GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ramiz Mehdiyev gedir

Ramiz Mehdiyev gedir

Tarix: 11-12-2012, 11:55 Bölmə :Manşet Baxış: 727
Ramiz Mehdiyev gedir
PA şefinin çıxdıği yolçuluq bir çoxlarını bitiş nöqtəsi olacaq

gundemxeber.az Bir neçə gün öncə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Elşad Abdullayevin sonuncu açıqlamasına olduqca ilginc tərzdə münasibət bildirdi ki, bu açıqlamalar da haqlı olaraq cəmiyyətdə müxtəlif istiqamətlərə yozuldu. Həmin açıqlamalara keçməzdən öncə bir məsələni vurğulamaq yerinə düşər ki, son zamanlar cərəyan edən olayların episentrində olan Ramiz Mehdiyev artıq müdafiə olunmaq zərurəti hiss edib və eyni zamanda, ona hücum edənlərə ismarıclarını yollamağı da unutmur.
Xatırladaq ki, buna qədər PA şefi, barəsində yazılanlara ya ümumiyyətlə reaksiya verməyən, ya da xəsisliklə, dolayı yollarla reaksiyasını çatdıran bir tərz nümayiş etdirdiyindən, onun artıq aktiv polemika tərəfdaşına çevrilməsi kifayət qədər diqqət çəkicidir. Qeyd edək ki, bir neçə gün əvvəl Ramiz Mehdiyev millət vəkili Rəbiyyət Aslanova tərəfindən müdafiə olunmuşdu və bu müdafiənin ardından belə bir qənaət ortaya qoyuldu ki, administrasiya rəhbərinin hakimiyyət içindəki mövqeləri kifayət qədər sarsıldığından, belə bir müdafiə zərurəti ortaya çıxıb.
İndi isə Ramiz Mehdiyevin özü danışdı və artıq məsələlərə yekun nöqtə vurma cəhdini də ortaya qoydu. «Elşad Abdullayev kimlərinsə əlində bir alətdir» deyən PA şefi əslində bununla növbəti açıqlamasının mahiyyəti ilə bağlı da bilgilərini anons etmiş oldu. Yəni sırada Elşad Abdullayevdən alət kimi istifadə edənlərin ifşası gəlir.
Nə baş verir? Hər halda, baş verənlərin mahiyyətini izahlamamıza qədər Mehdiyevin dünənki açıqlamalarını təkrarən bölüşməyimizə ehtiyac var. R. Mehdiyevin açıqlamasında deyilir: “Dekabrın 7-də müxalifət mətbuatında ölkədən qaçıb gizlənən Elşad Abdullayevin növbəti cəfəngiyatı ilə tanış oldum. Görünür, bu adamın xəstəliyi o qədər dərin kök salıb ki, ya bilmir nə danışır, ya da böhtan, yalan və uydurmaları ilə özünün əməllərini ört-basdır etmək istəyir. Mənim Elşad Abdullayevi qəbul etmək niyyətim heç bir zaman olmayıb. Yaxşı olardı desin ki, hansı nüfuzlu şəxsdən dəfələrlə yalvar-yaxar edəndən sonra bir-iki dəqiqəlik qəbuluma düşüb. Özü də otaq qapısının həndəvərindən oturmağa da imkan vermədən. Xahişi isə universitetin taleyi ilə bağlı olub.
Deputatlığı ilə bağlı isə onun mənimlə heç bir zaman heç bir söhbəti olmayıb. Bu da onun növbəti uydurmasıdır. O ki qaldı guya ABŞ səfirliyi bizdən tələb edib ki, İsa Qəmbər və Arzu Səmədbəyli deputat seçilməlidir, bu da onun xəstə beyninin məhsuludur. Elşad Abdullayev öz-özlüyündə kimdir ki, mən onunla belə bir məsələni müzakirə edim. Özü də bir-iki dəqiqə ərzində, ayaq üstə dura-dura. Bu yalanı və uydurması ilə o, həm də müxaliflər arasında intriqa salmaq istəyir. Guya biz sırf Müsavat Partiyasını dəstəkləyirik...
Onun cəfəng, böhtan, uydurma bəyanatları görünür, kiməsə lazımdır və onun özünü də bir alət kimi istifadə edirlər. Şəxsiyyəti və əməlləri isə yüzlərlə saxta diplom vermiş gənclərə və onların valideynlərinə, dələduzluq yolu ilə aldatdığı insanlara bəllidir. O ki qaldı onun fırıldaqçılığına və qurduğu primitiv oyunlara, deyə bilərəm ki, bütün bunların Prezident Administrasiyasının işçiləri ilə heç vəchlə bağlılığı və əlaqəsi olmayıb”.
Biz bu açıqlamada, Ramiz Mehdiyevin müxalifətlə bağlı yaratmaq istədiyi situasiyanı dəyərləndirməyəcəyik. Hər şey aydındır. Amma burada əsas diqqət çəkəni Ramiz Mehdiyevin çöküş mərhələsinin astanasında olması ilə bağlıdır. Artıq PA şefinin hətta istinad nöqtəsi kimi quru bir ağacın quru bir budağına ehtiyacının olduğu tam çılpaqlığı ilə ortadadır. Ramiz Mehdiyev artıq onu nələrin gözlədiyinin tam fərqindədir. Əgər bu gün o, «cəfəngiyyatçı» adlandırdığı Elşad Abdullayevə şəxsən opponentlik edirsə, deməli, məsələ başqadır. Halbuki dünənə qədər bu kimi situasiyalarda ilk əvvəl susurdular və sonradan ya hansısa açıqlama formasında, ya da PA-nın şöbə müdiri Əli Həsənovun dili ilə məsələyə «öldürücü» reaksiya verirdilərsə, indi artıq tamam fərqi şərait yaranıb. Ramiz Mehdiyev özü danışır.
Ola bilsin ki, kimsə onun əvəzindən danışmaq istəmir. Və ola bilsin ki, artıq onun bütöv administrasiyanın adından danışmaq yetkisi yoxdur. Halbuki yenə də öz ünvanına olan ittihamları yenə də PA-nın ümumi adına paylaşma cəhdini də «bütün bunların Prezident Administrasiyasının işçiləri ilə heç vəchlə bağlılığı və əlaqəsi olmayıb» ifadəsi ilə ortaya qoyub. Yəni əslində Elşad Abdullayev konkret bir şəxsi hədəf kimi göstərir, amma Ramiz Mehdiyev cəbhə genişləndirməsinə cəhd edir. Və buradan məsələnin nə yerdə olduğu yenə də bəlliləşir.
Təbii ki, biz Elşad Abdullayevin müqəddəs bir sima olduğunu iddia etmirik və biz də yaxşı bilirik ki, bu gün Elşad Abdullayevə qarşı konkret ittihamlar irəli sürən Ramiz Mehdiyevin həmin istiqamətdəki bütün fikirləri həqiqətdir. Həqiqətən də, Elşad Abdullayevə məhz Azərbaycan Beynəlxalq Universitetindəki əməlləri ilə bağlı cinayət işi açıla bilər və adam buna görə mühakimə oluna bilər.
Amma bu məsələ tamam ayrı bir mövzu olduğundan və bu gün aktual olanı məhz Ramiz Mehdieyvlə bağlı olduğundan bir qədər əhəmiyyətli görünmür. Yəni söhbət kiminsə haradan bu qədər pulu əldə etməsindən getmir, söhbət Azərbaycan dövləti adına kimlərinsə siyasi bazarlıq açmasından, insanları oğurlamasından, böyük pullar uğrunda acımasız mübarizədən və bütün bunların altında çox ciddi imzaların dayanmasından gedir və aydın olanı odur ki, Ramiz Mehdiyevin bu gün qarşı tərəfə xəfif ruhlu bir hədələyici ismarıc yollaması faktı fonunda ortaya konkret bir mənzərə çıxmaqdadır: PA şefi həqiqətən də yol üstündədir və bu yolçuluğu tək onun yox, bir çoxlarının siyasi karyerasının bitiş nöqtəsi olacaq.

Samir Qasımov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Dövlət kanalına Ramiz Mehdiyev qadağası gəldi

    Dövlət kanalına Ramiz Mehdiyev qadağası gəldi ...

    7-02-2013, 10:41

  • 
  • Ramiz Mehdiyev AMEA-ya prezident gətilir?

    Ramiz Mehdiyev AMEA-ya prezident gətilir? ...

    13-02-2013, 10:49

  • 
  • Ramiz Mehdiyev icra başçılarını Bakıya toplayır

    Ramiz Mehdiyev icra başçılarını Bakıya toplayır ...

    20-10-2014, 14:30

  • 
  • Ramiz Mehdiyev Elşad Abdullayevi aşağıladı

    Ramiz Mehdiyev Elşad Abdullayevi aşağıladı ...

    7-12-2012, 17:41

  • 
  • Kəmaləddin Heydərov rəqiblərinə güc gəlir

    Kəmaləddin Heydərov rəqiblərinə güc gəlir ...

    7-12-2012, 13:28


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu