Ramil Usubovdan polisə şok əmr: “Bütün gecəni hamı ayaqda!”
gundemxeber.az Elşad Abdullayevin son video görüntilərinin yaratdığı siyasi qalmaqal pik nöqtəsinə çatır. ABU-nun keçmiş rektoru Elşad Abdullayev yeni bir video açıqlayıb ki, bu videoçəkilişlə artıq ölkə gündəmi bütünlükdə olaraq zəbt edilib. Belə ki, hər kəs açıqlanan faktların şokundadır. Və bu da anlaşılandır. Ən böyük şok keçirənin isə Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin olduğu da söylənilir. Uzun illər hakimiyyətin əsas dayaq nöqtəsi və güc mərkəzi olan bir fiqurun vəzifədən ayrılmasının asan başa gəlməyəcəyi sirr deyil. Saytımıza bu saatlarda hüquq-mühafizə orqanlarında çalışan yüksək çinli bir polis zabiti tərəfindən şok məlumat daxil olub. Adının çəkilməsini istəməyən zabitin sözlərinə görə axşam saatlarında paytaxtın bütün güc strukturları, xüsusilə də polis heyəti və daxili qoşunlar əsas hazırlıq vəziyyətində olub: “Şəxsən nazirin özü tərəfindən polis heyətinin ayaqda saxlanması əmri verilib. “Mühüm dövlət tədbiri gözlənilir”-deyə hər kəs əsas hazırlıq vəziyyətinə gətirilib”. Baş verənlərin heç şübhəsiz hakimiyyət içi gərəinliklə bağlı olduğu sirr deyil. Məlumatla bağlı söhbətləşdiyimiz siyasi analitiklərdən biri belə bir əmrin təxminən qeyri-rəsmi fövqəladə vəziyyət anlamına gəldiyini bildirdi: “2005-ci il parlament seçkiləri ərəfəsində Rəsul Quliyevin Bakiyə qayıdışı və məşhur isimlərin həbsi zamanı da belə bir hal yaranmışdı. Görünür indi də hansısa şok hadisələr gözlənilir.”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?