Avropa Azərbaycanlılarının Milli Birlik Şurasının Əliyev avtoritarizminin apardığı qara piar kompaniyası ilə bağlı Bəyanatı Son zamanlar Azərbaycan xalqı arasında bütün dayaqlarını itirmiş irticaçı və korrupsioner Əliyev rejimi nəzarətində olan KİV-lər vasitəsilə yeni təsis edilmiş Avropa Azərbaycanlıları Milli Birlik Şurasına (AAMBŞ) qarşı yalan, böhtan, uydurma və şər xarakterli informasiyalar yayır. Xüsusilə də, AAMBŞ-nin rəhbər orqanlarında təmsil olunan şəxslər hədəf götürülərək, özlərinin illərdir törətdikləri cinayətləri həyasızcasına AAMBŞ-nın üzvlərinin ünvanına yazmaq eşqinə düşüblər. Demək olar ki, AAMBŞ-nın hər bir üzvü, xüsusən rəhbərlikdə təmsil olunan Şuranın sədri Qabil Rzayev, Məclis sədri Ataxan Əbilov, sədrin müavini Elşad Abdullayev, departament rəhbəri Yeganə Əmiraslanova, MNTK sədri Surxan Lətifov, Məclis üzvləri Elnur Məcidli, Coşqun Feyzullazadə, Rəşad Qurbanov və digərləri hədəfə alınıblar. Qarayaxma kompaniyasına görə güya Qabil Rzayev Dağlıq Qarabağ muharibəsi zamanı fərarilik etmiş, və güya çalişdiği “OMON” adlandırılan polis təşkilatindan qovulmuşdur. Q.Rzayev isə əsgəri xidmətini 1990-1992-ci illərdə Daxili Qoşunların xüsusi rotasinda Dağlıq Qarabağ və onun ətraf rayonlarında etmiş və bunun arxasınca 1992-1994-cü illərdə hərbi xidmətdən dərhal sonra könüllü olaraq OMON sıralarinda Dağıiq Qarabağda vətən borcunu namusla və alnıaçıq yerinə yetirmişdir. Q.Rzayev 1995-ci ilin mart hadisləri zamani həbs edilən OMON-çuları və həmin hadisələrdə həbs edilmiş yüzlərcə keçmiş Qarabağ döyüşçülərinin hüquqlarını müdafiə etmiş, 1996-cı ildən 2003-cü ilin axırlarına kimi onlarin azadliğa çıxmaları üçün əlindən gələni etmiş və həmin insanların beynəlxalq təskilatlar qarşısında siyasi məhbus kimi tanınaraq azadlığa çıxmalarında müstəsna rol oynamışdır. Onun fəaliyyətindən narahat olan indiki iqtidar Q.Rzayevin həmin dövrdə müavini olmuş Famil Süleymanov adlı şəxsi ələ alaraq alternativ təşkilat yaratmağa cəhd göstərmişdir. İndi də həmin şəxsi “mənbə” kimi istifadə edərək iddia edirlər ki, guya Q.Rzayev OMON-çuların hüquqlarını müdafiə etdiyi dövrdə külli miqdarda pul toplamışdır. Bu iddiaya cavab olaraq bildirmək istəyirik ki, o dövrdə kimlərinsə OMON adından kimlərəsə külli miqdarda pul verməsi gülüncdür, ağlabatan deyildir. Belə ki, həmin vaxtlar insanlar OMON adı olan yerdə bir-birinə salam verməyə çəkinirdilər. A.Əbilovun çox şəffaf bir tərcüməyi-halı vardır. O, 1986-1991-ci illərdə Bakı Dövlət Universitetin Hüquq fakültəsində oxuyub, oranı fərqlənmə diplomu ilə bitirib, tələbəlik illərində Azərbaycan Xalq Hərəkatının fəal iştirakçılarından olub, 1991-1997-ci illərdə BDU-nin Beynəlxalq hüquq və xarici ölkələrin konstitusiya hüququ kafedrasında çalışıb, hüquq müdafiə fəaliyyətinə və siyasi mövqeyinə görə qanunsuz olaraq BDU-dan 1997-ci ildə uzaqlaşdırılıb. 1997-2007-ci illərdə qeyri-hökümət sektorunda çalışan A.Əbilov hüquqi tədqiqat və hüquq müdafiə fəaliyyətilə məşğul olub, İnsan hüquqların müdafiəsi Mərkəzi (Eldar Zeynalov), Sülh və Demokratiya İnstitutu (Leyla Yunus), Avropa insan hüquqları Məhkəməsinə müraciət etmə Mərkəzi, Azərbaycan Hüquqşünaslar Forumu, Azərbaycan Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr Cəmiyyəti, Avroasiya Fondu, Talış Mədəniyyət Mərkəzi kimi təşkilatlarla əməkdaşlıq edib, Azərbaycan Hüquqşünaslar Forumunun idarə heyətinin üzvü, Azərbaycan Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr Cəmiyyətinin məsul katibi, "Beynəlxalq hüquq" jurnalının redaktoru kimi ictimai vəzifələrdə çalışıb. A.Əbilov hüquq və beynəlxalq hüquqla bağlı 10-a qədər dərslik, monoqrafiya və kitabların, o cümlədən “Avropa Şurası və Azərbaycan”, “Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan”, “Azərbaycan Avropa ailəsində” kitabların, 100-dən artiq elmi məqalənin müəllifi, Azərbaycan dilində ilk dəfə çapdan çıxan “Beynəlxalq xüsusi hüquq” dərsliyin həmmüəllifidir. O, Milli Məclisdə bir sıra qanunvericilk aktların layihəsinin hazırlanmasında yaxından iştirak etmiş, Respublika parlamenti tərəfindən qəbul edilən Beynəlxalq xüsusi hüquq haqqında Qanunun layihəsinin müəllifidir. Dağlıq Qarabağ münaqişəsinin ilk illərində həmkarlarıla birgə bu konfliktin beynəlxal hüquq müstəvisində tam Azərbaycanın xeyrinə olmasını əks etdirən beynəlxalq-huquqi reseptinin hazırlanmasında iştirak etmiş, Azərbaycanın Avropa Şurasına üzv olmaqla bağlı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının Azərbaycanda öyrənilməsi, təbliği və tətbiqi istiqamətində geniş fəaliyyət göstərmişdir. Konvensiyanın Azərbaycan dilinə ilk tərcümə variantını hazırlamışdır. Onun bütün ictimai və elmi fəaliyyəti Azərbaycanda hüquqi dövlət, azad vətəndaş cəmiyyətinin formalaşmasına həsr edilib. İndiyə qədər bir gün belə hansısa bir dövlət vəzifəsində çalışmayan A.Əbilova, yalnız milli mənsubiyyətinə vurğu etməklə qara piar kompaniyası bir daha hazırkı rejimin mahiyyətini ortaya qoyur.
Uydurma və böhtanların yönləndiyi şəxslərdən biri də bir necə xarici ölkənin hüquq professoru Elşad Abdullayevdir. Mürtəce rejimin iş üzünü açmaq istiqamətindəki analoqsuz fəaliyyəti onun daha ağır şəkildə şərə məruz qalmasına səbəb olub. E.Abdullayev 44 illik avtirutar qanlı rejimin dövlət terroruna məruz qalmış şəxsdir. Məlumdur ki, Prezidentin İcra Aparatının müdüri Ramiz Mehdiyev Haci Məmmədov kimilərlə qurduqları oyuncaq rejim vasitəsilə Azərbaycan Beynəlxalq Universitetinin rektoru olan E.Abdullayevin qardaşı Mahir Abdullayevi 13 oktyabr 2003-cü il tarixində oğurladaraq girov götürdürmüş, onu qaytarmaq müqabilində zərərçəkmişdən rəhbərlik etdiyi Universiteti və müxtəlif kriminal yollarla küllü miqdarda pul tələb etmişdir. Sözü gedən cinayətin 8 əsas şahidi isə mətbuatdan bütün Azərbaycana məlum olan Sevinc Babayeva sayagı qətlə yetrilmişdir. Mahir Abdullayevin oğurlanması cinayəti hətta ABŞ-in Dövlət Departamentinin Hesabatında öz əksini tapmışdır. Hesabatda bu cinayətkar şəbəkənin başlıca fiqurun Ramiz Mehdiyevin olmasıla bağlı aydın işarələr mövcüddür. Bundan qorxuya düşən oyuncaq rejimin başcısı Ramiz Mehdiyev isə Hesabatdan dərhal sonra Azərbaycan xalqının maraqlarına zidd olaraq İrandan kömək istəmişdir. Mahir Abdullayevin dövlət strukturlarında oturuşmuş mütəşəkkil cinayətkar təşkilat tərəfindən oğurlanması cinayəti o cümlədən Avropa Birliyinin Xarici Siyasət və Təhlükəsizlik Kommissarlıgının hesabatında və tanınmış beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatında əksini tapmışdır. Eyni zamanda, bu cinayət işi Avropa İnsan Hüquqları Məhkəməsinin icraatındadır və Azərbaycan və xarici KİV-in diqqət mərkəzindədir. Məlumdur ki, bu cinayətlərin başında dayanan Əliyevlərin oyuncaq rejimi beynəlxalq hüquq normalarına əməl etmir və dünyadan təcrid olunmuşdur. Belə vəziyyətdə onun AAMBŞ-na qarşı qara piar kompaniyası daxili auditoriyaya hesablanmış, vətəndaşlarımızı çaşdırılmasına, özlərinin misli görünməmiş cinayətlərin ört-basdır edilməsinə hesablanmışdır. AAMBŞ Azərbaycan hökumətini qeyri-etik metodlarla mübarizədən çəkinməyə çağırır və bildirir ki, belə “təbliğat” metodlarınız bumeranq effekti verəcək və bunun arxasında gizlənmiş insanları ifşa edəcəkdir. İmzalar: Sabir Nagizadə (Isveç) - Məslis üzvü Gulsura Nagizadə (İsveç) - Təşkilatın üzvü, Faiq Seyidov (İsveç) - Təşkilatın üzvü, Şəkər Seyidova (İsveç) - Təşkilatın üzvü, Osman Əhmədov (Azərbaycan) - Təşkilatın üzvü, Möminə Xəlilova (Azərbaycan) - Təşkilatın üzvü, Səadət Hüsüynova (Azərbaycan) - Təşkilatın üzvü, Hidayət Əhmədov (Azərbaycan) - Təşkilatın üzvü, Gulnarə Babayeva (Azərbaycan) - Təşkilatın üzvü, Xuraman Abbasova (Azərbaycan) - Təşkilatın üzvü, Rasim Xudaverdiyev (Azərbaycan) - Təşkilatın üzvü, Şəmsiyə Xəlilova (Azərbaycan) - Təşkilatın üzvü, Elnarə Kərimova (Azərbaycan) - Təşkilatın üzvü, Bünyatov Yalçın (Ukrayna) – Məclis üzvü, Əliyev Bəhruz (Niderland) – Məclis üzvü, Əmiraslanova Yeganə (Almaniya) – Məclis üzvü, Feyzullazadə Coşqun (Isvecrə) – Məclis üzvü, Hacılı Əli (Nederland) - Məclis üzvü, Hüseynov Qalib (Rusiya) - Məclis üzvü, İsmayılova Kəmalə (Isvecrə) – Məclis üzvü, Qurbanov Rəşad (Isvecrə) – Məclis üzvü, Quliyev Ədalət (Belçika) – Məclis üzvü, Quliyev Sabir (İsveç) – Məclis üzvü, Məcidoğlu Telman (Niderland) – Məclis üzvü, Polat Seyfətdin (Isvecrə) – Məclis üzvü, Səftərov Həsən (Kanada) – Məclis üzvü, Şarer Alek (Isvecrə) – Məclis üzvü, Zeynalov Sədiyar (Lüksemburq) – Məclis üzvü, Lətifov Surxan (İsveçrə) - MTNK-nın sədri, Əlibəyli Elxan (Niderland) - MTNK-nın üzvü, Əlirzayev İlkin (Niderland) - MTNK-nın üzvü, Abbasov Nadir (İsveçrə) – Təşkilatın üzvü, Tağıyev Hüseyn (İsveçrə) – Təşkilatın üzvü, Əliyev Mehman (İsveçrə) – Təşkilatın üzvü, Çələbi Hüseyn (İsveçrə) – Təşkilatın üzvü, Yavuz Nahid (İsveçrə) – Təşkilatın üzvü, Koca Yusif (İsveçrə) – Təşkilatın üzvü, Can Ənsar (İsveçrə) – Təşkilatın üzvü, Qaraşova Ülviyyə (İsveçrə) – Təşkilatın üzvü, Tağıyeva Sevən (İsveçrə) – Təşkilatın üzvü, Qurbanova Nargilə (İsveçrə) – Təşkilatın üzvü, Abbasova Minə (İsveçrə) – Təşkilatın üzvü, Feyzullazədə Afaq (İsveçrə) – Təşkilatın üzvü, Rizvanov Sarvan (Almaniya) – Təşkilatın üzvü, Paşayev Müsəllim (Almaniya) – Təşkilatın üzvü, Quduyev İlqar (Almaniya) – Təşkilatın üzvü, Məhərrəmov Elçin (Almaniya) – Təşkilatın üzvü, Zeynalov Ədalət (Rusiya) - – Təşkilatın üzvü, Mehralıyev Qəhrəman (Rusiya) – Təşkilatın üzvü, Dəmirov Ehtiram (Rusiya) – Təşkilatın üzvü, Nuriyev Elxan (Ukrayna) – Təşkilatın üzvü, Abdullayev Ümid (Ukrayna) - – Təşkilatın üzvü, Məcidli Elnur (Fransa) - Məclis üzvü
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?