GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycan iqtidarı çaşqınlıq içində

Azərbaycan iqtidarı çaşqınlıq içində

Tarix: 30-04-2013, 19:53 Bölmə :Manşet Baxış: 1 318
Azərbaycan iqtidarı çaşqınlıq içində
Xarici siyasət məsələsində hakimiyyəti ikiyə bölünür; Prezident Adminstrasiya rəhbəri Tehranda Qərbi “vurdu”; Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbərliyi isə Vaşinqtonda İranı pislədi

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbərliyi şəxsində rəsmi Bakından bir qrup emissar - diplomatlar və hökumətyönlü siyasətçilər Vaşinqtona gediblər. Bu günlərdə onlar “İran və digər qonşular tərəfdən regional təhlükənin səsini” Amerikaya çatdırmaq üçün görüşlər keçirirlər. “Biz Amerika xalqına İranın Azərbaycana qarşı təzyiqinin artdığını bildirmək üçün buradayıq. Tehran bizim xarici siyasətimizə müdaxilə etmək istəyir və bu, bizi narahat edir. Biz istəyirik ki, ABŞ-ın – bizim strateji tərəfdaşımızın ən azından bu proseslər barədə məlumatı olsun və bizi dəstəkləsin”, deyə nümayəndə heyətinin üzvü Asim Mollazadə "Turan"ın müxbirinə bildirib. Aprelin 29-da Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində keçirilən müzakirələrin mövzusu “İran-Azərbaycan əməkdaşlığı və Qafqazda strateji rəqabət” olub.
Bununla belə, müzakirələr Azərbaycan hökumətinin Vaşinqtondan hansı dəstəyi almaq istədiyi və Bakıda ABŞ Milli Demokratiya İnstitutuna qarşı davam edən kampaniya, Qərbin Azərbaycanda rəngli inqilablar hazırlamaqda ittiham edilməsi fonunda onların nə dərəcədə ciddi səslənməsi suallarına cavab verməyib.Bu arada, tədbirdə çıxış edən Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib ki, İran-Azərbaycan münasibətləri gərginliyin artması ilə səciyyələnir. "Son illər Tehran Azərbaycanın dünyəviləşməsini və mədəniyyətini təhlükə kimi görür". Öz növbəsində, dəvət edilmiş CSİS-in Rusiya və Avrasiya üzrə elmi əməkdaşı Sergey Markedonov bildirib ki, İran “Yaxın şərq problemlərinin Qafqaza ötürülməsi” imkanı ilə əlaqədar region üçün təhlükə yaradır. "İran region dövləti olmağa çalışır. Tehranın Qafqaz regionu ilə bağlı siyasəti praqmatizm və inqilabi ideyaların qarışığıdır”, deyə o bildirib. Eyni zamanda, Yaxın Şərq İnstitutundan Aleks Vatanka və bəzi Vaşinqton analitikləri hesab edirlər ki, İran-Azərbaycan münasibətləri “yüksəlişlər və enişlərlə” səciyyələnir və gələcəkdə də bu, çətin ki, dəyişsin.
Qeyd edək ki, rəsmi Bakının fikirləri elə həmin gün Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Tehranda dediklərinə kökündən ziddir. Belə ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin İran səfəri zamanı Tehranda verdiyi açıqlamalar müxtəlif aspektlərdən şərh və təqdim olunur. İran saytlarında yayılan xəbərlərin səhih olub-olmaması da müzakirə obyektidir. Amma hər bir halda R.Mehdiyevin Qərbi tənqid edən açıqlamaları təkzib edilməyib. Maraqlıdır, PA rəhbərinin bu mesajları nədən doğdu?
İqtidaryönlü Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc R.Mehdiyevin böyük dövlətçilik təcrübəsinə malik şəxs olduğunu dedi: “O, kifayət qədər səriştəli bir dövlət adamıdır, uzun illərin təcrübəsini daşıyır. Ramiz müəllim həm Heydər Əliyevin yaxın silahdaşlarından biridir, paralel olaraq da müasir dövrün beynəlxalq siyasətinə yaxından bələd olan adamdır. Təhlükəsizlik Şurasının katibi olaraq onun bu səfəri ölkələr arası münasibətləri, yaxud hansısa problemli məsələləri çözməyə həllinə, daha çox da bağlı qapılar arxasında müzakirəsi tələb olunan məqamlara yönəlib. Bu baxımdan onun açıqlamalarına konkret məna daşıyan mənada baxmalıyıq”.
Z.Oruc bildirdi ki, bəzi qüvvələr Ramiz Mehdiyevin açıqlamalarını kontekstdən çıxararaq, təhrif edərək, Azərbaycan-Qərb münasibətlərinə zərbə vurmaq üçün cəhdlər də göstərirlər: “Mən informasiyalara bir diqqətlə baxdım, Ramiz Mehdiyev kimi bir şəxs heç zaman Qərblə konfrantasiya yaradacaq açıqlamalar verə bilməzdi. Ramiz Mehdiyev cənab prezident İlham Əliyevdən gələn siyasətə uyğun olaraq Qərblə münasibətlərin daha da yaxınlaşmasında böyük rol oynayıb. Azərbaycanın İran cəbhəsində yer alaraq Qərbə qarşı hərəkatda iştirakı ağlagəlməzdir”.
Z.Oruc qeyd etdi ki, Azərbaycan hakimiyyəti şəffaf siyasət yürüdür: “Yəni hansısa məqamda, konfliktli məsələdə ağırlığı bir qüvvəyə verib, ikinci, üçüncü qüvvələri şantaj etmək mövqeyi iqtidarın siyasətinin tərkib hissəsi deyil. Azərbaycan hakimiyyəti ötən dövr ərzində bu bölgədə Qərbin mövqelərinin təmərküzləşməsinə daha çox xidmət edib. Region dövlətlərinin təzyiqini də məhz bu səbəbdən yaşamışıq. İstər transmilli layihələrin gerçəkləşməsi zamanı, istər siyasi əlaqələr, Avroatlantik məkanla münasibətlər qurularkən İranın hansı reaksiyalar göstərdiyinin şahidi olmuşuq. O cümlədən Qərblə əməkdaşlıq həmişə Rusiyanın bölgədə sıxışdırılması kimi təqdim olunub. Bu baxımdan hesab edirəm ki, Ramiz Mehdiyev kimi peşəkar dövlət adamının İranda söylədiyi fikirləri kimlərsə öz maraqları kontekstində şərh etməklə, o cümlədən onların məntiqi ilə Elmar Məmmədyarovun İsrailə və Fələstinə səfərinin kompensasiyası kimi təqdim etməklə, çaşqınlıq yaratmaq istəyirlər. Maraqlıdır ki, bu cür manevrlər etmək istəyənlər əslində Qərbpərəstlər deyil, Azərbaycanı Qərblə toqquşdurmaq istəyən İranpərəst qüvvələrdir”.
“Turan” İnformasiya Agentliyinin rəhbəri, analitik Mehman Əliyev isə məlum açıqlamaları hakimiyyətin çaşqınlığı ilə əlaqələndirir: “Azərbaycan iqtidarında çox böyük çaşqınlıq var. Bu kimi açıqlamalar impulsiv məsələlərdir. Azərbaycan hakimiyyəti seçki ilində həm Qərblə, həm də Rusiya ilə dil tapa bilməyib, danışıqlar baş tutmayıb. Bu yaxınlarda xarici işlər naziri Elmar Məmmədyarov İsrailə səfər etmişdi, görünür, orada da bir anlaşma əldə olunmayıb. Yəqin indi heç olmasa İranla nəyəsə nail olmaq istəyirlər. Ancaq hazırda İran özü seçkilərə hazırlaşır, çox güman ki, payızda artıq Əhmədinejad özü və komandası hakimiyyətdə olmayacaq. Bu üzdən də İranla bağlı aparılan prosesin, məlum səfərin də heç bir nəticəsi olmayacaq”

“Siyasət şöbəsi”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fərhad Məmmədovdan yeni xəbər var

    Fərhad Məmmədovdan yeni xəbər var ...

    22-05-2014, 10:46

  • 
  • Bakıda daha bir səsli-küylü həbs

    Bakıda daha bir səsli-küylü həbs ...

    23-05-2015, 12:58

  • 
  • İran Azərbaycanı çevrilişlə hədələməyə başladı

    İran Azərbaycanı çevrilişlə hədələməyə başladı ...

    25-11-2013, 13:13

  • 
  • Ketrin Eşton İrana zəmanət vermir

    Ketrin Eşton İrana zəmanət vermir ...

    9-03-2014, 14:10

  • 
  • Avropa Qarabağ probleminə əl bulasa...

    Avropa Qarabağ probleminə əl bulasa... ...

    5-02-2016, 14:23


Təqvim

«    Oktyabr 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

Arxiv xəbərlər

Oktyabr 2023 (27)
Sentyabr 2023 (545)
Avqust 2023 (582)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (596)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (563)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu