GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Beyləqanda Allah evinin yağmalanması

Beyləqanda Allah evinin yağmalanması

Tarix: 30-11-2012, 22:48 Bölmə :Manşet Baxış: 4 903
Beyləqanda Allah evinin yağmalanması


Məscid tikintisi üçün ayrılmış ərazi «Texnikabank» tərəfindən zəbt olunub, əhali prezidentə şikayət edəcək

1990-cı ildə Beyləqan rayon xalq deputatları sovetinin icrayə komitəsinin 73 N-li qərarı ilə inşasına başlanılan Rayon Cümə məscidinin tikintisi, bu günə kimi başa çatdırılmayıb. Beyləqan rayon XDS icrayə komitəsinin qərarı ilə rayon məscidinin tikintisi üçün şəhərin 23 N-li məhəlləsi ərazisindən 1,5 hektar torpaq sahəsi ayrılıb və tikinti işlərinə başlanılıb. Təəssüflər olsun ki, məscidin tikintisi 1992-ci ilin axırlarında dayandırılıb. Adıçəkilən rayonda olarkən fürsətdən istifadə edib yarımçıq cümə məscidinin ərazisinə baş çəkdik. Müşahidələr zamanı məscid ərazisinin ayrı-ayrı şəxslər və «Texnikabank»ın rayon filaialı tərəfindən mənimsənildiyini öyrəndik.
Məsciddə şəraitsizliyin höküm sürməsinə baxmayaraq, yarımçıq beton lövhələrin bir küncünə sığınıb ibadətlə məşğul olan insanları görmək olur. Məcid də ibadət edən insanlara söhbətimiz zamanı öyrəndik ki, məscidin küncündəki bir otaqlı daladalanacaq (hücrə) rayon ictimaiətinin köməkliyilə tikilib. Rayon dindarları isə qeyd etdiyimiz bu kiçik otaqda namaz qılıb dua edirlər. Daha sonra, məsciddə namaz qılan insanlarla söhbət edib mövcud şəraitlə maraqlandıq.
Yarımçıq məsciddə hər gün ibadətlə məşğul olduğunu deyən İlham adlı şəxs tikintinin başa çatdırılmasın istəyir. Onun sözlərinə görə, məscidin tam inşa edilməsi ilə bağlı rayon rəhbərliinə müraciət olunub: «Rayonun əvvəlki rəhbərliyinə müraciət etdik. Rəhbərlik səviyyəsində məscidin tikintisinin başlaması ilə bağlı müzakirələr aparıldı. İcra Hakimiyətindən bildirdilər ki, tikintini davam etdirilməsinə kömək etməyə hazırdırlar. Beyləqan rayon ictimaiyyəti də tikintiyə dəstək verməyə hazırdır. Sadəcə olaraq tikintinin başlaması ilə əlaqədar olaraq bir təşkilatçı qrupun yaradılmasına ehtiyac var. Rayon rəhbərliyi ilə görüşdə əvvəlki icra başcısı İrşad Əliyev təklif etdi ki, bir nümayəndə heyyəti yaradılsın və müəyyən vəsaitin toplanmasına başlanılsın. Biz bununla razılaşmaqla, rayon rəhbərinin göstərişi ilə bu heyyətin yaradılmasın təklif etsək də, rayon rəhbərliyi bununla razılaşmadı».
Digər həmsöhbətimiz Vaqif Məmmədov isə bildirdi ki, məscidin tikintisi səhlənkar şəxslərin və məmurların günahı ucbatından başa çatdırılmayıb: «Bu işdə bir ağsaqqal lazımdı ki, qabağa düşsün və bu işin həllinə istiqamət versin. Gördüyünüz kimi Cümə Məscidinin 70%-i tamamlanıb, sadəcə olaraq məscidin gümbəzi yarımçıq qalıb. Bunun üçün də, külli miqdarda vəsait tələb olunmur. Buna baxmayaraq İcra Hakimiyyəti və məmurlar bu işdə heç bir səy göstərmirlərsə, görünür özlərinin bu ərazidə marağı var. Artıq Cümə Məsccidinin bir hissəsi mənimsənilib, buna baxmayaraq yenə çıxış yolu var. Məscidin bərpasında və tikilməsində, bizim əlimizdən gələn fəhləlik və 5-10 manat puldur ki, bunu da etməyə hazırıq. Bir də sizdən çox xahiş edirəm ki, məscidin torpaq sahəsinin bir hissəsinin satılmasını xüsusi olaraq qeyd edəsiniz».
Rayon sakinləri və dindarlarla müsahibəni yekunlaşdırdıqdan sonra, Beyləqan Şəhər İcra Hakimiyyətinə gələrək, adı çəkilən rayonun baş memarı Oqtay Bəşirovun fikirlərin öyrəndik. Rayon memarının sözlərinə görə, Cümə Məscidinin tikintisi maliyyə vəsaiti olmadığından yarımçıq dayandırılıb. Cümə Məscidinin tikintisi üçün ayrılan torpaq sahəsinin satılması məsələsnə isə O. Bəşirovun cavabı belə oldu: «Şəhər Cümə Məscidinin ərazisi heç kimə satılmayıb, heç satıla da bilməz. Kim bu ərazini sata bilər. Hər kəsə bəllidir ki, məscid ərazisi yalnız Cümə Məscidinin tikintisi üçün nəzərdə tutulmuşdur, nə zaman vəsaitimiz olarsa, Cümə Məscidi də o zaman tam tikilərək axıra çatdırılacaq».
Bununla belə O.Bəşirov «Texnikabank»ın məscid ərazisin zəbt etməsi xəbərinə aydınlıq gətirməkdən nədənsə imtina etdi.
Sonda qeyd edək ki, rayon ictimaiyyəti və dindarlar, Cümə Məscidinin tam tikintisi və zəbt olunan torpaq sahəsinin məscidə qaytarılması ilə bağlı yaxın günlərdə prezident İlham Əliyevə müraciət ünvanlayacaqlarını bildirdilər.
Əziz
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Beyləqanda məscidi sökmək istədilər, xalq ayağa qalxdı - (Video)

    Beyləqanda məscidi sökmək istədilər, xalq ayağa ...

    18-03-2015, 10:51

  • 
  • Beyləqanda milyonluq büdcə talanı

    Beyləqanda milyonluq büdcə talanı ...

    9-05-2014, 12:08

  • 
  • "Şəhidlər" məscidi açılışdan iki gün sonra niyə bağlandı?

    "Şəhidlər" məscidi açılışdan iki gün ...

    21-04-2016, 23:20

  • 
  • Müşfiqabad məscidi imamının həbs xəbəri yayıldı

    Müşfiqabad məscidi imamının həbs xəbəri yayıldı ...

    17-02-2014, 14:14

  • 
  • Bakıda Heydər məscidinin açılışı olub

    Bakıda Heydər məscidinin açılışı olub ...

    27-12-2014, 00:33


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu