşı 257 səs çoxluğu ilə çıxış edən kürdlər elə həmin gün G.Çelikin qələbəsini bayrama döndəriblər. Bu prosesin Azərbaycan dövlətində təmsil olunan məmurlar və Türkiyə səfirliyinin bəzi şəxsləri tərəfindən himayə olunduğu bildirilir.

Ölkə boyu PKK izi
Sadalananlardan kənar Azərbaycanda PKK-ya bağlı bir çox biznes və ictimai strukturlar fəaliyyət göstərir. Məsələn, «Azpetrol»un daxilində törəmə qurum kimi «Miqopetrol» adlı şirkət yaradılıb ki, bunun da rəhbəri Türkiyədən gələn və PKK ilə əlaqədə şübhəli bilinən şəxsdir. Eyni zamanda «Azpetrol»un hazırkı rəhbəri İbrahim Məmmədov da 2003-cü ilə qədər bu şirkətin ofisində Bəylər Əyyubovun adamı kimi əyləşib. İ.Məmmədovun bir vaxtlar Abdullah Öcalanın portrelərini yayan və bununla da PKK-nın təbliğatı ilə məşğul olan «Diplomat» qəzeti ilə də sıx əlaqəsi var.
Yeri gəlmişkən, Azərbaycanda sərbəst şəkildə nəşr edilən və PKK-nı təbliğ edən «Diplomat» qəzeti Bakıda 2000-ci ildən çap olunur və kürdçülük, PKK ideyalarını açıq şəkildə təbliğ edir. Qəzetin redaktoru Azərbaycan vətəndaşı olan Tahir Süleymanovdur. Fəaliyyətinin əsas hissəsini İraqın şimalındakı kürd müxtariyyətinin qurulması təşkil edən Tahir Süleymanov 2005-ci ildən başlayaraq o, dəfələrlə İraqda olub və burda kürd liderləri ilə əlaqələr qurub. Kərkük və Ərbili kürd şəhərləri kimi təqdim edən, həmçinin qəzetdə Türkiyənin cənub-şərq və şərq bölgələrinin, Azərbaycanın Kəlbəcər, Qubadlı və Zəngilan rayonlarının kürd vilayətləri olduğu yazan, «müstəqil Kürdüstan» dövləti ideyası təbliğ edən T.Süleymanovun da fəaliyyətinə heç bir məhdudiyyətin qoyulmaması onun dövlət rəhbərliyində kimlərsə tərəfindən himayə olunmasını göstərir.
Azərbaycanda kifayət qədər güclü dayaqlara malik olan kürdlər zaman keçdikcə burada özlərini daha rahat hiss etməyə başlayırlar. Hətta o səviyyədə ki, kürd əsilli «qanuni oğru»lar da Bakıya maneəsiz gələ, burada toy məclisində iştirak edə bilirlər. Buradaca qeyd edək ki, Azərbaycan beynəlmiləlçilik prinsiplərinin qətiyyən əleyhinə deyil. Ölkəmizdə uzun illərdir müxtəlif etnik xalqlar - ləzgi, talış, avar, ingiloy, o cümlədən kürdlər və digər millətlərin nümayəndələri heç bir problemsiz, bərabərhüquqlu şəkildə yaşayırlar. Burada söhbət sadəcə, kürdlərin və xüsusi ilə PKK-ya bu və ya digər şəkildə bağlılığı olan tayfaların Azərbaycana məqsədli şəkildə köçürülməsindən gedir.

***
Azərbaycanda PKK ilə bağlı aparılan proses düşünülmüş və gələcəyə hesablanmış siyasət təsiri bağışlayır. Əslində, müşahidələr onu deməyə əsas verir ki, Azərbaycanın kürdləşdirilməsi planı indi yox, uzun illərdən bəri həyata keçirilən bir prosesdir. Bu prosesdə isə Azərbaycan Respublikasında yüksək vəzifələr tutan məmurlar iştirak edir və bu, əslində kürd xalqının da maraqlarına uyğun deyil. Odur ki, həyəcan təbilini birgə dayanmadan çalmaq lazımdır. Yoxsa həm Azərbaycan türklərinə, həm də Azərbaycan kürdlərinə yazıq olacaq.

Azər Talıbov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • PKK-dan İstanbuldakı terror aktı ilə bağlı AÇIQLAMA

    PKK-dan İstanbuldakı terror aktı ilə bağlı ...

    29-06-2016, 11:07

  • 
  • “Avropa Birliyinin mövqeyi qətidir, PKK terror təşkilatıdır” – Federika Moqerini

    “Avropa Birliyinin mövqeyi qətidir, PKK terror ...

    24-02-2016, 15:54

  • 
  • PKK-dan növbəti terror, ölü və yaralılar var

    PKK-dan növbəti terror, ölü və yaralılar var ...

    6-09-2015, 12:46

  • 
  • Türk ordusu PKK-ya dəhşət yaşatdı – 1288 terrorçu leşi

    Türk ordusu PKK-ya dəhşət yaşatdı – 1288 terrorçu ...

    21-09-2015, 21:28

  • 
  • PKK-ya ağır zərbə - Qəndil yerlə-yeksan edildi

    PKK-ya ağır zərbə - Qəndil yerlə-yeksan edildi ...

    20-02-2016, 12:11


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino online dinheiro real
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu