GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Məmurların lüt eləyib buraxdığı iş adamı fəryad edir

Məmurların lüt eləyib buraxdığı iş adamı fəryad edir

Tarix: 5-11-2013, 12:39 Bölmə :Manşet Baxış: 668
Məmurların lüt eləyib buraxdığı iş adamı fəryad edir
Tofiq Quliyev: “Gəmi təmiri seximi dağıtdılar, nazir özü isə mənə dedi ki...”

“Vaxt gələcək, o bulvarda istirahət edəcəklər. Ancaq heç kəs bilməyəcək ki, üstündə gəzişdikləri məkana görə müflisləşib ürək xəstəliyinə tutulanlar, xirtdəyə kimi borca girdiyi üçün ürəyi dözməyib dünyadan köçənlər olub. İnanın ki, indi mən həmin vəziyyətdəyəm. Mənimlə ölüm arasında bir addımdır...”

Bu sözləri deyən Tofiq Quliyev keçmiş sahibkardır. Qabaqlar imkanlı iş adamı olub. İndi isə bir həsirdir, bir də Məmmədnəsir. Onu bu günə hökumətin sonuncu bulvar layihəsi salıb. Bu layihə işləri yağ kimi gedən sahibkarı əməllicə müflisləşdirib.

Tofiq Quliyevin bəxti onda gətirməyib ki, sahibi olduğu gəmi təmiri sexi bulvar layihəsinin ərazisinə düşüb. Bircə saatın içində söküb qoyublar yerə.

Sahibkar başına gələnlərdən ürək ağrısı ilə danışır: “Mənim bir şirkətim vardı - “Tərsanə LTD” MMC. Gəmi təmiri ilə məşğul olurduq. Keçən ilin yanvarında qəflətən ağır texnikanı tökdülər zavoda, başladılar şumlamağa. Dedim a kişi, bir əl saxlayın, bu zavod burda elə-belə dayanmayıb ki... Bunun yiyəsi var, gəlin bir danışığa, görək kimsiniz, nəçisiniz, niyə sökürsünüz. Amma dayanmadılar”.

Tofiq Quliyevə bəlli olub ki, söküntünü Vergilər Nazirliyi aparır. Qışqır-bağırından sonra işi yarımçıq dayandırıblar. Sahibkara kompensasiya boyun olublar. Bir ay sonra vergilər naziri onu özü şəxsən qəbul edib.

Sahibkar sözünə davam edir: “Nazir dedi ürəyini sıxma, kompensasiya da olacaq, üstəlik başqa ərazidə yer də ayıracaqlar, fəaliyyətini davam etdirəcəksən, razı qalacaqsan. Düşündüm ki, bunu deyən sıradan biri deyil, nazirdir, dedisə, mütləq edəcək”.

Bəs niyə Vergilər Nazirliyi?

Bu sualı sahibkar özü də nazirlik işçilərinə verib. Ona bircə kəlmə ilə cavab verilib ki, indi şəhərdəki abadlıq işlərinə bütün nazirliklər, o cümlədən Vergilər Nazirliyi də cəlb olunub.

Sonralar sahibkarın başı nələr çəkib, özü danışsın: “Beləliklə, arxayın oldum ki, kompensasiya olacaq, fəaliyyət üçün başqa münasib yer ayrılacaq və sair. Dedilər yer tap, icarəhaqqısı bizlikdir. Dəzgahları, avadanlıqları aparaq hələlik yığaq ora. Hələ demişdilər avadanlıqları daşımaq üçün fəhlə-filan tut, pullarını özümüz ödəyəcəyik. Mən də qollarımı çirmələdim, işə başladım”.

Sahibkar yer də tapıb, yükünü daşıtdırmağa fəhlələr də. Amma bir də xəbər tutub ki, nə kompensasiya, nə kömək...



“Başladılar üstümə audit vergiləri yollamağa. Günaşırı dəftər-kitabları qoltuğunda dayandılar qapımda. Bu yolla mənə təsir etmək istəyirdilər. Hər dəfə maşına oturdub nazirliyin istintaq idarəsinə aparırdılar, mənimlə elə davranırdılar ki, guya şübhəli şəxsəm, ya cinayətkaram. Bu yolla təzyiqlər göstərə-göstərə nəyim vardısa, alt-üst elədilər. Gəmi təmiri üçün avadanlıqlar, gəmi hissələri məhv oldu... Əmlak əvvəl bir tanışın obyektində qaldı, icarəhaqqını ödəyə bilmədim, o da çıxarıb tökdü çölə. Yığmağa yer tapmadım, hamısı ortada qalıb sıradan çıxdı, getdi metalloma. Obyekti də ki, yerlə yeksan elədilər. Bir sözlə, nazirlik məni lüt eləyib buraxdı”.

Sahibkarın ən böyük dərdi indi banklarda faizi faiz üstə yığılan borclarıdır. Bir az əvvələ qədər maldan-mülkdən nəyi vardısa, satıb ödəyirmiş. İndi isə...: “Təkcə sahibkarlıq fəaliyyətimlə bağlı 800 min manat kreditim vardı. Faizlərini ödəyə bilməmişəm, indi rəqəm vurub çıxıb kəlləçarxa”.

Sahibkarın deməsinə görə, bütün bu işlərə Vergi Auditi Departamentinin rəisi Habil Məmmədov rəhbərlik edib. İndi rəis yaxasını çəkib kənara. Deyir indi məni heç nazirliyin qapısına yaxın buraxan da yoxdur.

T.Quliyev Vergilər Nazirliyini məhkəməyə verib. 1 saylı İnzibati İqtisad Məhkəməsi onun “Az-İmport" Məhdud Məsuliyyətli Cəmiyyətə, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə və Vergilər Nazirliyinə qarşı iddia ərizəsini qəbul edib. Sahibkar iddiaçı qismində qoyduğu təşkilatlardan müştərək qaydada 1 milyon 248 min manat tutularaq ona ödənilməsini tələb edir. İş adamı obyektinin sökülməsində həmin təşkilatların da iştirak etdiyini söyləyir.

Bir neçə ay əvvəl məhkəmə T.Quliyevə məxsus obyekti sökənin kimliyini müəyyən etmək üçün ekspertiza təyin edib və prosesi qeyri-müəyyən vaxtadək təxirə salıb.

Vergilər Nazirliyi isə bu iddiaları qəbul etmir. Nazirliyin mətbuat xidmətindən virtualaz.org-a bildirilib ki, sahibkar Tofiq Quliyevə məxsus gəmi təmiri sexinin söküntüsünün onlarla heç bir əlaqəsi yoxdur.

Qeyd edək ki, məhkəmədə şahid kimi dindirilənlər obyekt sökülərkən Vergilər Nazirliyinin işçilərinin ərazidə söküntü işlərinə nəzarət etdiklərini və göstərişlər verdiklərini təsdiqləyiblər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İçərisində 105 nəfər olan gəmi batdı

    İçərisində 105 nəfər olan gəmi batdı ...

    20-08-2013, 14:25

  • 
  • Gəmi batdı, 18 ölü, 4 itkin

    Gəmi batdı, 18 ölü, 4 itkin ...

    3-09-2015, 23:36

  • 
  • Gəmi batıb, 15 nəfər itkin düşüb

    Gəmi batıb, 15 nəfər itkin düşüb ...

    1-05-2016, 22:37

  • 
  • İçərisində 250 nəfərin olduğu gəmi batdı

    İçərisində 250 nəfərin olduğu gəmi batdı ...

    15-09-2014, 14:20

  • 
  • 411 sərnişinli gəmi yanır

    411 sərnişinli gəmi yanır ...

    28-12-2014, 15:11


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu