"Miss Eurovision of Azerbaijan"da yarımfinala vəsiqə qazananlar açıqlandı
“Miss Eurovision of Azerbaijan” gözəllik müsabiqəsinin yarımfinalına vəsiqə qazanan iştirakçıların adları açıqlanıb. ANS PRESS-in məlumatına görə, “High Life Fashion & Model Academy” və “Merac Production”nın təşkilatçılığı ilə keçirilən “Miss Eurovision” gözəllik müsabiqəsinin 1-ci turunun sonuncu seçim turundan növbəti mərhələyə keçib. Onları növbəti mərəhələyə peşəkar münsif heyətinin seçimi ilə keçiblər. Münsiflər heyətində layihə rəhbəri, modelyer Mübariz Allahverdizadə, layihənin təşkilatçısı, Aqil Məmiyev, əməkdar artist Hüsniyyə Mürvətova, müğənni Zamiq Hüseynov, aparıcılar Nərgiz Cəlilova, Şəhriyar Əbilov, model Oksana Rzayeva, yarışmanın keçən il Azərbaycan təmsilçisi model Anastasiya Bern, Türkiyədən rəsmi nümayəndə Turan İşıqlı və model İlqar Əliyev əyləşiblər. Qeyd edək ki, yarımfinal mərhələsinə 42 xanım iştirakçı vəsiqə qazanıb. Onların yalnız 22 nəfəri final mərhələsində iştirak etmə şansı qazanacaqlar. Sonda isə seçiləcək bir qalib gözəl avtomobil qazanmaqla yanaşı, ölkəmizi beynəlxalq müsabiqədə təmsil edəcək. Əlavə olaraq onu da bildirək ki, yarımfinal mərhələsinə 42 xanım iştirakçı vəsiqə qazansa da, onlardan 2 xanım iştirakı müsabiqədən uzaqlaşdırılıb. Səbəb isə hazırda onların başqa müsabiqədə iştirak etməsidir.
Sorğu
Yeni dizaynımız necədir?