Yəhudi mediası Putinin SSRİ-ni bərpa planından yazdı
«Rusiyanın keçmiş SSRİ-ni zor gücünə bərpa planı işə düşüb». Bu şok iddia İsrail mətbuatında yer alıb. «Delta» portalında təqdim olunan materialda iddia olunur ki, Kreml keçmiş SSRİ-nin hüdudları daxilində əvvəlki nüfuzunu bərpa edə bilməsi üçün zorun tətbiqini belə istisna etmədiyini aşkar surətdə nümayiş etdirir. “Gündəm Xəbər” bildirir ki, məqalədə Kremlə rəsmi Bakı arasındakı çəkişməyə də geniş yer verilib. Məqalədə deyilir: «Azərbaycanla Rusiya arasında münasibətlər və bu münasibətlərdəki gərginlik 9 oktyabr tarixində Bakıda keçirilən prezident seçkiləri fonunda özünü daha da şiddətli formada nümayiş etdirdi. Bundan sonra Vladimir Putin Bakıya gəldi. Putin Bakı səfərindən məmnun qalmasa da, şiddət nisbətən azaldı. Bu gün Rusiya ilə Azərbaycanın arasındakı sərinli Moskvada antiAzərbaycan ovqatının yaradılması ilə özünü daha da qabarıq şəkildə hiss etdirir. Təsadüfi deyil ki, Moskvada rus olmayanlara qarşı təzyiqlər məhz Azərbaycan vətəndaşı Orxan Zeynalovun adı ətrafında quraşdırılan şou ilə müşaiyət olundu. Bu isə planın əsas hədəfinin məhz Bakı olmasını sübutlayan başlıca məqam idi. Doğrudur, başqa «qara millət» nümayəndələri də Orxan Zeynalovun nümayişkaranə vəhşiliklə həbsinin ardından rus millətinin dazbaşlarına «yem edilməkdədir». Amma əsas hədəf azərbaycanlılardır. Rəsmi rəqəmlərə görə, bu gün Rusiyada 700 minə yaxın azərbaycanlı miqrant var. Amma realda onların sayı milyonlarla ölçülür». Daha sonra məqalədə Ukrayna ilə Kreml arasındakı gərginliyə də toxunulur: «Kreml Ukraynanı avropalaşmaqdan «qorudu». Çünki Ukrayna Putinin planına görə keçmiş SSRİ-nin bərpası - yeni Avrasiya Birliyinin qurulması ideyasında başlıca yerdə dayanır. Əhm əhali və həm də ərazi baxımından «Putin Avrasiyasının» önəmli məntəqələrindən olan Ukraynaya hətta İlham Əliyevin də dəstək verməsi yetərli olmadı. Yanukoviç Putinət doğru meyilləndi». “Gündəm Xəbər” bildirir ki, əslində əcnəbi mətbuatda yer alan bu fikirlər neçə müddətdir Azərbaycan mediasında ifadə olunmaqdadır. Həqiqətən də bu gün Kreml köhnə SSRİ-ni bərpa niyyətiylə Azərbaycana qarşı təzyiqlərini artırır. Elə bu gün Azərbaycanın şimal bölgəsində eşidilən atəş səslərinin də arxasında məhz rusların dayandığı ehtimalları var. Necə ki, illər əvvəl bu kimi atəş səslərinin sayəsində Azərbaycan özünün Qarabağ torpaqlarından oldu… Allah bizi qorusun…
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?