Azərbaycan Respublikasının 2014-cü il üçün büdcə zərfində rəsmi KİV-lərə nəzərdə tutulan maliyyə vəsaitinin məbləği məlum olub. Vəsaitlərdə ciddi artım baş verib.
Gələn ilin büdcəsindən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə (AzTV) 37 milyon 770 min 320 manat ayrılacaq.
İctimai Televiziya və Radio Yayımları Şirkətinə (İTV) isə bundan xeyli az maliyyə vəsaiti nəzərdə tutulub. Belə ki, gələn ilin büdcə zərfində İTV-yə 16 milyon 552 min 800 manat ayrılıb.
2014-cü il üçün büdcə zərfində “Azərbaycan” Nəşriyyatına 902 min 880 manat, AzərTAc-a 6 milyon 503 min 223 manat, “Mir” Dövlətlərarası Teleradio Şirkətinin Milli Nümayəndəliyinə isə 516 min 548 manat ayrılıb
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?