GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » AMEA-nın Fiziologiya İnstitutunda qanunlar niyə saya salınmır? - İLGİNC FAKTLAR

AMEA-nın Fiziologiya İnstitutunda qanunlar niyə saya salınmır? - İLGİNC FAKTLAR

Tarix: 2-11-2021, 16:09 Bölmə :Manşet / GündəmXəbər Baxış: 423

Azərbaycan Milli Elmlər Akademiyasının bəzi İnstitutları üçün 2021-ci il o qədər də düşərli olmadı.İlin lap əvvəlindən Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədovun, elmi işlər üzrə direktor müavini, akademik Cavad Abdinovun, baş mühasibi İradə Qulubəyova və Kadrlar şöbəsinin müdiri Pərvanə İsgəndərovanın vəzifələrindən azad edilmələri barədə məlumat yayıldı.


 Gundemxeber.az aktualinfo.org-a istinadla bildirir ki, üstndən bir neçə ay keçdikdən sonra Hesablama Palatasının açıqlamasında Fizika İnstitutunda baş verənlərin səbəbi bəlli oldu. Sən demə, İnstituda ciddi maliyyə və qanun pozuntularına yol verilirmiş.
Sanki bu maliyyə və qanun pozuntuları Milli Elmlər Akademiyasının təkcə Fizika İnstitutunda baş verirmiş. Dövrü mətbuatın yazdığına görə 2019-cı ilin dövlət büdcəsində 88 milyon 671 min manat Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və onun tabeliyində olan müəssisələrin saxlanılmasına xərclənib. Elə bir o qədər sonrakı illərdə ayrılıb. Həmin milyonların təyinatı üzrə xərclənib-xərclənmədiyini Fizika İnstitutu üzə çıxardı. Amma bu o demək deyil ki, Akademiyanın digər İnstitutlarında hər şey qaydasındadır. Təbii ki, bütün bunlar ciddi yoxlamalardan sonra bəlli olar. Milli Elmlər Akademiyasının institutlarında kimin necə işlədiyi də onda görünər.
Azərbaycan Milli Elmlər Akademiyasının bir neçə institlarında dövlət satınalmalarının təşkili, tender və kotirovka sorğularında şəffaflığın təmin olunması ətrafında araşdırmalar apardıq. Milli Elmlər Akademiyasın Dendralogiya İnstitutunda baş verənlər barədə ötən yazıların birində geniş məlumatlar vermişdik. Bu yazıda isə Akademiyanın Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda baş verənləri diqqətinizə çatdırmaq istərdik.
İnstitutda günümüzün tələblərinə cavab verən nə kimi tibbi-bioloji tədqiqatların aparıldığı barədə məlumatımız olmasa da, burada qanunlara yanaşılan biganəlikdən xəbərimiz var. Fiziologiya İnstitutunda nə “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun, nə də KİV haqqında Azərbaycan Respublikası Qanununun tələblərini saya salan yoxdu. İnstitutda tender prosedurları “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunmadan, gizlin şəkildə keçirilir. Yəni, son illər İnstitut tərəfindən keçirilmiş kotirovka sorgularınının nəticələri barədə məlumatlar bilərəkdən gizlədilir. Sözügedən kotirovka sorguları barədə İnstitutun Tender Komissiyasına ünvanladığımız sorğu məktubuna da cavab verilmədiyinə görə qərara aldıq ki, İnstitutun direktoru Ulduz Həşimova aşağıda qeyd etdiklərimizə şəxsən aydınlıq gətirsin.
Azərbaycan Milli Elmlər Akademiyasının Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu tərəfindən 2020-2021-ci illərdə keçirilmiş, lakin nəticələrinin ictimaiyyətdən gizlədildiyi şübhəsi doğuran kotirovka sorğuları aşağıdakılardır:
Yumşaq inventarın alınması üzrə 24.09.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Mətbəə məhsullarının alınması üzrə 17.09.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Sair torpaq, tikili və avadanlıqların alınması üzrə 01.09.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Tikinti və avadanlıqların cari təmiri üzrə 30.08.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Maşın və avadanlıqların alınması üzrə 27.08.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

İstehlakyönlü müxtəlif xidmətlərin alınması üzrə 27.08.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Maşın və avadanlıqların alınması üzrə 23.07.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

Dəftərxana və təsəsrrüfat mallartının alınması üzrə 23.07.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;

İstehlakyönlü müxtəlif xidmətlərin alınması üzrə 23.07.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
O cümlədən, müxtəlif malların alınması və xidmətlərin görülməsi üçün 2020-ci ildə elan olunmuş 9 kotirovka sorğusunun nəticələri barədə.
Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun Tender Komissiyası yuxarıda göstərilən tarixlərdə kotirovka sorğularının keçirilməsi barədə elan versə də, keçirilmiş kotirovka sorğularının nəticələri barədə məlumatları gizlətmiş, müqavilələrin bağlanması barədə heç bir məlumat verməmiş, ayrılan vəsaitlər barədə məlumatları açıqlamamışdır. Yuxarıda qeyd etdiyimiz elanlardan da görsəndiyi kimi Fiziologiya İnstitutu tərəfindən keçirilmiş kotirovka sorğularında “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin aşagıdakı tələbləri kobud şəkildə pozulmuşdur.

10.1. Satınalan təşkilat satınalma prosedurları haqqında aşağıdakı məlumatların göstərildiyi hesabatı tərtib edir:

10.1.1. satın alınan malların (işlərin və xidmətlərin) qısa təsviri;

10.1.2. tender təklifləri, ofertalar və ya kotirovkalar təqdim etmiş malgöndərənlərin (podratçıların) adları və ünvanları, satınalma müqaviləsi bağlanan malgöndərənin (podratçının) adı və ünvanı, həmin müqavilənin qiyməti;

Xüsusilə qeyd etmək istərdik ki, 2019-2020-ci illərdə Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun Tender Komissiyasının keçirdiyi kotirovka sorğuları barədə dövlət satınalmalarının rəsmi internet portalının bazasında heç bir məlumat yerləşdirilməyib. Bunun da səbəbləri var. Müqavilə bağlanılan şirkətlərin kimə yaxın olduğu bəlli olmasın deyə bu addımlar atılıb. Həm də, alınan malların və görülən xidmətlərin qiymətləri şişirdilib burada.
Qalır bir məsələ. Görəsən bütün bunlardan İnstitutun direktoru Ulduz Həşimovanın xəbəri varmı. Təbii ki, var. Əldə etdiyimiz məlumatlara görə bir aydan sonra 70 yaşı tamam olacaq biologiya üzrə elmlər doktoru işə çox az-az hallarda çıxır. Kotirovka sorğularının keçirilməsini isə İnstitutda yaxın adamlarına həvalə edib. Cavabdeh şəxslər isə direktorun etimadından sui-istifadə edərək bildikləri kimi iş görürlər. Qanunları belə saya salmadan.


GUNDEMXEBER.AZ




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AMEA-da heç kim ixtisar olunmayacaq - Vitse-prezident islahatlar barədə DANIŞDI

    AMEA-da heç kim ixtisar olunmayacaq - ...

    18-02-2021, 12:19

  • 
  • Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib - FOTO - YENİLƏNİB-3

    Ramiz Mehdiyev AMEA-nın prezidenti seçilib - FOTO ...

    23-10-2019, 20:10

  • 
  • AMEA-da kadr dəyişikliyi: direktor işdən çıxarıldı

    AMEA-da kadr dəyişikliyi: direktor işdən çıxarıldı ...

    15-01-2014, 16:27

  • 
  • Deputata vəzifə verildi

    Deputata vəzifə verildi ...

    5-11-2014, 19:04

  • 
  • Misir Mərdanov bina istəyir

    Misir Mərdanov bina istəyir ...

    24-12-2013, 11:44


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu