Sabiq baş nazirə seçki bitədənədək ölkədən getməsi barədə ismariş göndərildiyi bildirilir
Azərbaycanın sabiq baş naziri Surət Hüseynovdan Azərbaycanı uzun müddətə tərk etməsi tələb olunub.
Bu barədə Surət Hüseynovun yaxınları məlumat veriblər. Məlumatda bildirilir ki, həm Rusiya, həm də Gəncə şəhərində yaşayan Surət Hüseynov son zamanlar ciddi təqib və təzyiqlərə məruz qalır. İndi isə ona seçkilər bitənədək ölkəyə gəlməməsi ilə bağlı ismariş göndərilib. Ancaq Surət Hüseynovun bu tələbə reaksiyası sərt olub. O, istədiyi zaman xaricə gedəcəyini və istədiyi zaman da öz ölkəsinə gələcəyini bəyan edib.
Qeyd edək ki, hələ bir neçə ay əvvəl Surət Hüseynovun oğlu ictimai yerdə xuliqanlıqda ittiham olunaraq, bir neçə sutka həbs olunmuşdu. Onda Surət Hüseynov bunu ona qarşı siyasi təzyiqin tərkib hissəsi kimi dəyərləndirmişdi. Sabiq baş nazir bildirmişdi ki, bu olay onun ölkədən getməsi üçündür.
Sorğu
Yeni dizaynımız necədir?