GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Milli Məclisdə deputatların yaltaqlıq yarışı

Milli Məclisdə deputatların yaltaqlıq yarışı

Tarix: 7-05-2013, 20:55 Bölmə :Manşet Baxış: 1 584
Milli Məclisdə deputatların yaltaqlıq yarışı
Heydər Əliyevin 90 illik yubileyi və ya təxribatçılar Prezident Aparatında oturur

7 May tarixində Milli Məclisin sessiyası keçirilib. Bu zaman bəlli olub ki, Mehriban Əliyevanın təşəbbüsü ilə veriləcək Amnistiya Aktı ilə yanaşı Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı məsələdə Milli Məclisin gündəliyinə daxil edilib.

Heydər Əliyevə qədər xarici siyasət olmayıbmış

Sessiya başlayan kimi spiker Oqtay Əsədov Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar məruzə ilə çıxış edib, Deputatlara H.Əliyevin keçdiyi ömür yolundan, siyasi istedadından danışıb. Spiker bildirib ki, müasir Azərbaycan Heydər Əliyevin nişanəsidir. Onun sözlərinə görə, milli liderlər dünyasını dəyişdikdən sonra da, onun fəaliyyəti öz xalqının tarixində qalır və işıq saçır: “Heydər Əliyevin fəaliyyəti də bu aspektdədir. O, müstəqil dövləti qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi fürsətdən istifadə etmişdi. Onun 1969 və1990-ci illərdə hakimiyyətə gəlişi zamanı respublika pis durumda idi. Məhz onun sayəsində respublika bu böyük sınaqlardan üçü ağ çıxmışdı. Onun1969-da rəhbərliyə başlaması ölkənin tənəzzüldən çıxarmasına səbəb oldu. SSRİ-nin geridə qalan ölkəsi az sonra SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevrildi. Keçmiş SSRİ-də ittifaq miqyasında büdcədən maliyyələşməyən iki ölkədən biri də Azərbaycan oldu. SSRİ-nin 1977-ci ildə qəbul olunan Konstitusiyası zamanı ermənilər Dağlıq Qarabağın statusu məsələsini ortaya atır və ittifaq rəhbərliyində olan şəxslərdən dəstək alırmışlar: “Amma bunun qarşısı məhz Heydər Əliyev tərəfindən alındı. 1978-ci ildə qəbul olunan Azərbaycan SSRİ konstitusiyasında Azərbaycan dili dövlət dikli kimi qeyd olundu. Məhz onun xidməti sayəsində hərbi mütəxəssislərin hazırlanmasına başlanıldı, minlərlə azərbaycanlı gənc SSRİ-nin müxtəlif şəhərlərində təhsil aldılar. Bu gənclər sonradan Azərbaycan ordusunun əsas bazasını təşkil edrdilər”.
Oqtay Əsədov 20 illik hakimiyyətin ənənəsinə sadiq qalaraq özlərindən öncəki hakimiyyətləri və ölkəyə rəhbərlik edənləri səriştəsizlikdə ittiham edib, məhz bu şəxslərin səbəbindən ölkənin pis duruma salındığını bəyan edib: “Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gələndə Azərbaycan çox pis durumda idi, ölkəni boran bürümüşdü. Heydər Əliyevin zəkası və istedadı ölkəni bu ağır sınaqdan da çıxardı, Azərbaycanla bağlı cızılan ssenariləri alt-üst oldu. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlişi zamanı 4 ay müddətinə Milli Məclisə rəhbərlik etdi. Onun rəhbərliyi zamanı Milli Məclisin nüfuzu artdı, qanunvericilik bazası təkmilləşdirildi. Onun ilk xidməti ölkənin parçalanmasının, vətəndaş müharibəsinin qarşısını almaq oldu. Az müddətdən sonra Heydər Əliyevin zəkası nəticəsində ordu quruculuğuna başlanıldı, vahid komandanlıq yarandı, ermənilərə ciddi zərbələr vuruldu. 1994-cü ildə Ermənistan tərəfi silahla danışmaq üslubunu yerə qoydu. Heydər Əliyevin çevik siyasəti nəticəsində ölkədə siyasi sabitlik yarandı və əsrin müqaviləsinin imzalanması üçün şərait formalaşdırıldı”.
Spiker Heydər Əliyevdən öncəki hakimiyyətləri, onların apardığı xarici siyasət kursunu, Azərbaycanın BMT, ATƏT kimi qurumlara üzv olmasını, əsas ölkələrlə əlaqələr qurub səfirliklər açmasını təkzib edərək bəyan edib ki, məhz Heydər Əliyevin sayəsində Azərbaycan beynəlxalq təşkilatlara üzv olub, aparıcı ölkələr Azərbaycanla münasibətlər qurub, ölkəmiz dünyada öz layiqli yerini tutdu: “Onun təşəbbüsü ilə yeni Konstitusiya qəbul olundu, ölüm hökmü ləğv edildi, milli dövlətçilik ideologiyası yarandı, Azərbaycanın Avropaya inteqrasiyasının əsası qoyuldu. Bu işlərin həyata keçməsində Milli Məclis daima Heydər Əliyevin yanında olmuş və onu dəstəkləmişdi”.
Spiker onu da əlavə edib ötən əsrin əvvəllərində qurulan Azərbaycan xalq Cümhuriyyəti obyektiv və subyektiv səbəblərdən cəmi 23 ay yaşaya bilmişdi: “Əsrin sonlarında müstəqillik əldə edən Azərbaycan eyni aqibətlə üzləşdi. Amma Heydər Əliyevin zəkası nəticəsində müstəqillik qorundu və əbədi hala gətirildi”-deyərək müstəqilliyin yeganə səbəbkarı kimi mərhum Heydər Əliyevi göstərib.

“Heydər Əliyev öndə gedən ilahi şəxsiyyət olub”

Fövqəladə hallar nazirinin atası, əbədi deputat statusuna malik olan Fəttah Heydərov isə bəyan edib ki, bu gün Azərbaycanın hər guşəsində bayram əhval-ruhiyyəsi var, yubileylə əlaqədar məclislər təşkil olunur: “Xalqımızın xilaskarı, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin əziz xatirəsi yad olunur. İndi Azərbaycan dünyanın hər yerində tanınır. Heydər Əliyev XX əsrdə öndə gedən ən ilahi şəxslərdən biridir. Onun həyatı Azərbaycana həsr olunmuşdu. Mən və mənim yaşıdlarım daha yaxşı bilirlər ki, onun 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndən sonra yalnız Azərbaycan insanın yaxşı yaşaması və dünyada tanınması üçün əlindən gələni etmişdi. Heydər Əliyev yolu xalqımız üçün ən uğurlu yol olmuşdu. Xahiş edərdim ki, biz keçmişimizə baxanda Heydər Əliyevsiz Azərbaycanı və ikinci dəfə hakimiyyətə gələndən sonra Heydər Əliyevli Azərbaycanı müqayisə edək. Heydər Əliyevsiz Azərbaycanda xalqımız hər zaman faciə yaşayıb. Torpaqlarımızın beşdə biri işğal olunub, 20 yanvar faciəsi baş verib. Heydər Əliyev hakimiyyətə gələndən sonra isə Azərbaycanda sabitlik yarandı, insanlar əmin-amanlıq şəraitində oldu”.

Arif Rəhimzadə göz yaşlarını saxlaya bilmir...

Deputat Arif Rəhimzadə isə deyib ki, ölkənin böhranlı dövründə hər bir rayon və kənddə olan azərbaycanlı Heydər Əliyevin zəkasına inanaraq onun timsalında müdrik ağsaqqal görüb. Onun sözlərinə görə, Heydər Əliyevin zəkası, insanlarla səmimi münasibəti onun qəbul etdiyi qərarın doğru olmasına hər kəsi inandırırdı: “Qərar qəbul etməzdən öncə bütün şəxsləri dinləyirdi. Mülahizələrini tutarlı dəlillərlə əsaslandırması son nəticədə hamını Heydər Əliyevin rəyi ilə razılaşmasını şərtləndirirdi. Kollegial idarəçiliyə üstünlük verən Əliyev məsuliyyətdən qaçmır və lazım gələndə təkbaşına qərar qəbul edirdi. Bu üstünlüklər onun sələflərində yox idi. Onun məsuliyyətsizliyə və intizamsızlığa münasibəti dözümsüz idi, amma bağışlamağı da bacarırdı. 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıtması müstəqilliyi möhkəmlətdi, xalqımızın şərəf və ləyaqətini ucaltdı. Azərbaycanın böyük oğlu Heydər Əliyevin xatirəsi hər zaman əbədi yaşayacaq”.
Çıxışını davam etdirən Arif Rəhimzadənin gözləri yaşardı, deptat göz yaşlarına sahib ola bilməyərək “Məhz onun çağırışı ilə 1994-cü ildə xalqın kimin tərəfində olduğu qəsdçilərə anlatıldı” deyək alqışları qəbul etdi.

“Heydər Əliyevin fəaliyyət göstərdiyi illər ərzində yeni DƏYƏRLƏR formalaşıb”

YAP icra katibi Əli Əhmədov isə bəyan etdi ki, hər bir xalqın malik olduğu milli sərvətin ən böyük ifadəsi onun yetişdirdiyi tarixi şəxsiyyətlərdir: “Tarixi şəxsiyyətlər onun gələcəyinə işıq saçır. Hesab edirəm ki, Azərbaycan xalqının yetişdirdiyi ən böyük şəxsiyyətlər arasında Heydər Əliyevin müstəsna yeri var. Bu il Heydər Əliyevin anadan olmasının 90 illiyinin belə sevinclə qeyd olunması xalqın Heydər Əliyev şəxsiyyətinə münasibətinin ifadəsidir. Heydər Əliyevin fəaliyyət göstərdiyi illər ərzində və onun ideyalarının hakim olduğu son 10 ildə yeni dəyərlər formalaşıb. Heydər Əliyevin azərbaycanlılıq məfkurəsi xüsusi qeyd olunmalıdır. Azərbaycançılıq məkfurəsində Azərbaycanın güclənməsi əks etdirilir. Heydər Əliyev böyük siyasətçi və müdrik dövlət xadimi olaraq həmdə insanlara yüksək qayğıkeşliyi ilə seçilirdi. Heydər Əliyevin tələbkarlığı, uzaqgörənliyi və idarəçilik qabiliyyəti hər kəsdə heyranlıq yaradırdı. Heydər Əliyev Azərbaycanın gələcək inkişaf perspektivlərinə böyük işıq saçan mayak kimi qəbul olunur. Nə qədər Azərbaycan var Heydər Əliyev yaşayacaq”.

“Təxribatı yaradanlar Prezident Aparatında oturanlardır və sonra da bunu müxalifətin üstünə atırlar”

Xalq artisti, deputat Zeynəb Xanlarovanın çıxışı isə sıraya duraraq Heydər Əliyev haqqında ürək sözləri deməyə hazırlaşan deputatları yuxudan ayıltdı: “Heydər Əliyev allah tərəfindən yer üzünə göndərilən bir möcüzədir. Bizim üstünlüyümüz bundadır ki, Heydər Əliyev bizim payımıza düşüb. Allah hərəyə bir istedad verdiyi kimi mənə də oxumaq verib. Əgər nəsə səhv söz desəm məni bağışlayın. Hərdən mən çox əsəbləşir və gülürəm. Çünki bir zamanlar Heydər Əliyevə qarşı çıxışlar edir, Vəzirovun ətrafında birləşməyi və Əliyevşinadan qurtarmağın lazım olduğunu deyirdilər. Bu adamlar indidə Heydər Əliyevin çörəyini yeyərək Prezident Aparatında otururlar. Mən ürəyimdən gələn sözləri deyirəm, çünki Heydər Əliyevin ailəsinə ürəkdən bağlı olan insanam. Mən həyatda nə qədər yaşayıramsa, bu bağlılıq məndən getməyəcək. 91-lər mənim evimdə toplaşıblar. Sirus Təbrizli deyirdi ki, Zeynəb xanım, mən bu kişinin çörək verdiyi insanların yanına gedirəm, amma mənə deyirlər ki, bizdən uzaq edin. Həmin “uzaq edin” deyənlər indi Heydər Əliyev, İlham Əliyev deyirlər. Mən hərdən əsəbləşirəm. Sonrada deyirlər ki, Zeynəb elə hey deyir ki, kişi sözü, kişi sözü...Adam kişi olar da. Heydər Əliyevi sevirsiniz elə o zaman sevərdiniz də. Sevgi dünən bir, bu gün isə başqa cür olmur”.
Bu yerdə spiker Oqtay Əsədov xalq artistinin dediklərinə reaksiya verərək bir qədər yumşaltma yaratmaq istədi: “Zeynəb xanım, indi ağılları başlarına gəlib də”
Ancaq bu əks reaksiya verdi və Zeynəb Xanlarova bir qədər də açıq danışmağa başladı: “Oqtay müəllim, mən çox söz deyə bilərəm, amma demək istəmirəm. Prezident Aparatında elə insanlar var ki, inanın təxribatı yaradan onlardır. Əlbəttə, mən hamını demirəm. Təxribatı yaradan elə onlardır. Təxribatı edib sonra müxalifətin boynuna atırlar. Vallah müxalifət bunların yanında yalandır. Adamın düşməni olanda bilirsən ki, düşməndir və düşməndən də özünü qoruyursan. Amma düşmən odur ki, sənin qabağında gülür, danışır və obraza girərək artistlik edir. Necə ki, mənim üçün artist deyirlər. O adamlar anadan gəlmə SSRİ xalq artistləridir”.
Z. Xanlarova daha sonra əlavə etdi ki, Heydər Əliyevin ailəsi siyasətçi ailəsidir: “ Mən və xalqım çox sevinir. Vallah biz xalqın içində oluruq və bu sözləri deməliyik. İlham müəllimin hakimiyyətə gəlməsi xalqı sevindirdi. Vaxtı ilə xalça salıblar və biz palçıqlı rayonlarda konsert vermişik. Amma mən indi gəzirəm və hamı deyir ki, İlham Əliyevin 10 ildə etdiyini heç kim 50 il edə bilməzdi. Mən bununla fəxr edirəm. Mən Mehriban xanımı Janna Darka bənzədirəm. O, Azərbaycanın Janna Darkı, Dianasırıdr. Yetim-yesirin anasıdır. Mən yaltaqlığı bacarmıram və yalan danışa bilmərəm. Boğazım var bu mənə bəs edər. Mən deyirəm ki, onun çörəyini yeyənlər dəyişməsinlər”.

“Heydər Əliyev dövrü müasir tariximizdə quruculuq işləri kimi qiymətləndirilir”

Deputat Eldar İbrahimova isə bu gözəl gündə xalqın Heydər Əliyevin 90 illik yubileyini qeyd etməsini əlamətdar hadisə hesab edib: “Belə bir əlamətdar gündə Milli Məclisin nəşr etdirdiyi kitabı xüsusi qeyd edirəm. Bu əsərdə Heydər Əliyevin siyasi fəaliyyəti qeyd olunur. Ən yeni tariximizin Heydər Əliyev dövrü müasir tariximizdə quruculuq işləri kimi qiymətləndirilir. Heydər Əliyev siyasi fəaliyyəti dövründə hər zaman xalqın mənafeyini düşünüb”.

Amnistiya aktı 9 min insana tətbiq olunacaq

Daha sonra deputatlar Amnistiya Aktı haqqında qanun layihəsini müzakirə etdilər. Layihənin müəllifi Mehriban Əliyeva bildirdi ki, bir neçə gündən sonra dahi şəxsiyyət Heydər Əliyevin 90 illik yubileyi qeyd ediləcək: “Böyük siyasətçi, müasir dövlətin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində qoyub getdiyi azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi, gördüyü nəhəng işlərlə yaşayacaq. Ulu Öndər Heydər Əliyev müdrik, güclü, cəsarətli intellektə və əyilməz iradəyə malik olan bir insan idi. Eyni zamanda, onun ailə üzvü olaraq demək istərdim ki, o xeyirxah, mərhəmətli, humanist insan olub. Adi insanlarla münasibətdə o çox sadə və ədalətli idi. Baxmayaraq ki, ömrünün müxtəlif çağlarında o, ədalətszilik, satqınlıq xəyanətlə üzləşmişdi. Elə bu salonda onun vaxtı ilə irəli çəkdiyi insanlar ona qarşı əsassız hücumlar etmişdilər. Lakin Heydər Əliyev 1993-cü ildə prezident seçilərkən həmin insanların böyük əksəriyyətini bağışladı. Bu bağışlamaq qabiliyyəti ilə bir daha öz böyüklüyünü təsdiqlədi. Bu gün müzakirə etdiyimiz amnistiya aktı əslində bağışlamaq aktıdır. Qanunun Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində qəbul edilməsi böyük rəmzi xarakter daşıyır. Əziz dostlar mən inanıram ki, bağışlamaq, xoş niyyət və mərhəmətlə bu dünyada bir çox məsələləri yaxşılığa doğru dəyişdirmək mümkündür. Əsrlər boyu insanda insanlığı qoruyub saxlayan məhz humanizm ideyaları olub. Qərarda 9000 min şəxs bu aktın təsirinə düşüb. Lakin onlardan 2000-dən çoxu azadlığa buraxılacaq. Ümidvaram ki, həmin insanlar öz səhvlərini dərk edib gələcəkdə belə addımlar atmayacaqlar”.
Birinci ledinin çıxışından sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihəni deputatlara təqdim edib. Bundan sonra Amnistika Aktı heç bir müzakirə aparılmadan qəbul edilib.

Deputatlar ziyafətə, jurnalistlərə redaksiyalara...

İclasın sonunda Oqtay Əsədov deputatları Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı ziyafətə dəvət edib. Maraqlıdır ki, bu zaman jurnalistlər yada düşməyib. Dolayısı yolla reallıqda olduğu kimi, ziyafətdə də Azərbaycanın naz-nemətlərini ancaq deputatlara dada bilib. Mili Məclis rəhbərliyi bu əlamətdar gündə parlamentdən yazan jurnalistlərin ziyafətə buraxılmasına əsas görməyib.

HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər - YENİLƏNİB

    Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ...

    10-05-2016, 11:48

  • 
  • Prezident ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

    Prezident ümummilli lider Heydər Əliyevin ...

    12-12-2014, 11:06

  • 
  • Azərbaycan ictimaiyyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü qeyd edir

    Azərbaycan ictimaiyyəti ümummilli lider Heydər ...

    10-05-2016, 12:41

  • 
  • Amnistiya üçün parlamentə müraciət edildi

    Amnistiya üçün parlamentə müraciət edildi ...

    30-04-2013, 11:57

  • 
  • Amnistiya Aktının icrasına başlanıldı

    Amnistiya Aktının icrasına başlanıldı ...

    10-05-2013, 19:42


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu