Bu gün Kremlin mətbuat xidməti Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığının baş tutduğu barədə məlumat yayıb. Bu Putinin ikinici dəfə prezident seçildiyi 2012-ci ildən bəri ilk telefon zəngidir. Telefon danışığının detalları barədə məlumat verilməsə də, xeyli müddət aralarında soyuqluq olduğu idda edilən dövlət başçısının nə barədə müzakirə apardığını ehtimal etmək olar. Bununla bağlı Modern.az politoloq Qabil Hüseynlinin fikirlərini öyrənib.
Siyasi ekpert hadisəni pozitiv qiymətləndirib. “Azərbaycan Rusiyanın könlünü almaq üçün jest elədi. Söhbət “Nabukko”layihəsindən imtina edib, TAP layihəsinə keçməkdən gedir. Bu isə Rusiyanın Avropada qaz inhisarçısı mövqeyinə təsir etmir. Yəni Rusiya Azərbaycanın seçmindən razıdı. Bu dərhal özünü ikitərəfli münasibətlərdə hiss elətdirdi. Telefon zəndi ikitərəfli münasibətlərin yaxşılasmasına bir işarədir”
Politoloq Qabil Hüseynlinin fikrincə, telefon danışığının əsas mövzusu ikitərəfli iqtisadi və siyasi münasibətlərin inkşafıdır. “Yəqin ki, Azərbaycan Rusiya tərəfinə başa salır ki, qonu dövlətlər mehriban şəraitdə yaşamalıdırlar. Azərbaycan da öz növbəsində bunun üçün nə lazımdırsa, etməyə hazırdır Rusiyadan da adekvat cavab istəyir. Ola bilsin Azərbaycan müxalifətin özünə vahid namizəd seçdiyi şəxsin Rusiyada meydan sulaması faktorunu xatırlada bilər. Mən demirəm ki, Azərbaycan prezidenti onunla bağlı hər hansı tədbirin görülməsini istəyər. Sadəcə, xatırlada bilər ki, belə məsələlər Moskva üçün xoş olmadığı kimi, onlar üçün də xoş olmaya bilər. İkitərəfli münasibətlərin iqtisadi tərəflərini dərinləşdirmək barədə müzakirə apara bilərlər. Dağlıq Qarabağla bağlı daha geniş müzakirə aparıla bilər. Çünki bu məsələdə intensivləşmə müzakirə edilməkdədir. İntensivləşmədə Rusiyanın da payı olduğuna görə Azərbayvan prezidenti Putinə bunu danışıq əsnasında xatırlada bilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?