David Lidington: “Seçkilərin keçirilməsi səviyyəsi ölkənin ATƏT qarşısındakı öhdəliklərindən aşağı olub” Britaniya hökumətinin Azərbaycan seçkilərinə münasibətini xarici işlər nazirinin müavini David Lidington açıqlayıb. Britaniya xarici işlər nazirinin Avropa üzrə müavini David Lidington bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Təşkilatının Azərbaycanda keçirilmiş 9 oktyabr prezident seçkilərinə dair ilkin hesabatındakı narahatlıqlara şərikdir.
Cənab Lidingtonun sözlərinə görə, ATƏT/DTİHT və ATƏT PA-nın müştərək hesabatında MSK-nın seçkiyə yaxşı texniki hazırlığı və vətəndaşların müşahidəyə cəlb olunması kimi müsbət aspektlərlə yanaşı, çox ciddi narahatlıqlar da ifadə olunub.
O bu narahatlıqlara ifadə, sərbəst toplaşma və təşkilatlanma azadlıqlarına qoyulmuş "məhdudiyyətlər, kampaniya zamanı namizədlərin və jurnalistlərin təhdid olunması barədə iddialar və seçki gününün özündə yol verilmiş əhəmiyyətli sayda nöqsanları" aid edib.
“Mən hesabatın müsbət aspektlərini və səsvermənin dinc şəraitdə keçməsini alqışlamaqla yanaşı, DTİHT-nin belə bir narahatlığını da bölüşürəm ki, ümumilikdə seçkilərin keçirilməsi səviyyəsi ölkənin ATƏT qarşısındakı öhdəliklərindən aşağı olub, - nazir müavini deyib, - mən missiyanın yekun hesabatını gözləyirəm və Azərbaycan hökumətini onların tövsiyələrini icra etmək naminə ATƏT/DTİHT ilə əməkdaşlığa çağırıram”.
“Azərbaycan Birləşmiş Krallıq üçün mühüm partnyordur və Birləşmiş Krallığın hökuməti Azərbaycanı davam edən demokratiyaya keçid prosesində dəstəkləməyə hazırdır” - David Lidington bəyan edib. /BBC/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?