"Hakimiyyət siyasi aktivlik yaratmaq və beynəlxalq qurumların diqqətini cəlb etmək istəmir"
Mərkəzi Seçki Komissiyası deputat Əli Əhmədovun mandatına xitam verib. Trend informasiya agentliyinin yaydığı məlumata görə bu barədə qərar MSK-nın noyabrın 12-də keçirilən iclasında verilib.
Yeni Azərbaycan Partiyası sədrinin müavini və partiyanın icra katibi postunu tutan Əli Əhmədov oktyabrın 22-də prezident İlham Əliyevin sərəncamı ilə baş nazirin müavini təyin edilib. Əli Əhmədov Milli Məclisə 19 saylı Nərimanov dairəsindən deputat seçilib.
Qeyd edək ki, Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisin üzvü dövlət orqanlarında vəzifə tutduqda Milli Məclisin üzvlüyündən istefa verməlidir.
Parlamentdə Əli Əhmədovun, Gülər Əhmədovanın və Hikmət Atayevin boş qalan deputat kürsülərinə təkrar seçkilər nə zaman keçiriləcək? MSK niyə təkrar seçkilər keçirmir?
MSK üzvü Akif Qurbanov cumhuriyyet.info-ya verdiyi açıqlamasında bildirib ki, əslində qanunvericiliyə görə parlament seçkilərinin vaxtının təyin edilməsinə dair sərəncam vermək səlahiyyəti prezidentə məxsusdur və MSK da bu təyinatı yerinə yetirmək funksiyasını daşıyır. "Amma bununla yanaşı, MSK eyni zamanda parlament seçkilərinin təyin edilməsi ilə bağlı prezidentə təşəbbüsdə buluna bilər. Şəxsən mən dəfələrlə MSK-da bu məsələni qaldırsam da, təəssüf ki, nəticəsiz qalıb. Parlamentdə bir neçə yerin boş qalmasından kifayət qədər vaxt keçib. Sizə deyim ki, bu birinci hal deyil. Hətta 2005-ci il seçkilərindən sonra Lalə Şövkətin və Azər Əmiraslanovun parlamentdəki yerləri boş qalsa da, 2010-cu ilə qədər seçkilər keçirilmədi."
Təkcə MSK deyil, həmçinin Prezident Aparatı və Milli Məclisin də belə bir təşəbbüsdə bulunmaq səlahiyyətinin olduğunu deyən Akif Qurbanov hesab edir ki, boş qalan yerlərə seçkilər qəsdən yubadılır. "Nəzərə almaq lazımdır ki, ölkədə hakimiyyətin ayrı-ayrı qolları sərbəst fəaliyyət göstərmək mexanizmindən məhrumdurlar. Digər tərəfdən isə hakimiyyət yenidən seçki keçirib siyasi aktivlik yaratmaq və beynəlxalq qurumların diqqətini cəlb etmək istəmir. " Paylaş: fPaylaş print Oxşar xəbərlər
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?