GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ramiz Mehdiyevin psixoloji obrazı

Ramiz Mehdiyevin psixoloji obrazı

Tarix: 28-12-2012, 12:32 Bölmə :Manşet Baxış: 994
Ramiz Mehdiyevin psixoloji obrazı
Qoca siyasətçinin fiaskoya uğrayan siyasi sistemi

gundemxeber.az Şahmat oyunu və yenicə siyasətə atılan siyasətçinin gələcək karyerasının inkişafı maraqlı oxşatmadır. “Durğunluq” illərində Bakıda ümumittifaq şahmat turniri keçirilirdi.Turnir iştirakçılarını 26 Bakı kommissarları rayonunun partiya komitəsinin birinci katibi Ramiz Mehdiyev qəbul etdi. Görüşdən sonra o qrosmeyster Eduard Qufeldlə nə barədəsə uzun söhbət edir.” Nə barədə belə uzun söhbət etdiniz” –deyə mən görüşdən sonra Qufelddən soruşdum. “Bilirsən , mən Rusiyada, Ukraynada, Gürcüstanda bir çox partiya işçiləri ilə söhbətlər etmişəm, amma bu söhbət qeyri- adi idi. Ümumi görüşdə partiya və hökumətin şahmatın inkişafındakı rolundan danışılsa da, təkbətək söhbətimdə isə o şahmat və ətrafında olan elə suallar qaldırdı ki, mən onlara cavab tapmağa çətinlik çəkirdim. O çox mürəkkəb və eyni zamanda ehtiyatlı adamdır. Mən deyərdim ciddi mövqe stilli şahmatçıdır!”
Qrossmeyster Qufildin Mehdiyevin oyun qaydası haqqındakı proqnozu illər sonra özünü tam doğrultdu. 1981-ci ilin payızında Azərbaycan İdman Komitəsinin sədri Qennadi Rzayev mənə zəng edib dedi: “ Mənə MK-dən zəng edərək Mərkəzi Komitədə şahmat birinciliyi yarışının təşkil olunmasını xahiş etdilər. Xahiş edirəm şəxsən özün məşğul olasan”. Və mən bu yarışı təşkil etdim. Mən MK-çıların çoxunun – hücum taktikasını seçənlərin oyunlarını və nəyin bahasına olursa olsun “ŞAH”- a hücuma keçərək ona mat vermək istəmələrini yaxşı xatırlayıram(“ Şahmat və siyasət” kateqoriyasından. Demək olar ki, bu hücumçuların hamısı sonradan özləri siyasi mat aldılar, gah Vəzirova, gah Mütəllibova, gah AXC, gah OMON və daha bilmədiyim başqa yerlərə sığındılar və sonralar siyasi səhnədən təmamilə silindilər. Hələ sovet vaxtlarında Zaqatalada tanış olduğum müxalifətin liderlərindən biri, o zaman öz tələbələrinə ancaq şah qambitini yəni hücum taktikası olan bir qambiti öyrədirdi. Sonralar o “ Azadlıq” meydanında hücum hərəkətlərinə görə həbsxanaya düşdü. )
Ramiz Mehdiyev isə tamam başqa şahmat oynayırdı.O rəqibin sahəsində zəif situasiya yaradır və uzun müddət bu zəiflikdən isdifadə edərək rəqibini əsəbi vəziyyətdə saxlayırdı. Rəqiblər isə heç bir halda sevimli hücum və əkshücumlarına keçə bilmirdilər. Mən Mehdiyevin heç bir partiyasında onun rəqib şahına bilavasitə hücum etdiyinin şahidi olmadım-əksinə mühasirə, sıxma , boğma taktikası ilə qarşı tərəfin mövqeləri sadəcə olaraq pərən-pərən olurdu.
Ən maraqlısı o idi ki, bütün ona uduzanlar bunun təsadüf olduğunu düşünürdülər.Uduzanlardan biri təəssüflə bildirirdi ki, onun Mehdiyevlə partiyası alınmadı, çünki ona “qızışmağa” imkan verilmədi. O başa düşmürdü ki, ona “ qızışmağa” imkan verilməyib, çünki üzücü Sistemə düşüb. Mehdiyev 5 mümkün xaldan 5-ni topladıqdan sonra vacib olan işləri səbəbindən turniri tərk etdikdə digər iştirakçılar rahat nəfəs aldılar,çünki onunla necə oynamaq lazım oduğunu bilmirdilər.
Bir müddətdən sonra 26 Bakı komissarları rayonunun sabiq katibi Həsən Həsənov və yeni katibi Ramiz Mehdiyev yeni şahmat məktəbinin açılışında iştirak edirdilər. Rəsmi hissədən sonra qonaqlar bir saat ərzində məktəblə tanışlıqları zamanı,direktorun kabinetində Mehdiyev məktəbin şahmatçılarından birini sıxışdıraraq, onu əldən saldı və yüngül partiyanı turnir səviyyəsinə qaldırdı. Çox illər keçdikdən sonra Mehdiyev prezident administrasiyasının rəhbəri olduqda ,özünün “şahmat sistemini” radikal müxalifətə qarşı çox müvəffəqiyyətlə həyata keçirdi. Söhbət işin əxlaqi yox, effektli olmasından gedir. (çünki siyasətin,ələlxüsus azərbaycansayağı siyasətin əxlaqi tərəfindən söhbət etmək yersizdir).
Mənim nəslim Maksim haqqında trilogiyanı- “Maksimin gəncliyi”, Maksimin qayıtması” və “ Vıborq tərəfi” yaxşı xatırlayır. “ Vıborq tərəfi” əsərində bir epizod var: Yakov Sverdlov inqilabçı Maksimi Rusiya Bankına icraçı direktor işinə təyin edir. Müxalif klerklər onu çox düşməncəsinə qarşılayır-fitə basır,təhqir edir,alçaldırlar. Klerklərdən biri “debitlə kreditin”, digəri isə iki dəfə ikinin hasilinin nə qədər olduğunu soruşurlar. Nəticədə isə müxalif klerklər gedir və bununla Maksimə bacardıqları qədər zərbə vururlar. Maksim Bankın işini qaydaya salır və eyni zamanda müxalif klerklərin arasında gizli iş aparır. Bir müddət keçdikdən sonra müxalif klerklər tam heyyətlə geriyə dönərək Maksimdən onları yenidən işə qəbul etmələrini acizanə şəkildə xahiş edirlər.
Maksim çıxıb onlara deyir: “ Mən sizin hamınızı birdən yox yalnız fərdi şəkildə, kimi lazım bilərəmsə işə götürəcəyəm”. Mən əmin deyiləm ki, Ramiz Mehdiyev bu filmi görüb, əgər görübsə də bu film onun yadında qalmayıb. Ancaq müxaliflərə qarşı o, inqilabçı Maksimin metodunu eynilə tətbiq edir.
O, Prezident Heydər Əliyev tərəfindən administrasiyaya rəhbər təyin edildikdən sonra həm müxalifət həm də MK-dəki keçmiş həmkarları tərəfindən ittiham və təhqir yağmuruna məruz qaldı. Onun haqqında nələr yazmırdılar, keçmiş həmkarları nələr demirdilər! İş hətta şəxsi təhqirə, ailəsinin buraya qatılmasına qədər gedib çıxırdı. Liderləri tərəfindən yönəldilən müxalif mətbuat, keçmiş həmkarlar “boz kardinalın” vurulmasında sanki yarışa girmişdilər.
Bu geniş, rəngarəng koalisiyanın hücumlarına Mehdiyev cavab vermirdi.( yalnız hərdən onun “təmizləyicisi” rolunu oynayan Əli Həsənovu irəli buraxaraq onun çıxışları ilə xalqa müxalifətin düşmən obrazını sırıyır və “yaxşı oğlanlar” olan beynəlxalq təşkilat nümayəndələrinin də onların təsiri altına düşdüklərini təbliğ edirdi).
Mehtiyev şahmat termini ilə desək- özünün “şahmat sistemini” işə saldı,müxalif düşərgədə “zəiflik ” və “təcrid olunmuş piyada”ları yaratmağa başladı. Bir müddətdən sonra bu “şahmat sisteminin” ilk nəticələri görünməyə başladı. Əvvəllər də bir-birini o qədər də sevməyən müxalifət, sonradan açıq düşmənçiliyə başladı. Ən pisi isə o idi ki, düşmənçilik müxalif qəzetlərin səhifələrinə keçdi. Bir-biriləri ilə mübarizə aparmağa girişmiş müxalif qəzetlər, bu situasiyanı yaradan adam “ boz kardinal” haqqında tamam unutdular. Və bir müddətdən sonra ümumi “proses getdi”! Mehdiyevə qarşı həm radikal müxalifətin, həm də keçmiş həmkarların münasibətləri dəyişdi. Onlar ona çıxmaq üçün yollar aramağa başladılar.
"Boz kardinal" "öz» şahmat sistemi"- ndə istifadə etdiyi taktiki metod kibernetiklərin istifadəsində olan məşhur «qara qutu» metodudur. Bu metodda giriş və çıxış parametrləri məlum olsa da, «qara qutu»- nun içində nə baş verdiyi naməlum qalır. Biz də bilmirik "qara qutu"- nun içində nə baş verirdi.
Lakin 99.99% arxayınçılıqla demək olar ki, bəzi radikal müxaliflər və keçmiş kolleqalar Mehdiyevə çıxa bildilər. Eyni arxayınçılıqla demək olar ki, Mehdiyev onlara Maksimin məşhur sözləri ilə cavab verib : “Hamını birdən “işə” götürə bilməyəcəyik, ancaq individual şəkildə — kim bizə lazımdırsa onları”. “Geriyə yol yoxdur” bədii filmində çox gözəl bir epizod var. Belarusiyanın ucqar kəndlərinin birində partizan dəstəsinin komandiri əsir düşərgəsində olan, onunla birgə əsirlikdən qaçan yoldaşına rast gəlir.” Axı sən niyə qorxaq kimi bu dərinlikdə arvadla gizlənmisən”- deyə ondan soruşur. “ Bəli, mən qorxağam! Yadında deyil almanlar necə bizə işgəncə verirdilər, itləri üstümüzə qısqırdırdılar, biz bütün bu əziyyətlərə dözdük, əsirlikdən qaçdıq” “Bəli düz deyirsən dözdün, qaçdın, amma azadlıqda arvaddan və mətbəxindəki donuz piyindən keçə bilmədin, gizləndin!”
Müxalif liderlərin böyük bir qismi, həbs olunmalarına, hər şeylərini itirmələrinə, yaxınlarının incidilməsinə dözdükləri halda, deputat nişanı və yaxud son model “mersedes” qarşısında dözə bilmədilər. Bundan “boz kardinal” tam mənada istifadə etdi. “Qara qutuda” daha nələr baş verdiyi isə yeddi qıfıl arxasında gizli qalacaq.
Bir də ki bu artıq heç kəsi narahat etmir-“boz cardinal”-in “şahmat” partiyası sona yetib-unudun! Azərbaycanda radikal müxalifət artıq yoxdur! Bir müxalıfət qəzeti yazırdı — “ Hökumət at ( olimpiya oyunları üçün) və bir müxalıfət liderini aldı ( adını çəkirlər)”, ittiham olunan müxalifətçi isə — Mən nə müxalifətləyəm nə də hakimiyyətlə — mən ədalət tərəfindəyəm — deyir.( necə istəyirsiniz elə də başa düşün)
“Vasili İvanoviç mujiklərdə nəsə inamsızlıq yaranıb, sən bolşeviklərin tərəfindəsən ya komunistlərin”? — deyə kəndli Çapayevdən soruşur. “Mən internosianalın tərəfindəyəm!” — deyə Çapayev cavab verir. Sonralar ikisinin də bəxti gətirmədi — at yıxılıb dizini bərk əzdi, müxalifətçi isə Azərbaycan siyasətində özünə hələ də bir yer tapa bilmir.
Şahmatda nokautla udmaq çətindir. Bu məşhur yazıçı və politoloq Yuliya Latininanın cümləsidir. Yaxşısı bunu mövqe mübarizəsi metodu ilə etmək, necə ki Azərbaycan siyasətində bunu Mehdiyev etdi. Elə fikirləşməyin ki, bəzi siyasətcilər, hansı ki, özlərini müxalifətçi sayırlar (düzdü özlərindən başqa hec kim onları müxalifətçi saymır), öz fikri olanlardan daha loyaldırlar. «Soros Fond» -unun Azərbaycan bölməsində belə xadimlərlə görüşəndən sonra müəllif şəxsən bu fikirlə razılaşdı – onlarla müqayisədə hakimiyyət nümayəndələri daha demokrat görsənirdilər. Lakin demək lazımdır ki, müxalifətin müəyyən bir hissəsi Mehdiyev Sisteminin toruna düşmədi və özünün müxalif sifətini saxladı. Bu gün üçün onlar əsl real müxalifətdirlər.


Çapay Sultanov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ramiz Mehdiyevin psixoloji obrazı

    Ramiz Mehdiyevin psixoloji obrazı ...

    28-12-2012, 11:06

  • 
  • Ramiz Mehdiyevin hakimiyyətə yeni partiya şantajı

    Ramiz Mehdiyevin hakimiyyətə yeni partiya şantajı ...

    16-12-2012, 12:45

  • 
  • Ramiz Mehdiyev AMEA-ya prezident gətilir?

    Ramiz Mehdiyev AMEA-ya prezident gətilir? ...

    13-02-2013, 10:49

  • 
  • Dövlət kanalına Ramiz Mehdiyev qadağası gəldi

    Dövlət kanalına Ramiz Mehdiyev qadağası gəldi ...

    7-02-2013, 10:41

  • 
  • Ramiz Mehdiyevlə bağli plan dəyişməyib

    Ramiz Mehdiyevlə bağli plan dəyişməyib ...

    17-02-2013, 12:43


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu