GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Rəsul Quliyevin gizli missiyası

Rəsul Quliyevin gizli missiyası

Tarix: 29-12-2012, 10:24 Bölmə :Manşet Baxış: 761
Rəsul Quliyevin gizli missiyası

Eks-spiker hakimiyyətdaxili razborkalarda istifadə edilir

gundemxeber.az
Ötən ilin əvvəlindən ərəb ölkələrində vüsət almış inqilab ab-havasının Azərbaycanın sərhədlərinə yaxınlaşması hakimiyyət nümayəndələrinin yuxusunu qaçırdığı kimi, bəzi uğursuz siyasətçiləri də rahatsız etməkdədir. Əslində, bu da təbiidir və yaranmış siyasi fürsətdən hər kəs dividentlər götürmək və itmiş nüfuzunu bərpa etməklə mümkün dəyişikliklərdən pay qoparmaq istəyir. Eks-spiker, ADP-nin keçmiş sədri, bir zamanların populyar siyasətçisi olan Rəsul Quliyev kimi...
Rəsul Quliyev taleyin ona bəxş etdiyi və bu zalım dünyada hər kəsə yalnız bir dəfə verilən tarixi şansı lazımınca dəyərləndirə bilmədiyindən 2005-ci ilin mənhus 17 oktyabr rüsvayçılığından keçən 6 ildə siyasi qürubunun ən acınacaqlı epizodlarını yaşamağa məhkum oldu. Bəli, o gələ və gəlişiylə Azərbaycanı bu zalım idarəçiliyin qanlı-neftli caynağından xilas edə, həyata keçirməyə çalışdığı siyasi iddialarının olimpinə qovuşa bilərdi. Həmin tarixi şəraitin bəlli şərtlərini də hamımız birlikdə yaşamış və dəyərləndirmişik. Əgər o, canını dişinə tutaraq Bakıdan onu «gəlsən səni öldürəcəklər» təhdidlərinə əhəmiyyət verməsəydi və məhz həmin gün Azərbaycana gəlsəydi, ən azından bu gün həbsdə və ya azadlıqda olmasından asılı olmayaraq ölkənin bir nömrəli müxalifət lideri və dünyaca məhşur bir siyasətçi idi. Əcəba, Rəsul Quliyev bunu istəmirdimi, yoxsa hazırca kökə sevdasındaydı?
Əsas hədəfinin 2013-cü ildə indiki hakimiyyətin bir daha iqtidarda qalmasını əngəlləmək olduğunu söyləyən keçmiş spiker növbəti prezident seçkilərində saxtakarlığa yol verilməməsi üçün «mən qatıldığım seçkini saxtalaşdıra bilməzlər» mesajıyla əslində prezidentlik iddiasından hələ də əl çəkmək fikrində olmadığını ortaya qoyub.
Maraqlı sual yaranır, vaxtilə cəmiyyətin güclü müqaviməti olduğu halda niyə üzərinə düşəni etmədin və bu müqaviməti bərpaolunmayacaq qədər sarsıtdın? Kim zəmanət verə bilər ki, 2005-ci ildəki siyasi situasiya yaranacağı təqdirdə Rəsul Quliyev cənabları ikinci dəfə ona inananları yarı yolda, yəni «açıqlaya bilməyəcəyi min səbəb»lə üz-üzə qoyaraq siyasi səhnədən geri çəkilməyəcək? Axı hamı bilir ki, cəsarət və qəhrəmanlıq qazanılmır, anadangəlmə olur və ya heç yerli-dibli olmur. Rəsul Quliyevinsə bu sarıdan korluq və kasadlıq çəkdiyi artıq təkzibedilməz faktlarla təsdiqini tapıb.
Yeri gəlmişkən, hələ bu aktivləşmə mərhələsinin başlamasından xeyli əvvəl redaksiyamıza belə bir məlumat daxil olmuşdu ki, eks-spikerin yenidən fəallaşması təsadüf deyil və irəlidə onun daha da aktivləşəcəyini gözləmək lazımdır. Bizə məlumatı ötürən mənbə iddia edirdi ki, Rəsul Quliyevin fəallaşması heç də bütövlükdə onun siyasi iradəsindən asılı deyil və hakimiyyətdaxili savaşın tərkib hissəsi olaraq ortaya atılıb. Belə ki, hakimiyyətdəki islahata meylli qanadın üfüqdə görünən hakimiyyətdaxili təmizləmə əməliyyatına müqavimət göstərmək üçün «köhnə qvardiya» məhz Rəsul Quliyev kartından istifadə etmək qərarına gəlib və birincilərin Ayaz Mütəllibovla bağlı gedişinə qarşılıq vermək üçün onun ikinci zühuruna xeyir-dua verilib. Hər halda hansı ehtimalların həqiqətə daha yaxın olduğunu öyrənmək üçün çox gözləməyə ehtiyac yoxdur. Onsuz da Azərbaycan da inqilabi dəyişikliklərə hamilədir və ən qısa zamanda bütün kartların ortada oynanılacağının şahidi olacağıq. O zaman kimin kim olduğu və hansı havaya oynadığı daha aydın şəkildə üzə çıxacaq...
Amma bu arada eks-spikerin bütün canfəşanlığına verilən bir cümləlik cavab xüsusilə maraqlı oldu: «Rəsul Quliyev bitmiş adamdır...»

Çingiz
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rəsul Quliyevin gizli missiyası

    Rəsul Quliyevin gizli missiyası ...

    29-12-2012, 10:40

  • 
  • Rəsul Quliyev Rza İbadovdan danışdı: “Onun varlığını unutmuşam”

    Rəsul Quliyev Rza İbadovdan danışdı: “Onun ...

    1-05-2013, 11:28

  • 
  • Rəsul Quliyev Milli Şuranı tərk edir

    Rəsul Quliyev Milli Şuranı tərk edir ...

    25-08-2013, 14:38

  • 
  • Rəsul Quliyev Milli Şuranı tərk edir

    Rəsul Quliyev Milli Şuranı tərk edir ...

    25-08-2013, 14:41

  • 
  • Rəsul Quliyevin qardaşı oğlu ilə məhkəmə davası – Sənəd

    Rəsul Quliyevin qardaşı oğlu ilə məhkəmə davası – ...

    9-01-2014, 13:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu