Gecəyə moda dünyasının, eləcə də aparıcı italyan moda evlərinin təmsilçiləri toplaşıblar
Böyük Britaniyanın paytaxtı Londonun məşhur Viktoriya və Albert muzeyində “The Glamour of Italian Fashion 1945-2014” sərgisinin açılışı münasibətilə ziyəfət verilib. Gecəyə moda dünyasının, eləcə də aparıcı italyan moda evlərinin təmsilçiləri toplaşıblar. Ekspozisiya üçün muzeyin müasir moda kuratoru Sonnet Sonfil Valentino, Missoni, Giorgio Armani, Dolce & Gabbana, Fendi, Versace və başqalarının da daxil olduğu yüzdən çox italyan moda evinin əşyalarını toplayıb. İkinci dünya müharibəsindən indiyədək italyan moda tarixinə həsr olunan sərgi aprelin 5-dən iyulun 27-dək davam edəcək.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?