Polis rəisi Aygün Kazımovanı Rza Quliyevə neçəyə satıb?
gundemxeber.az 1998-ci ildə ACP lideri Rəsul Quliyevin qardaşı oğlu Rza Quliyev Heydər Əliyev adına hava limanında həbs olunarkən xalq artisti Aygün Kazımova gözüyaşlı bir vəziyyətdə telekanallara müsahibə verərək, eks-spikerin qohumu ilə evli olduğunu bildirmişdi. Rza Quliyevlə Aygün Kazımovanın tanışlığının şok tarixcəsi haqda avropa.info saytında məlumatlar təqdim olunub. Aldığımız məlumata görə,1994-cu ildə o dövrlərin ölkədə çox məşhur olan bir polis rəisi Aygün Kazımovanı həbs edir. Həbsin hansı səbəblərdən olduğunu bilsək də etik normalara uyğun olmadığı üçün bunu yazmırıq. Sözünün üstündə söz deyilməyən bölmə rəisi dostu olan Rza Quliyevə Aygünü həbs etdiyini danışır. Rza Quliyev dostundan onu azad etməyi xahiş edir. Polis rəisi isə zarafatla bunun qiymətinin o dövürlər üçün heç də az olmayan 3000 dollara olduğunu deyir. Rza Quliyev isə bu pulu verərək Aygün Kazımovanı azad etdirir. Məfz bundan sonra Aygünlə Rzanın məhəbbət macərası başlanır. Onlar elə həmin ildən qeyri-qanuni nigah altında yaşamağa başlayırlar. Bundan sonra Rza Quliyev hazırda xalq artisti olan müğənniyə səhnəyə çıxmağı qadağan edir. 1998-ci ildə ölkə rəhbərliyi ilə əmisi Rəsul Quliyevin arasında yaşanan narazılıqlardan sonra Rza Quliyev Aygün Kazımovayla birgə Türkiyəyə gedərkən həbs olunur. Rzanın həbsindən sonra Aygün Kazımova bir müddət onun yanına həbsxanaya da gedib-gəlir.Lakin sonradan xalq artistinin xüsusi xidmət orqanları ilə əlaqəli olmasından şübhələnən Rza Quliyev onu qovur.Və bu sevgi də burda bitir... Məhz Rza Quliyevdən ayrıldıqdan sonra Aygün Kazımova yenidən səhnəyə qayıdır.1998-ci ilin yeni il münasibəti ilə Az Tv-də keçirilən tədbirdə çıxış edən müğənni yeni karyerasına başlayır.
Sorğu
Yeni dizaynımız necədir?