GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Tibb bacıları TƏBİB-dən əlavə ödəniş istəyir, TƏBİB-i isə Ramin Bayramlının villası maraqlandırır - NƏ BAŞ VERİR?

Tibb bacıları TƏBİB-dən əlavə ödəniş istəyir, TƏBİB-i isə Ramin Bayramlının villası maraqlandırır - NƏ BAŞ VERİR?

Tarix: 30-08-2021, 13:14 Bölmə :Manşet / GündəmXəbər Baxış: 435

Azərbaycan hakimiyyəti Covid-19-la mübarizəyə indiyədək 1 milyard manata yaxın vəsait ayırıb. Baş nazir Əli Əsədovun sözlərinə inansaq, hökumətin təkcə ötən il bu sahəyə xərclədiyi pul 644 milyon manatı keçib. 2021-ci ilin dövlət büdcəsində isə koronavirusla mübarizəyə daha 261 milyon manat ayırılıb.

Bütün bunlara baxmayaraq, Azərbaycanda koronavirusa yoluxanların və bu bəladan ölənlərin sayı günü-gündən artır. Əvəzində isə bu işlərə rəhbərlik edən bir qeyri-hökumət təşkilatının – TƏBİB-in sədri Ramin Bayramlının yeni villasının şəkilləri, videoları sosial şəbəkələri bəzəyir.

Koronavirusla mübarizə çərçivəsində həyata keçirilən tədbirlərdən biri də xəstələrlə birbaşa təmasda olan həkim və tibb bacılarına əlavə ödənişlərin verilməsidir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin iddiasına görə, dövrün vəbası ilə mübarizə tədbirlərində iştirak edən 11667 nəfər tibb, 3029 nəfər qeyri-tibb işçisinə təkcə iyun ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə maaşlar ödənilib: Bakı şəhəri üzrə 114, respublikanın digər şəhər və rayonları üzrə 104 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə iyun ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 18 milyon manat. O da bildirilir ki, “tibbi profilaktik tədbirləri həyata keçirən 2151 nəfər tibb işçisinə aylıq maaşının 3 misli məbləğində əlavə ödənişlər verilir.

Gundemxeber.Az bildirir ki, ovqat.com-a şikayət edən tibb işçiləri isə onlara hər hansı əlavə ödəniş almadıqlarına deyirlər.

23 saylı poliklinikanın tibb bacıları əlavə ödənişlərin onlara yox, xəstələrin siyahısını tutan operatorlara verildiyini iddia edirlər. “Halbuki xəstələrlə hər gün təmasda olanlar bizlər və həkimlərdir. Həyatımızı təhlükəyə ataraq, insanlara şəfa verməyə çalışırıq. İçərimizdə bu xəstəliyə tutulanların da sayı az deyil. Hətta həkimlərimizdən biri koronavirusla mübarizədə dünyasını dəyişib. TƏBİB isə həyatını riskə atan bizlərə yox, poliklinikanın operatorlarına hər gün demək olar ki, 40-50 manat əlavə ödəniş verir”.

Qaynağımızın bildirdiyinə görə, bu barədə şikayətlərini TƏBİB-dən tutmuş Səhiyyət Nazirliyinə Baş nazirə və s. dövlət qurumlarına göndəriblər. Di gəl ki, onların haqlı iradlarına məhəl qoyan yoxdur.

Şikayətçilərin fikrincə, bu hal təkcə 23 saylı poliklinikada müşahidə olunmur. Ölkənin digər tibb ocaqlarında da vəziyyət eynidir.

Poliklinikanın həkimlərindən biri (müəyyən səbəblərdən adını çəkmək istəmirik) öz facebook səhifəsində həmkarlarının haqqını müdafiə edən status paylaşıb. Statusda deyilir:

“Vaksinasiya zamanı birbaşa vaksinatorlara deyil , kompüterdə işləyən operatorlara TƏBİB tərəfindən pul vəsaitlərinin ayrılması başadüşülən deyil. Çünki , potensial xəstələrlə vaksinatorlar daha yaxın kontakta olurlar. Əlavə pul vəsaiti verilməlidirsə , onlara verilməlidir”.

Digər qaynaqlardan aldığımız məlumatına görə, TƏBİB-in əsas “qazancı” dövlət tibb müəssisələrində yox, öz evlərində müalicə alan xəstələrdir. İddiaya inansaq, dövlət hər xəstə üçün müalicə paketi ayırır, stasionar (evlərində) müalicə alanlar da qanunən dərmanlarla təmin olunmalıdır. TƏBİB isə bu tələbi sadəcə sənədlər üzərində yerinə yetirir, xəstələrə göstərilməyən xidmətin haqqı təşkilat rəhbərliyinin cibinə gedir.

Tibb işçilərinin şikayətlərini qulaq ardına vuran TƏBİB-i isə hazırda öz sədri Ramin Bayramlının villa qalmaqalı maraqlandırır. Bir müddət əvvəl mediada böyük əks-səda doğuran villa ilə bağlı ictimai birlik təkzib açıqlaması verərək bildirmişdi:

“Heç bir ciddi fakta, sənədlərə əsaslanmayan və araşdırılma aparılmadan yayılmış məlumatları təəssüflə qarşılayırıq. Həmin məlumatı təkzib edirik. Hamımız üçün önəmli olan pandemiya ilə mübarizə apardığımız bu dövrdə hər kəsdən daha həssas olmağı xahiş edirik”.

Qeyd edək ki, TƏBİB sədrinin özünə dəbdəbəli villa tikdirməsilə bağlı iddialar və fotoşəkillər yayılmış, daha sonra media işçiləri bu faktı araşdırmaq üçün əraziyə getmişdilər. Onların qarşısını kəsən bir adam jurnalistlərə qarşı kobud rəftar etmiş, hətta onların video-aparatını qırmağa cəhd göstərmişdi. Ardınca da tikilən villanın Ramin Bayramlıya yox, özünə aid olduğunu bildirən bu adam arı saxladığını, villanı da satdlğı balın hesabına tikdiyini bildirmişdi. Hətta özünü təqdim etdməkdən də çəkinməmişdi – Razim Bayramlı.



Medianın araşdırmaları nəticəsində aydın olmuşdu ki, özünü ingilis xuliqan kimi aparmaqdan çəkinməyən bu adam əslində Ramin Bayramlının dos-doğma qardaşıdır. Arxasında o boyda qardaşı olan yerdə, kimdən çəkinməli idi ki?


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Koronavirusla bağlı mühüm açıqlama: Bu halda 103 və 113 xidmətinə zəng edin!

    Koronavirusla bağlı mühüm açıqlama: Bu halda 103 ...

    28-02-2020, 13:56

  • 
  • TƏBİB Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin vurulmaması iddialarına münasibət bildirib

    TƏBİB Oqtay Şirəliyev və Ramin Bayramlıya vaksin ...

    19-01-2021, 12:29

  • 
  • Koronavirusla mübarizə aparan könüllülərə mükafat verilib

    Koronavirusla mübarizə aparan könüllülərə mükafat ...

    25-09-2020, 11:05

  • 
  • İran koronavirusla mübarizəyə böyük pul ayırdı - Məbləğ

    İran koronavirusla mübarizəyə böyük pul ayırdı - ...

    24-02-2020, 10:17

  • 
  • Azərbaycan koronavirusa qarşı vaksinasiyanı ən erkən tətbiq edən ölkələrdən biri olacaq - TƏBİB

    Azərbaycan koronavirusa qarşı vaksinasiyanı ən ...

    15-12-2020, 18:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu