GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » ARDNŞ seçkidən sonra 25 min ev sökəcək

ARDNŞ seçkidən sonra 25 min ev sökəcək

Tarix: 27-08-2013, 01:22 Bölmə :Manşet Baxış: 1 061
ARDNŞ seçkidən sonra 25 min ev sökəcək
“Prezident seçkilərindən dərhal sonra Bakıda xeyli ev söküləcək, nəticədə minlərlə ailə evsiz qalacaq”.

Bunu virtualaz.org saytına açıqlamasında Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib. Təşkilat sədri bildirir ki, Dövlət Neft Şirkətinə məxsus olduğu iddia edilən ərazilərdəki evlər söküləcək. Artıq Sabunçu və Ramana qəsəbəsində söküntü işlərinə başlanılıb.

“ARDNŞ-in balansında olduğu iddia edilən ərazilərdəki evlərin dəqiq siyahısını hazırlamaq mümkün deyil. Lakin evlərin yerləşdiyi ərazilərin siyahısı, eləcə də şirkət rəhbərlərinin ayrı-ayrı vaxtlarda açıqladığı rəqəmlər söküləcək evlərin minlərlə olacağını deməyə əsas verir” - deyə hüquq müdafiəçisi bildirib.

M.Qəhrəmanlı qeyd edib ki, şirkət Səbayel rayonunda Bibiheybət, Bayıl, “20-ci sahə” adlı ərazilərdə, Sabunçu rayonunda müxtəlif ərazilərdə, o cümlədən də Ramana və Balaxanı qəsəbələrində qanunsuz evlərin olduğunu açıqlayıb: “Qeyri-qanuni hesab edilən evlərin siyahısında birinci yeri isə Binəqədi rayonu tutur. Abşeron rayonunda da ARDNŞ tərəfindən “qara siyahı”ya salınıb sökülmə növbəsi gözləyən xeyli belə ev var”.

Xatırladaq ki, şirkətin 2011-ci ildə yaydığı açıqlamadasında təkcə Binəqədi rayonu ərazisində şirkətə məxsus ərazilərdə 37 min evin inşa edildiyi göstərilmişdi.

M.Qəhrəmanlı Sulutəpə ərazisindəki evlərin də ARDNŞ tərəfindən siyahıya salındığını vurğuladı: “Həmçinin Bakı Neft Emalı Zavodunun yaxınlığındakı evlər də söküləcək ərazilərin siyahısına daxil edilib”.

Hüquq müdafiəçisi söküntü zamanı yalnız sənədləri qaydasında olan evlər üçün kompensasiya ödənildiyini deyir: “Lakin kompensasiya müəyyənləşdirilərkən evlər bazar qiymətlərinə uyğun qiymətləndirilmir. Nəticədə ödənilən kompensasiya evlərin tikintisinə çəkilən xərclərin yarı hissəsi qədər belə olmur. Bu məbləğlə yeni ev almaq və ya tikmək isə müşkülə çevrilir”.



Hüquq müdafiəçisi məhkəmə araşdırmaları zamanı geoloji xəritələrin təqdim olunmadığını söyləyir: “Evlərin sökülməsi zamanı yaranan problemlər məhkəmə müstəvisində həll edilir. Amma bu zaman da vətəndaşların hüquqları pozulur. Məhkəmələrin monitorinqi onu deməyə əsas verir ki, əksər hallarda vətəndaşın iştirakı təmin olunmadan məhkəmə birtərəfli hökm çıxarır. Əsas məsələ isə ARDNŞ-in geologi xəritə təqdim etməməsidir. Yəni həmin ərazinin doğrudan da şirkətə məxsus olmasının rəsmən təsdiqlənməsi lazımdır, şirkət isə bunu etmir”.

M.Qəhrəmanlı deyir ki, əksər ərazilərdə, xüsusilə də “Bibiheybət” NQÇİ yaxınlığındakı evlər sökülərkən Dövlət Neft Şirkətinin mütəxəssisləri ərazilərin neftlə çirkləndiyini əsas gətirərək bu ərazilərin yaşayış üçün təhlükəli olduğuna dair sənədlər vermişdilər. Lakin təhlükəli sayılan ərazilərdə sonradan məktəb, uşaq bağçası və digər sosial obyektlər tikildi: “İndi də həmin ərazilərin yerində yeni obyektlərin tikilməyəcəyinə təminat verilmir”.

Hüquq müdafiəçisi daha bir məqama diqqət çəkir: “Hər kəsə bəllidir ki, neft ərazilərindəki evləri kimlərinsə razılığı olmadan inşa etmək mümkünsüzdür. Bəziləri bələdiyyədən, mənzil istismar sahəsindən, bəziləri isə şirkət rəhbərliyində olan şəxslərdən müvafiq icazə alıb. Əgər o evlər qeyri-qanuni inşa edilibsə, o zaman məsul şəxslər barədə cəza tədbirlərinə başlanılmalıdır”.

Təşkilat rəhbəri seçki ərəfəsində narazıların sayının artmaması üçün söküntü işlərinin hələlik qəsdən yubadıldığını qeyd etdi: “Parlament seçkiləri ərəfəsində deputatlarla görüş oldu. Sonra söküntü işləri yubadıldı, əhaliyə bildirdilər ki, problem artıq həll olunub. Lakin seçki bitən kimi ev söküntüsü yenidən intensiv şəkil aldı. Bu dəfə belə olacaq”.

Qeyd edək ki, mətbuatda ARDNŞ-ə istinadən 25 minə yaxın qanunsuz tikilinin söküləcəyinə dair xəbərlər yer alıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Yasamalda evlər 6 mərhələdə söküləcək“- Açıqlama

    “Yasamalda evlər 6 mərhələdə söküləcək“- Açıqlama ...

    11-02-2014, 12:23

  • 
  • ARDNŞ 20 min neftçiyə “xudahafiz” deyəcək

    ARDNŞ 20 min neftçiyə “xudahafiz” deyəcək ...

    22-01-2014, 13:11

  • 
  • ARDNŞ Sulutəpə sakinlərini məhkəməyə verdi

    ARDNŞ Sulutəpə sakinlərini məhkəməyə verdi ...

    12-11-2014, 12:31

  • 
  • Bakıda 10 mindən çox ev söküləcək- Açıqlama

    Bakıda 10 mindən çox ev söküləcək- Açıqlama ...

    6-02-2014, 12:59

  • 
  • Yeni söküntü bumu başlayacaq

    Yeni söküntü bumu başlayacaq ...

    26-12-2012, 13:09


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (170)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu