Milli Şuranın bu gün seçilən ehtiyat vahid namizədi Cəmil Həsənlinin prezidentliyə namizədlik üçün sənədləri sabah Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq.
Bu barədə AzVision.az-a açıqlamasında Milli Şuranın təşəbbüs qrupunun katibi, AXP sədr üavini Gözəl Bayramlı deyib. O bildirib ki, sənədlər tam qanun çərçivəsində hazırlanıb:
“Bu gün Cəmil Həsənlinin namizədliyi ilə bağlı 160 nəfərdən ibarət təşəbbüs qrupu yaradıldı. Sənədlər hazırlandı və onlar sabah Mərekəzi Seçki Komissiyasına təqdim olunacaq. Sənədlər tam qanun çərçivəsində hazırlanıb, heç bir hüquqi pozuntu yoxdur. Sənədlərin qəbul olunmamağı ehtimalı yoxdur”.
Qeyd edək ki, Milli Şuranın bu gün keçirilən növbədənkənar sessiyasında tarixçi professor Cəmil Həsənli qurumun ehtiyat vahid namizədi seçilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?