GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İlham Əliyevin mətbuata uzatdığı əli sıxaqmı?

İlham Əliyevin mətbuata uzatdığı əli sıxaqmı?

Tarix: 27-11-2013, 16:19 Bölmə :Manşet Baxış: 707
İlham Əliyevin mətbuata uzatdığı əli sıxaqmı?
Yaxşı dost olacağını deyən prezident mediadan nəyi necə istəyir?

Əslində İlham Əliyevin Azərbaycan jurnalistləri ilə görüşünün formatının bu şəkildə müzakirəsi doğru hesab olunmamalıdır. Kimin bu görüşdə olub-olmamasından daha çox, görüşdə prezidentin verdiyi mesajlar, nümayiş etdirdiyi jestlər daha önəmlidir. Hətta görüşə səbəb olan «Jurnalistlərin dostu» mükafatının da daha çox bəhanə kimi çıxış etməsi kifayət qədər diqqətçəkici idi. Xüsusən də İlham Əliyevin jurnalistlərə xitabən söylədiyi «mən yaxşı dostam» ifadəsinin yaında…
Bəli, İlham Əliyev dostluq əlini uzatdı və media da bu əli sıxmalıdır. Çünki özünün soni illərdəki siyasəti ilə İlham Əliyev və hazırki hakimiyyət mətbuatla bağlı ciddi siyasətin yürüdülməsində maraqlı olduğunu nümayiş etdirməkdədir. Burada söhbət nə jurnalistlərə evin tikilməsindən, nə də KİVDF və müxtəlif xətlərlə mətbuata maliyyə yardımının edilməsindən getmir. Əsas məsələ, dövlətin yanında olan bir mətbuatın formalaşdırılması cəhdidir. HAKİMİYYƏTİN YOX, DÖVLƏTİN…
Bu zərurət özünü bir neçə dəfə və özü də ciddi şəkildə hiss etdirdi. Və mətbuat da ümumi mənada dövlətin yanında dayandı. Halbuki son illərdə mətbuatla dövlət arasında böyük bir uçurum yaranmışdı. Ümumi cəbhələşmə zərurəti yenidən mətbuatla dövləti qovuşdurmuş oldu.
Halbuki buna qədər Azərbaycan mətbuatı daha çox milliliyi ilə tanınırdı. Yəni Azərbaycan mətbuatında çalışanlar hər zaman millətçi-dövlətçi xətti dəstəkləmişdilər və bu dəstəyin müqabilində hansısa maddi vəd, maddi qarşılıq istəyi dayanmırdı. Bu, Azərbaycan mətbuatının normal bir təzahürü idi. Yəni hansısa jurnalistə pul təklif edilmirdi ki, milli mövqedə dayansın. Jurnalistlərin böyük əksəriyyətiin məhz milli mövqedə dayanması mətbuatın da MİLLİLİYİNİN qarantı kimi çıxış edirdi.
Amma sonradan… mətbuata yön alan kütləvi publisist axını və bu axında maləsəf ki, daha çox bambılı-kosmopolit ideyaları postmodernizmlə eyniləşdirən yazarların çoxluq təşkil etməsi mətbuatda da milli dayanıqlılığa ciddi şəkildə zərbə vurmağa müvəffəq olmuşdu. Burada həm də «millət uğrunda döyüşən mətbu heyətin» kifayət qədər yorğunluğu, həmçinin öz populyarlılıqlarınıitirmələri də müstəsna rol oynayırdı.
Elə buna görə də mətbuatda olduqca təhlükəli bir dözümlülük də yaranmağa başlamışdı. Əgər dünənə qədər Azərbaycan cəmiyyəti məsələn, qardaş Türkiyə mediasında «Şimali Kipri yunanlara neçəyə sataq» başlığı ilə təqdim olunan sorğuya bir heyrətlə yanaşırdısa, məhz qeyd olunan axın nəticəsində şəkli dəyişmiş Azərbaycan mətbuatında xəfif də olsa təbliğatı aparılan, az qala Qarabağı ermənilərə güzəştə gedən bir prosesi təbii olaraq qəbul etməkdə idi. Və bu təhlükə get-gedə böyüyürdü. Mətbuatın antimilli əllərə keçidi özünü çox təhlükəli formada biruzə verirdi…
Mətbuatdakı yersiz dözümlülük mətbuatın tərbiyələndirdiyi cəmiyyətə birbaşa sirayət etdiyindən ümummilli məsələlərə münasibətdə arzuolunmaz bir şəraitə gətirib çıxarırdı. Və bu təhlükə hələ də sürməkdədir.
Nədən başladılar? Bunu hər kəs xatırlayır. İlk əvvəl tabular yıxıldı. Halbuki hər bir millətin, dövlətin toxunulmazları olmalıdır ki, o, illər uzunu ayaqda dura bilsin. Tabular məhz millətlərin və dövlətlərin dayaqlarının qorunmasına xidmət edir. Bizdə isə Üzeyir Hacıbəyovu «mavi», Şah İsmayıl Xətaini «adamyeyən» adlandıran, Məhəmməd peyğəmbəri ələ salmağa qalxan şərəfsiz bir yazar kütləsinin əlinə geniş bir meydan keçməkdə idi. Və bu proses əslində əksər ölkələrdə cərəyan etdiyindən hətta avropalaşma, müasirləşmə kimi qəbul edilməkdə idi. Köhnə ənənələrin, əslində isə dövlətinin və millətinin müdafiəçiləri isə geridəqalmış kimi təqdim olunurdu. Və illər uzunu belə olub. Və hər dəfəsində də sübut olunub ki, millət və dövlət yalnız «GERİDƏQALMIŞLARIN» çiyinlərində dayanıb, ümumi təhlükə olanda həmin «GERİDƏQALMIŞLAR» sinələrini irəli verib.
Bu baxımdan mətbuatın yenidən geriyə, yəni həm də irəliyə doğru böyük dönüş etməsi dövlət və millət baxımından böyük bir hadisə idi. Artıq kiminsə yenidən Şah İsmayıl Xətainin üzərinə başından böyük formada yeriməsi populyarlığı yox, ən yaxşı halda ictimai qınağı vəd etdiyindən bu sarıdan nisbi arxayınçılıq mövcuddur.
Və prezident İlham Əliyev özünün media ilə görüşündə də bu məqama - mətbuat-dövlət münasibətlərinin milli maraqlar fonunda qurulması məqamına xüsusi diqqət ayırması, həmçinin məhz qeyd olunan istiqamətdə özünün «yaxşı dost» olduğunu ifadə etməsi önəmli bir hadisə idi.
Bundan sevinməyənlərə yazıqlar olsun…

Məhəmməd Ərsoy
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev və baş nazir Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

    Prezident İlham Əliyev və baş nazir Viktor Orban ...

    6-03-2016, 16:37

  • 
  • Mənzil alan jurnalistlərə açarlar təqdim edildi

    Mənzil alan jurnalistlərə açarlar təqdim edildi ...

    24-12-2013, 17:07

  • 
  • İlham Əliyevin Türkiyənin baş naziri ilə geniş tərkibdə görüşü olub

    İlham Əliyevin Türkiyənin baş naziri ilə geniş ...

    3-06-2016, 16:28

  • 
  • İlham Əliyev Davosda Pakistanın baş naziri ilə görüşdü

    İlham Əliyev Davosda Pakistanın baş naziri ilə ...

    22-01-2016, 12:44

  • 
  • Hakimiyyət İlham Əliyevin inauqurasiyasına hazırlaşır

    Hakimiyyət İlham Əliyevin inauqurasiyasına ...

    4-10-2013, 13:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (506)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu