GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Kərəm Həsənovun sonu

Kərəm Həsənovun sonu

Tarix: 12-12-2012, 12:13 Bölmə :Manşet Baxış: 607
Kərəm Həsənovun sonu

Heydər Əliyev Mərkəzindəki yanğının ilk qurbanı bəlli olur

gundemxeber.az Heydər Əliyev Mərkəzində baş verən yanğın və məlum yanğınla bağlı araşdırma davam edir. Özəl mənbədən redaksiyamıza daxil olan məlumata görə, yanğınla bağlı «DİA Holdinq»in 3 əməkdaşı məsuliyyətə cəlb edilsə də, əslində bütün bunlar diqqəti əsas məsələdən yayındırmaq, əsl müqəssirlərlə bağlı məlumatların ictimailəşməsinin qarşısının alınmasına yönəlib. Mənbənin sözlərinə görə, mərkəzdəki yanğınla bağlı cəzalandırılacaq məmurlar arasında Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənovun adı çəkilir ki, bu da mərkləzin inşası zamanı onun tərəfindən yol verilən səhlənkarlıqlarla bağlıdır.

Kabel keyfiyyətsizliyi

İyulun 30-da Londondan qayıdan ölkə başçısının Mərdəkandakı bağ evinə dəydikdən sonra birbaşa H.Əliyev Mərkəzinə baş çəkdiyini bildirən mənbə, İ.Əliyevin hələ hadisə baş verdiyi zaman K.Həsənovu sərt şəkildə hədələdiyini bildirib. Mənbənin sözlərinə görə, barmağı ilə bütün nazir kontingenti qarşısında komitə sədrini hədələyən İ.Əliyev, baş verənlərə görə onun müqəssir olduğunu qeyd edib: «Ölkə başçısı ilk olaraq olayın baş vermə səbəbləri ilə bağlı FHN şefi K.Heydərovun məruzəsini dinləyib. Bundan sonra üzünü sırada dayanan K.Həsənova tutan İ.Əliyev baş verənlərə görə bilavasitə onun təqsirkar olduğunu bildirib».
Mənbənin bildirdiyinə görə, K.Heydərovun məruzəsində yanğının kabellərin elektrik gərginliyinə davam gətirməməsi ilə bağlı faktlar yer alıb ki, məhz bu amil ölkə başçısının K.Həsənova qəzəblənməsinə səbəb olub: «Yanğının səbəbləri ilə bağlı prezidentə açıqlama verən K.Heydərov hadisənin gəginliyə davam gətirməyən kabellərdən birinin sıradan çıxması nəticəsində baş verdiyini söyləyib. K.Heydərovun izahından bəlli olub ki, vaxtilə komitə sədrinin mərkəzin elektrik sistemini aşağı keyfiyyətli, yüksək gərginliyə davam gətirməyən kabel və ötürücülərlə təchiz etməsi, sonda məlum olayın baş verməsinə gətirib çıxardıb. Fövqəlnazirin məhz bu açıqlaması ölkə başçısının komitə sədrinə qəzəblənməsinə səbəb olub. Adi bir səhlənkarlıq nəticəsində yüz milyonlarla vəsaitin sərf olunduğu mərkəzin yanğın və yanğına müdaxilə məqsədilə olay yerinə axıdılan su nəticəsində sıradan çıxmasına görə ölkə başçısı K.Həsənovu ittiham edib».

Siqnalizasiya qüsuru


Mənbənin sözlərinə görə, K.Heydərovun izahatı və ölkə başçısının qəzəbi qarşısında özünü müdafiə etmək üçün söz tapa bilməyən K.Həsənov bütün ittihamları sükut içində dinləməyə məcbur olub: «Yanğının səbəbləri ilə bağlı K.Heydərovun açıqlaması və ölkə başçısının qəzəbli ittihamları o qədər sarsıdıcı olub ki, komitə sədri bu ittihamlar qarşısında özünü qismən də olsa müdafiə etməyə söz tapa bilməyib. Hədə və qınaqları başıaşağı şəkildə dinləyən komitə sədri ölkə başçısı ərazini tərk edənə qədər bir kəlmə də olsun danışmayıb».
Mənbənin bildirdiyinə görə, ölkə başçısını qəzəbləndirən əsas məqamlardan biri də yanğın baş verən zaman iki siqnalizasiya sistemindən heç birinin işləməməsi olub. Hər birinin dəyəri milyonlarla ölçülən bahalı sistemlərin son anda işə yaramaması İ.Əliyevin qəzəbini artırıb: «K.Heydərovun açıqlamasından bəlli olub ki, yanğının qısa müddətdə geniş əraziyə yayılmasına səbəb mərkəzdəki siqnalizasiya sistemlərinin işə düşməməsi olub. Ümumiyyətlə, H.Əliyev Mərkəzində iki siqnalizasiya sistemi mövcud olub ki, bunlardan biri yanğın, digəri isə qəza siqnalizasiyaları olub. Lakin yanğın və tüstü yığını mərkəzi bürüyən zaman siqnalizasiya sistemlərinin heç biri işə düşməyib. Halbuki, bu siqnalizasiya sistemlərinin alınması və quraşdırılmasına milyonlarla manat vəsait sərf olunub ki, bu vəsait də xalqın cibindən, ondan tutulan vergilər hesabına formalaşan birbaşa dövlət büdcəsindən ayrılıb. Bu, ölkə başçısının K.Həsənova olan qəzəbini artıran ikinci mühüm amil olub. Çünki məlum sistemlərin alınması və quraşdırılması komitə sədri tərəfindən həyata keçirilsə də, bu sistemlər də həlledici məqamda öz yeganə və həyati funksiyalarını yerinə yetirə bilməyib».
Mənbənin qənaətincə, siqnalizasiya sistemlərinin quraşdırılmasının tam olaraq başa çatmaması və bu səbəbdən də işə düşməməsi ilə bağlı söylənilənlər də həqiqəti əks etdirmir: «Yanğından dərhal sonra KİV-ə açıqlama verən əlaqədar qurumlar, o cümlədən mərkəz rəhbərliyi bildirdi ki, yanğın sisteminin işə düşməməsinə səbəb onun tam olaraq quraşdırılıb başa çatdırılmaması olub. Halbuki, məlum sistemin quraşdırılıb başa çatdırılmaması ilə bağlı söylənilənlərin heç biri gerçək deyil. Həqiqətdə sistemin quraşdırılması bir müddət bundan öncə başa çatıb. Sadəcə, sistemin yanlış quraşdırılması, ondakı hər hansı nasazlıq və problemin mövcud olub-olmaması ilə bağlı heç bir sınaq testinin keçirilməməsi yanğın zamanı sistemin olaya müdaxiləsinə imkan verməyib».


Komitə sədrinin canfəşanlığı

Komitə sədri ölkə başçısı tərəfindən hədələndiyi günün səhərisi özünü bağışlatmaq məqsədilə İ.Əliyevlə görüşməyə cəhd etsə də, prezident komitə sədri ilə görüşməkdən imtina edib: «Ölkə başçısı tərəfindən tənqid olunan və hədələnən K.Həsənov hadisənin səhərisi günü özünü bağışlatmaq və öz kariyeriyası üçün yaranmış təhlükəni aradan qaldırmaq üçün prezidentlə görüşməyə can atsa da, İ.Əliyev komitə sədrinin məlum təşəbbüsünü etirazla qarşılayıb. Komitə sədrinin görüş xahişini rədd edən ölkə başçısı bununla da K.Həsənova olan münasibətini yenidən ortaya qoyub».
Məlum olaydan sonra K.Həsənovun bir qədər də qorxuya düşdüyünü bildirən mənbə, komitə sədrinin situasiyanı öz xeyrinə dəyişmək üçün fəaliyyətə başladığını bildirdi: «Prezidentin xəbərdarlığından ciddi narahatlıq keçirən komitə sədrinin ölkə başçısı tərəfindən görüşlə bağlı rədd cavabı alması onu bir qədər də təlaşa salıb. Komitə sədri anlayır ki, bugünə qədər yol verdiyi nöqsanlara görə onsuz da diqqətdə olduğu bir məqamda belə bir olayın baş verməsi və ölkə başçısının bu kəs əsla güzəştə getməməsi onun daşıdığı vəzifə ilə həmişəlik vidalaşmasına gətirib çıxarda bilər. Buna görə də komitə sədri yeidən ölkə başçısının etimadını qazanmaq məqsədilə bəzi addımlar atmağı zəruri hesab edib. Bu məqsədlə iyulun 31-i tarixində yenidən H.Əliyev Mərkəzinə yollanan komitə sədri burada gedən təmir-bərpa işlərinin vəziyyəti ilə tanış olub. Uzun müddət mərkəz ərazisində qalan komitə sədri yalnız bir neçə saatdan sonra hadisə yerini tərk edib. Mərkəz inşa edilən zaman həyata keçirilən təmir-tikinti işlərinin gedişi ilə maraqlanmayan komitə sədri ümid edir ki, yanğından sonra təmir işlərinin vəziyyəti ilə tanış olmaq məqsədilə mərkəzə etdiyi səfər ölkə başçısının ona olan qəzəb hissini bir qədər yumşaldacaq, onun işgüzar obrazının formalaşmasına kömək edəcəkdir».

Mərkəzdə daha ciddi problemlər var


Mənbə isə hesab edir ki, K.Həsənovun bütün səylərinə baxmayaraq, komitə sədrinin öz postunu qoruyacağı o qədər də inandırıcı görünmür. Buna səbəb yanğınla yanaşı mərkəz ərazisinin bir hissəsində müşahidə edilən çökmə faktı ilə bağlıdır. Mənbənin sözlərinə görə, artıq çoxdan bəridir ki, H.Əliyev Mərkəzinin ərazisinin bir hissəsi çökür ki, bu barədə də də ölkə başçısına lazımi informasiyalar verilib: «Komitə sədri vəziyyəti nəzarət altına alacağına ümid etsə də, əslində mövcud reallıqlar tamamilə fərqlidir. Bu reallıqlardan biri də H.Əliyev Mərkəzinin bir tərəfinin çökməsi ilə bağlıdır. Bugünə qədər ərazinin bir hissəsinin çökməsi ilə bağlı xəbərlər K.Həsənova çatdırılsa da, komitə sədri bu məlumatları gizlədir və bununla da özünü ölkə başçısının qəzəbindən qorumağa çalışırdı. Lakin son günlər mərkəz ərazisindəki çökmənin miqyas və sürəti o qədər artıb ki, bunu kimsədən gizlətmək mümkün deyil. Məhz çökmə nəticəsində mərkəzə Səttarxan adına zavod tərəfindən daxil olan yol sıradan çıxıb. Nə edəcəyini bilməyən komitə sədri isə həmin yolun qeyri-müəyyən vaxta qədər qapadılmasına qərar verib. Artıq bəlli bir müddətdir ki, həmin yol nəqliyyatın üzünə bağlıdır. Yanğın olayı və ondan sonra baş verən proseslər komitə sədrinin bugünə qədər gizli saxladığı məlum problemi də gün işığına çıxardıb. Bu barədə ölkə başçısına məlumat verən bəzi yetkililər çökmə ilə bağlı problemi aradan qaldırmaq üçün əsaslı təmir-bərpa işinin zəruriliyinin vaciblyini qeyd edir ki, bu da milyonlarla manat vəsait deməkdir».
Mənbənin bildirdiyinə görə, mərkəz ərazisindəki çökmə ölkə başçısını yanğından heç də az qəzəbləndirməyib: «Mərkəz ərazisindəki çökmə və onun miqyası yanğınla bağlı kifayət qədər narahatlıq keçirən ölkə başçısının daha da qəzəblənməsinə səbəb olub. Yanğından sonra bütün diqqətin mərkəz üzərinə yönəlməsi nəticəsində bəlli olub ki, əslində mərkəz və onun ərazisində aparılan heç bir işdə lazımi keyfiyyət mövcud deyil. Bütün işlər başdangetmə, keyfiyyət deyil, kəmiyyət xatirinə aparıldığı üçün hələ istifadəyə verilməyən mərkəzin bir tərəfində yanğın, digər tərəfində çökmə müşahidə edilməkdədir. Bu isə o deməkdir ki, K.Həsənovun rəhbərliyi altında mərkəzə ayrılan milyonlar əslində boş yerə axıdılıb və indi həmin milyonlar nəticəsində ortaya qoyulan keyfiyyətsiz işin arzuolunmaz nəticələrini ləğv etmək üçün daha bir neçə yüz milyon vəsait lazımdır. Bu vəsaitin isə yenidən K.Həsənovun rəhbərliyi altında ayrılacağı və işlərin başına yenidən komitə sədrinin gətiriləcəyi əsla inandırıcı görünmür. Ümumiyyətlə, komitə sədrinin lüzumsuz sürprizlərindən cana doyan hakimiyyətin nəticəsinin aradan qaldırılması milyonlar tələb olunan yeni bir sürprizə çətin ki, ehtiyacı olsun».

Elnur Cabbarov

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Heydər Əliyev Mərkəzinın yanma səbəbi

    Heydər Əliyev Mərkəzinın yanma səbəbi ...

    27-12-2012, 09:06

  • 
  • Heydər Əliyev Mərkəzinın yanma səbəbi

    Heydər Əliyev Mərkəzinın yanma səbəbi ...

    27-12-2012, 08:08

  • 
  • DİN Sumqayıtda “Karvan” ticarət mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb

    DİN Sumqayıtda “Karvan” ticarət mərkəzində baş ...

    10-10-2014, 13:42

  • 
  • Sumqayıtdakı yanğınla bağlı - Açıqlama

    Sumqayıtdakı yanğınla bağlı - Açıqlama ...

    29-12-2012, 11:46

  • 
  • Qərib Məmmədovla Kərəm Həsənovun ədavəti böyüyür

    Qərib Məmmədovla Kərəm Həsənovun ədavəti böyüyür ...

    15-05-2014, 10:56


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu