GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » "Bələdiyyə sədrimiz icarədarla gizli anlaşıb gölü təzədən özü satıb.. - İmişlidə NARAZILIQ

"Bələdiyyə sədrimiz icarədarla gizli anlaşıb gölü təzədən özü satıb.. - İmişlidə NARAZILIQ

Tarix: 21-12-2021, 12:24 Bölmə :Manşet / GündəmXəbər Baxış: 277

İmişli rayonunun Cavadxanlı kəndinin sakinləri son günlər kənd ərazisindəki "Axmaz" adlandırdıqları gölün ətrafına yığışırlar. 18 hektar ərazini əhatə edən bu göl illər öncə bir şəxsin icarəsinə verilib. O zaman da kənd sakinlərinin etirazları olmuşdu. Yerli bələdiyyə isə gölü icarədardan geri almaq üçün məhkəmədə iddia qaldırmışdı.

GundemXeber.Az DİA.AZ-a istinadla bildirir ki, sakinlərin demələrinə görə, sonra öyrəniblər ki, məhkəmə onların xeyrinə qərar çıxarıb. Bundan sonra bir müddət sakitlik yaranıb. Onların sözlərinə görə, amma bir də görüblər ki, ərazidə texnika işləyir, gölün kənarı hasarlanır. Məlum olub ki, icarədar təbii sututardan təkbaşına istifadə ilə bağlı hüquqi sənədlər əldə edib.

"Gölü bir şəxsin istifadəsinə vermək ədalətsizlikdir"


Kənd sakini Qabil Xəlilov gölün kəndlilər üçün əvəzsiz sərvət olduğunu vurğulayır: "Bu göl 1936-cı ildə Araz çayının yatağının dəyişməsi nəticəsində yaranıb. O vaxtdan bəri su anbarı kimi istifadə edilir. Yayda Araz çayında suyun səviyyəsi düşəndə 200 hektaradək sahədəki əkinlərimiz bu göl hesabına suvarılır. Arxlar quruyanda heyvanlarımız buradan su içir. Göldən balıq tutulur, quş ovlanır. Bunu bir şəxsin istifadəsinə vermək, kənarına hasar çəkmək özbaşınalıqdır, ədalətsizlikdir".

"Əsaslı şübhə var ki, bələdiyyə sədrimiz..."


Cavadxanlı kəndinin başqa bir sakini Səhliyar Fətullayev də deyir ki, gölün icarəyə verilməsi qanunsuz olub: "Bu göl vaxtilə Sədi Əzimov ad-soyadlı bir şəxsin icarəsinə verilib. Sonradan həmin qərar ləğv edilib. Üstündən üç il keçəndən sonra bu adamlar gedib ləğv edilmiş qərar əsasında həmin yeri dövlət qeydiyyatından keçiriblər. Bələdiyyəmiz onları məhkəməyə verdi. İnzibati-iqtisadi məhkəməsi camaatın xeyrinə qərar çıxardı. Biz bu yaxında xəbər tutmuşuq ki, bu qərarı iki il əvvəl apellyasiya məhkəməsi ləğv edibmiş. Bizdə əsaslı şübhə var ki, bələdiyyə sədrimiz icarədarla gizli anlaşıb gölü təzədən özü satıb".

Onların deməsinə görə, bu işdə tərəf olmadıqlarından məhkəmə qərarlarını da ala bilmirlər. Sakinlər bildirirlər ki, qapısını döymədikləri dövlət orqanı qalmayıb. Onlar Əmlak Məsələləri Dövlət Komitəsinin sədri olmuş, hazırda prezidentin köməkçisi işləyən Kərəm Həsənovun qəbulunda da olduqlarını, onun da gölə çıxarış verilməsinə təəccüb etdiyini deyirlər. Məhkəmə qərarını ədalətsiz hesab etdiklərindən yığışıb bir dəstə Ədliyyə Nazirliyinə gedəcəklərini də vurğulayırlar.

"Mən yorulub dayandım"


Amma Qaralar bələdiyyəsinin (Qaralar və Cavadxanlı kəndləri daxildir) sədri Şıxalı Gülməmmədov ona yönəlik ittihamları qəbul etmir: "Bu göl mən bələdiyyə üzvü olmazdan əvvəl icarəyə verilib. Onu əhalinin ümumi istifadəsinə qaytarılmasının ilk təşəbbüskarı da mən olmuşam. Hələ 2015-ci ildə gölün icarəyə verilməsinə dair müqaviləni ləğv etdik. Məhkəməyə müraciət edəndə də sakinlərin etibar etdiyi şəxsi vəkil tutduq. Şirvan İnzibati-İqtisadi Məhkəməsi tələbimizi təmin etdi. Amma apellyasiya məhkəməsində həmin qərar ləğv olunub təkrar məhkəmə baxışına qaytarıldı. Daha bundan sonra yorulub dayandım".

Bələdiyyə sədri dediklərinə onu da əlavə edir ki, ehtiyac yarandığı halda göldən əkinlərin suvarılmasına imkan verilməsi ilə bağlı icarədarla razılaşma əldə olunub. O, tez-tez sakinlərlə görüşdüyünü, mübahisənin danışıq yolu ilə həll etməyə çalışdığını söylədi.

"Deyirəm gəlin əl-ələ verib işləyək..."


Hazırda icarədar olduğu bildirilən Tofiq Hüseynov da narazıdır. O, icarə haqqı ödədiyi halda illərdir mülkiyyətindən istifadə edə bilmədiyini söyləyir. Onun vurğulamasına görə, dövlətin qayda-qanunu, icarə müqaviləsi ilə üzərinə düşən öhdəliyi yerinə yetirir. Əlavə etməsinə görə, təkcə bu il 900 manat icarə haqqı ödəyib: "Amma üç ildir ki, göldən istifadəmə imkan verilmir. Burada quşçuluq təsərrüfatı yaratmaq, qaz və ördək saxlamaq istəyirəm. Bu, həm kənd təsərrüfatının inkişafı ilə bağlı dövlətin proqramına uyğundur, həm də kəndin bir neçə sakini üçün iş yeri ola bilər. Camaata deyirəm gəlin əl-ələ verib işləyək. Amma arada iki-üç qızışdırıcı adam var, qohumlarını da ətrafına yığıb maneçilik törədirlər. Burada qanunsuz ov edilir. Ona görə gölü dəmir torla əhatələmək istəyirəm".

İcra hakimiyyətindən deyilənlər...


İmişli Rayon İcra Hakimiyyətinin şöbə müdiri Mirzə Quliyev də deyir ki, Cavadxanlı kəndinin bir qrup sakinini icra başçısı qəbul edib, onların şikayətləri araşdırılıb: "Biz baxdıq, icarədarın əlində göldən istifadə ilə bağlı qanuni sənədlər var. Onları ləğv etməyə səlahiyyətimiz çatmır. Amma camaatı da başa düşürük. Onlar göldən əkinlərini, heyvanlarını suvarmaq istəyirlər".


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • BBC həyəcan təbili çaldı: Göyçə gölü məhv olur

    BBC həyəcan təbili çaldı: Göyçə gölü məhv olur ...

    11-07-2019, 17:25

  • 
  • Zərdabda "əjdahalar" peyda olub

    Zərdabda "əjdahalar" peyda olub ...

    20-09-2016, 16:53

  • 
  • Böyükşor gölü ilə bağlı nazirlik rəsmisindən - Açıqlama

    Böyükşor gölü ilə bağlı nazirlik rəsmisindən - ...

    7-07-2020, 22:55

  • 
  • Ağdaşda İH başçısının müavini şəhidlərin uyduğu qəbristanlığa problem yaradır

    Ağdaşda İH başçısının müavini şəhidlərin uyduğu ...

    7-08-2017, 16:24

  • 
  • Molla rejiminin Urmiya qələti

    Molla rejiminin Urmiya qələti ...

    25-02-2013, 10:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu