Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin vəzifəli şəxsləri ünvanlı sosial yardımın güdazına gedə bilər
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində kütləvi həbslər həyata keçirilən bilər. Bu barədə redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, Füzuli Ələkbərov Səlim Müslümovla əvəzlənəndən sonra ünvanlı sosial yardımların verilməsi ilə bağlı ilginc olaylar yaşanıb. "Hansısa şərtlər müqabilində şəxslərə ünvanlı sosial yardım verilməsi mexanizmi demək olar iflasa uğrayıb. Mexanizm bundan ibarət idi ki, hansısa vətəndaş qanunsuz ünvanlı sosial yardım almaq istəyirdisə, bunu təşkil edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul şəxsləri - əsasən şöbələrinin yerli idarələrinin müdirləri ilə belə razılaşma əldə olunur ki, yardımın 6 ayı onlara veriləcək. Yardım kartları da müdirdə saxlanılır. Səlim Müslümov nazir təyin olunandan sonra kadr dəyişikliklərinə başlaması müdirlərin əhəmiyyətli hissəsini təşvişə salıb. Onlar özlərində saxladıqları vətəndaşlara məxsus yardım kartlarını geri qaytarıblar. Bu zaman isə bəlli olub ki, karta vətəndaşlara verilən məbləğdən çox yazılırmış”, deyə mənbə əlavə edib. Mənbə bildirib ki, bu vətəndaşlarla müdirlər arasında qalmaqala səbəb olub. Məsələ hətta Səlim Müslümova qədər gedib çıxıb. Eyni zamanda hüquq-mühafizə orqanları bu məsələ ilə əlaqədar hərəkətə keçib. Ona görə də bu məsələyə görə xeyli vəzifəli şəxsin həbsi gözlənilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?